Xəbər lenti
29/11/2020 [20:16]:
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
29/11/2020 [20:02]:
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
29/11/2020 [20:00]:
Azərbaycan və Ermənistan əsgərləri Zod mədənində üz-üzə - VİDEO
29/11/2020 [19:53]:
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
29/11/2020 [19:39]:
Tarixi səhvləri təkrar etməmək üçün qazandığımız qələbəni məntiqi sonluğa çatdırmalıyıq...
29/11/2020 [19:10]:
“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO/VİDEO
29/11/2020 [18:59]:
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
29/11/2020 [18:35]:
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
29/11/2020 [18:21]:
Atası xalq düşməni kimi güllələndi, 1 manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı...
29/11/2020 [18:19]:
Talış dağlarına qar yağdı, maşınlar yolda qaldı - FOTO/VİDEO
29/11/2020 [18:10]:
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
29/11/2020 [18:03]:
"Qarabağ" heç-heçə ilə yenidən liderliyə yüksəldi
29/11/2020 [18:02]:
Bakıda iki azyaşlı su hovuzuna düşüb
29/11/2020 [17:29]:
Bakıda baş verən güclü yanğın söndürülüb
29/11/2020 [17:26]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [16:41]:
Şəbnəm Tovuzlu: “Bu gün sənətimi atsam...”
29/11/2020 [16:39]:
Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən elmi simpoziumda məruzələr ediblər
29/11/2020 [16:35]:
”33 milyon borcu olan Maradonanın pulunun hara sərf olunduğunu bilmək istəyirisinizsə..."
29/11/2020 [16:33]:
7 milyon 800 min dollarlıq malikanəyə heç olmasa baxmaqla təsəlli tapın... - FOTOLAR
29/11/2020 [16:29]:
5 bacının tək qardaşı: Mayor Zeynalovun Qubadlıdakı son döyüşü + FOTOLAR
29/11/2020 [16:21]:
"7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi, nə edə bilərdim...?"
29/11/2020 [16:21]:
ANAMA: “İşğaldan azad edilən ərazilərə insanların qayıdışı daha tez olacaq”
29/11/2020 [16:18]:
Qurban Qurbanovun səhhətində problem yaranıb
29/11/2020 [16:18]:
Biləsuvarda şəhid gizir dəfn edilib
29/11/2020 [15:44]:
Qənirə Paşayeva bu dəfə də qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı... - FOTOLAR
29/11/2020 [15:40]:
ABŞ-da son sutkada 155 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
29/11/2020 [15:35]:
“Ruhlar şəhəri”nə “quş baxışı” - FOTO
29/11/2020 [15:30]:
Ukrayna XİN rəhbəri: “Azərbaycanın suverenliyini dəstəkləyirik”
29/11/2020 [15:28]:
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
29/11/2020 [15:26]:
Füzuli: Boş səhra, düşmənin həyat əlamətlərini sildiyi şəhər - FOTO
29/11/2020 [15:22]:
Uzun sürən həsrətdən sonra doğma yurda getməyin həyəcanı: Kəlbəcərdən eksklüziv görüntülər - VİDEO
29/11/2020 [15:08]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: Əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [15:07]:
"Qaçqınkom" Xırdalanda baş vermiş uçqunla bağlı məlumat yaydı
29/11/2020 [14:56]:
Canlı yayımda jurnalistə hücum edildi - VİDEO
29/11/2020 [14:54]:
“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov
29/11/2020 [14:54]:
"Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik, amma..."
29/11/2020 [14:49]:
"Möhtəşəmlikdən əsər-əlamət qalmayıb, geriyə ruhlar şəhəri, xarabalıqlar qalıb" - FOTOLAR
29/11/2020 [14:19]:
“Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə” - FOTO
29/11/2020 [14:15]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma: 1985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29/11/2020 [13:29]:
Neymar İbrahimoviçin rekordunu qırıb
29/11/2020 [13:27]:
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
29/11/2020 [13:27]:
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
29/11/2020 [13:25]:
Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...
29/11/2020 [13:24]:
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
29/11/2020 [13:22]:
"Qurtuluş-93" itlərdən nə vaxt qurtulacaq?
29/11/2020 [13:18]:
Ağdamın Şahbulaq kəndi
29/11/2020 [13:15]:
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
29/11/2020 [13:12]:
“Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı tədbir keçirilib
29/11/2020 [12:51]:
Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO
29/11/2020 [12:46]:
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...
29/11/2020 [12:02]:
Ermənistanda 2 142 nəfər koronavirusdan ölüb
29/11/2020 [11:52]:
Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” - VİDEO
29/11/2020 [11:42]:
Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
29/11/2020 [11:41]:
Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı
29/11/2020 [11:33]:
İqtisadçı alimdən ölkəni bürümüş koronavirusla mübarizədə hökumətə 5 TƏKLİF
29/11/2020 [11:22]:
Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı
29/11/2020 [11:21]:
Hacıqabulda gənc oğlan intihar edib
29/11/2020 [11:07]:
Gülnarə Xəlilova: “Milli ruhda yaratdığım kolleksiyalarla dünya çapında sevilirəm”
29/11/2020 [11:06]:
Əfqanıstanda növbəti terror, 21 hərbçi öldü
29/11/2020 [11:03]:
Bakıda doqquz nəfər liftdə qaldı
29/11/2020 [10:36]:
Düşmənin canına qorxu salan igidlərimiz - VİDEO
29/11/2020 [10:34]:
Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib
29/11/2020 [10:29]:
Müdafiə Nazirliyi Kəlbəcərə və İstisu sanatoroyasına gedən yolun görüntülərini yaydı - VİDEO
29/11/2020 [09:55]:
44 günlük müharibədə Azərbaycana dəymiş ZİYAN
29/11/2020 [09:48]:
Paşinyan Putinə buna görə iki dəfə zəng edib - Detallar
29/11/2020 [09:46]:
Cavid Qurbanovdan işğaldan azad edilmiş ərazilərdə voleybolun inkişafı üçün tapşırıq
29/11/2020 [05:38]:
"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar..." - FOTO+VİDEO
29/11/2020 [04:40]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumundan reportaj yaydı - FOTOLAR
29/11/2020 [04:24]:
Ağdamda 13 yaşlı xanəndəni dinləyən Hikmət Hacıyev göz yaşlarını saxlaya bilmədi -VİDEO
29/11/2020 [04:19]:
"Rusiyadakı azərbaycanlıların sərvəti 24,4, ermənilərinki 10,05 milyard dollardır..."
29/11/2020 [04:13]:
"Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil"
29/11/2020 [04:11]:
Suqovuşanda minaya düşən erməni polkovnik-leytenant Naftalanda müalicə olunur...
29/11/2020 [03:59]:
Maradonanın xatirəsini yad edən Ançelotti göz yaşlarına hakim ola bilmədi - VİDEO
29/11/2020 [00:43]:
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
29/11/2020 [00:35]:
"7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik" - Serjik Paşikdən uzaqgörən imiş...
29/11/2020 [00:08]:
Üç azərbaycanlıya CEV-də vəzifə verildi - FOTO
29/11/2020 [00:06]:
Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı
28/11/2020 [22:36]:
“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28/11/2020 [22:21]:
Həsən Həsənovun qardaşı vəfat etdi
28/11/2020 [22:18]:
İndi bütün dünya mətbuatı Qarabağda tarix yazan oğulların mərdliyindən yazır...
Bütün arxiv bir sırada
23/12/2014 [12:55] - Ədəbiyyat - ( 5219 dəfə baxılıb)

