Xəbər lenti
28/05/2020 [22:38]:
Qənirə Paşayeva Respublika Günü münasibətilə konfranslarda gənclərə çağırışlar edib
28/05/2020 [22:35]:
Roza Zərgərli yenə ombasını nümayiş etdirdi - FOTOLAR