Məmməd Aslan 75-i haqladı...



Poeziyamızın görkəmli nümayəndəsi, dəyərli şairimiz Məmməd Aslanın dekabrın 23-də 75 yaşı tamam olur. Məmməd Aslan ömrün 75-ci pilləsində ”“ günü bu gün də gəncliyə xas ilhamla, şövqlə, amma həm də müdriklərə məxsus dərin idrak və dəqiq hissiyyatla yazıb-yaradır. Doğum günü ”“ yubileyi münasibətilə əziz şairimizi ürəkdən təbrik edir, daha  neçə onilliyi sağlam, gümrah, yaradıcılıq ovqatı içində qarşılayıb başa vurmasını arzulayırıq.

Təqdim etdiyimiz bu şeirlər şairin oxucularına yubiley töhfəsidir.  
 
 
ALTMIŞ HAVASINA DOÄžRU
 
İşin yaş olmamış yaşın yaş ola! İllah da altmış ola... İşini, başını, yaşını bilən kəsə dəxli yoxdu bu qeylü-qalların. Mıs-mısını uzatmayım: Mustafasını deyim:

Altmış havasına doğru meyillənmiş möhtərəm şairimiz. SABİR SARVANIN doğma AÄžSUDA keçirilən mübarək görüşünə bir ərmağan olsun mənim bu dəyərləndirmə qoşmam.
 
Mindirən misranı, mindirən atı
Ağlı kəsdirməsə, minməz bir şair!
Qibləsi saydığı ideal yöndən
Dara çəkilsə də, dönməz bir şair!
 
Nəsimi inadı qanında cövhər.
Haqqın isbatında əyilməz sərvər!
Şairlər səfində basılmaz hünər!
Alışdıqca yanan, sönməz bir şair!
 
Yenidən doğular təzə şeiriylə!
Min könül qazanar sözün sehriylə.
Sarvan oldu Sabir elin mehriylə:
Yenilməz bir şair, enməz bir şair!
 
Ağsuyun hələ ki madar şairi!
Kürtale şairi, kədər şairi...
Yüz ölüb-dirilən qədər şairi,
Əriməz bir şair, donmaz bir şair!
 
Yaşı əvvəl-axır yüz olar sonda:
Ələsgər yaşıyla düz olar sonda!
Rəbbi hər halına göz olar sonda;
İmanı ruhuna kümbəz bir şair!!!
20.11.2014
Sumqayıt
  
BAÄžI QIRILMIŞ TƏSBİH DƏNƏLƏRİ
  
Vəzincə ən yüngül, mənaca ağır:
Söz dünyaya sığmaz; tək ağla sığır.
İqlimlər dəyişir sözün zəhmindən:
Sözdən şaxta düşür; sözdən nur yağır.

lll

Dərd sənin dərdindi, əzabına döz!
Sonunda kor olar ağlayan bir göz.
Özümü aldada-aldada qaldım;
Nə yuxum çin oldu, nə gecəm””gündüz.

lll

Sözun uyuşumu, gilası səndən!
Dağ səndən, dağların laləsi səndən!
Mən sənin əmrinə verilmiş qulam:
Varsa, yazdığımın əlası səndən.

lll

Məni yaşatmağa yaratdın səki;
Bunca bəla verdin, bunca xisəki.
Dərd səndən, Yarəbbi, dərmanı səndən:
Ya dərdi al, ya canı al, xülasə ki...
Noyabr, 2014
Bakı
 
SƏN  HAQQI  DANDIQCA
 
(Lənət şeytana!..)
 
Mənə ömür vermiş Kərimü Cabbar!
Sən məni danırsan nə haqla, məlun?!
Arxayın olduğum ulu qüdrət var!
Papağı başında bərk saxla, məlun.
 
Əyri vicdanını çırp dağa ”“ daşa!
Şeytanı ötərsən: çıxsan yarışa.
Qurd ”“quş da  yaşayır, nə olar, yaşa:
Yetər ki mədəni tox saxla, məlun.
 
Bəlli ki, doğruyla bitməz cəngin var,
Uçmağa girişmə: çərpələngin var...
Mənim bu yazımda dəqiq rəngin var:
İçini üzünə yax, saxla,  məlun.
 
Allaha üsyandır sənin hər şaqqan:
Sən şeytan gülləsi, haqqa nahaq qan...
Bəndənin haqqıyla sənin nə haqqın?!
Dolandır başını çax-çuxla,  məlun...
 
Rəhman  can bağışlar,  iblis qan əkər;
Hər fərd əcdadına, kökünə çəkər!...
Sən haqqı dandıqca vicdanın çökər,
Salim yola çıxmaz axsaqla, məlun.
29.11. 2014. Bakı.
 
SƏNİN SÖZ MÜLKÜN
 
İnsan doğulduğu məmləkətin bir ovuc gəzəri torpağıdır.

Adil Cəmilin hər yeni şeirini oxuduqca bu ibrətli həqiqətin təsdiqini bir daha yenidən xatırlayıram.
 
Sənin ilhamında Tərtər ləngəri;
Sözünün kökündə Dəlidağın var.
Murova, Keytiyə, Sultan Heydərə
Ürək tellərinlə minbir bağın var.
           
Hər dağ bükümündə bir Loğman çeşmə,
Yurd-yuvan qurulu, lap göydəndüşmə.
Dünyada qalmamış dünyadan köçmə;
Maşallah, bəhrəli ahıllığın var!
           
Hər Cənnət dərənin özgə büsatı,
Hər mədən sərvətin min ayrı qatı...
Azalmaz qiyməti, düşməz urvatı, 
Nə nemət diləsən: yığın-yığın var!
           
Şairsən, alimsən, ta nə deyilsən?!
Çox dürlü bostansan, dənə deyilsən!
Rəng verən saata, günə deyilsən,
Bir tale bürcündə çilçırağın var.
           
Adilsən, Cəmilsən, inşaallah, sirsən!
Hələ də özündə nəsə gəzirsən...
Namərdi, nakəsi asıb-kəsirsən;
Buluddan qəfləti sıyrılmağın var!
           
Mən Məmməd Aslanam, mən də: bir əmin.
Şükür verdiyinə Haqqın: birə ”“min!
Ayrıca dəstgahın, ayrıca dəmin;
Ayrıca söz mülkün, ayrı tağın var!
Sözünün kökündə Dəlidağın var.
06.11.2014,
Bakı.
 
ZÜLMƏTDƏN İŞIÄžA
 
Məmmədəli Məhbus, adından da göründüyü kimi, uzun illər zindan zülmətində ölümlə-qalım arasında bir zərrə işıq həsrəti ilə çırpınıb. Zifri zülmətdən işığa doğru dünyanın əvvəlindən başlayıb, günümüzə qədər yaşanmış sitəm və işgəncələrə dəfələrlə dözüb...

Dünyanın hər nemətinə tamarzı qalmış soydaşımız, sübhəsiz, toy-düyünə də gecikmişdir. Həm də çoxdan-çox. Handan-hana ayaq üstündə qərarlı dayanmağa özündə güc tapan zavallı Məmmədəli hər kəsdən əvvəl telli sazı ilə məsləhətləşib, evlənməkdən vaz keçə bilmədi.

Aşağıdakı acılı-şirinli qoşmanı Tehrana, onun mübarək toyuna bir gözaydınlığı kimi göndərdim...

Olan oldu... Barı indən sonra Rəbbimiz, Məmmədəlini yarıtdığı bəndələrindən eləsin!
  
Amin!!!

Qayğılar, sitəmlər irəli düşdü:
Gecikdi ömrünə toy-düyün sənin.
Çıxmaz xatirimdən o qara günlər””
İşığa gözünü döydüyün sənin.
  
Xatirələr mələr, ovqatlar həzin,
Vətəndə qürbəti kimsə görməsin!
Hələ qulağımda inadkar səsin:
Bu dağdan-o dağa dəydiyin sənin.
  
Birdən minbirəcən haqqın bir adı!
Haqdan-haqsızlığa hara-buradı?!
İnana bilmədin “qatıq qaradı”;
Bundan zəhər oldu yediyin sənin.

İmanlar sürüşkən, ilqarlar saxta;
Ədalət taptandı ayaqlar altda...
Nə deyim taleyə, nə deyim baxta?!
Keçilməz dağların, gədiyin sənin.
  
Toyundan başlasın ömrün əzəli!
Yapışsın qolundan Haqqın öz əli!
Məmməd Aslan deyir: Ay Məmmədəli,
Şükür ki: Çin oldu dediyin sənin.
08.08.2014
Zaqatala
 
SÖZÜN AŞIRI TƏSİRİ
 
“Söz var: gələr keçər;
Söz var: dələr keçər...”
Xalq məsəli
 
Dəlidağın eynən öz təbiətində ərsəyə yetirmiş olduğu Pövşən adında dəli-dolu bir oğlu var. Sinəsi dəmirçi kürəsitək. Bu kürədə yanıb közərən, hər şeydən əvvəl, odlu şair nəfəslərinin közərtisi olan abidəvi söz örnəkləridir.

Ən qəribəsi budur ki, ömürlük könül verdiyi sözlərin amansız təsirinə tablaşa bilmir Rövşən Salmanoğlunun kürrük eləyən daxili dünyası: Dəm verir gözlərinə. Di gəl!.. Azərbaycan şeirinin də seviləsi ideal örnəkləri bir deyil, beş deyil. Di, ağla görək, hara çatır?!

Rövşənin heyrətli yaddaşı isə Zəlimxan Yaqubla boy ölçəcək zənginlikdə.

Bu ithafımla xətrini çoxdan-çox istədiyim Rövşənin getdikcə çılğınlaşan kövrəlmələrinin qarşısını bəlkə bir az almaq mümkün olar, arzumdur. Kaş bacara biləydim.
 
Bu qədər kökləmə qəlbini qəmə,
Vaxtından tez əyər qəm səni, Rövşən.
Bahar göyləritək çox inildəmə,
Alar bu möhnətdən kim səni, Rövşən?!
             
İşığa gəlmişəm, deyirdin, bəs sən?
Ən qəmli şeirdə ümid var, gəzsən.
İşığı qeyb etmə, tapa bilməzsən:
İnlədər zil səni, bəm səni, Rövşən.
             
Şair yaşatmağa doğulmuş müdam,
İşığa üz tutar şeirlə adam.
Allaha xoş getməz şeirlə edam...
Bu sitəm tapmasın kimsəni, Rövşən.
             
Görmədim odlara qovrulan səntək;
Sözlə nalə çəkib, qıvrılan səntək;
Xırmanı göylərə sovrulan səntək:
Ara ”˜”˜Dəhnamə”™”™ni, ”˜”˜Xəmsə”™”™ni,  Rövşən.
              
Bunca çalxanışdan gözdə yaş qalmaz,
Başını döyməyə sonra daş qalmaz...
Məmmədə təsəlli bir qardaş qalmaz;
Dərd şumlar həm məni, həm səni, Rövşən.
30.07.2014
Zaqatala.
  
NUR ÇEVRƏSİNDƏ
 
Həqiqət NADİRQIZINA
 
Möhtərəm oxucular!

Şeirimdən öncə bu ilk dəyərləndirməni oxumağınızı dilərdim.

Onlar mənim deyil; dünyanın iki abidə insanının  dəyərləndirmələridir. Ötən yüzilliklər boyu onların dipdiri qalan həmişəyaşar kəlamları yazdırdı o şeiri mənə.

Uluların ruhları şad olsun!     
 
Mükəmməl qadından daha mükəmməl varlıq yaradılmamışdır.
Evripid.
 
Qadının dəyəri onun həyası və iffəti ilə ölçülür.
Həzrəti-Məhəmməd.
 
Nadir Kəlbəcərin Nadir qızısan!
Mübarək əxlaqın “Quran”dan gəlib!
Mənəvi dəyərlər can çəkişmədə,
Xilqətin, xislətin bir Ondan gəlib.
            
Açılmamış çox mətləbin niyəsi;
Özü varlığının məğrur yiyəsi!
Kəlmə kara gəlmir səni öyəsi!
Gəlsə, yəqin bil ki: nur Ondan gəlib.
            
Qəlbində dağ boyda bir qeyrət yaşar.
Dəlidağ ünvanlı o sərvət yaşar!
Allahına təslim Həqiqət yaşar;
Hər hikmət dünyanı Qurandan gəlib.
 
Ölçülü-biçili sözün və işin!
Sənə dəxli yoxdu çərxi-gərdişin.
Rəbbimiz, sultanı ərş ilə kürşun!
Bəndənin qəlbinə qor Ondan gəlib.
            
Yurduna tay olmaz; yurdun ayrısı!
Silinsin bağrından yurdun ağrısı!
Müjdənin sarehi, sözün doğrusu
Haqqı aralıqda görəndən gəlib!
06.11.2014,
Bakı.
 
ŞEYTAN YASTIÄžI
 
İnsanı vaxtından əvvəl əldən salan bir şey varsa, o da tənbəllikdir.
Həzrəti-Əli

Tənbəllik azad bir adamı əsirə döndərər.
Firdovsi

Pah, atonnan, nə ağır yatdı bu oğlan, ölüb, ə!..
M.Ə.Sabir
 
Günəş günortadan axşama dönür;
Kasıb da bu qədər yatarmı, qafil?!
Çiyin çəkməkdə ol, gün amma dönür;
Harayın bir yana çatarmı, qafil?!
             
Bu nə təvəkküldü, nə yata-yatdı?!
O yatmaq dovşanı hara ucaltdı?!
Səni haylamaqdan səsim də batdı,
Qulaq da bu qədər batarmı, qafil?
             
Yoxuşu dırman ki, axır düzə çıx!
Qışın şaxtasından sıyrıl, yaza çıx!
Əl-qolunu tərpət, bir az üzə çıx:
Batan da təzədən batarmı, qafil?!
             
Gərnəşib ayıl ki, bəxt də ayılsın!
Boy atıb qalxmağa sən də qayilsən!
Ayıl daş yuxundan, kar-kor deyilsən;
İnsan yata-yata artarmı, qafil?!
             
Çinartək qabıq qoy: gövdə dirçəlsin!
Göyün bərəkəti qapına gəlsin!
Bir çöhrən açılsın, ürəyin gülsün
Zamanla tənbəllik tutarmı, qafil?!
Kasıb da bir belə yatarmı, qafil?!
11.11.2014,
Gəncə.

loading...
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
Cəmiyyət
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
Dünya
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
Cəmiyyət
"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar..." - FOTO+VİDEO
Maraqlı
"7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik" - Serjik Paşikdən uzaqgörən imiş...

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247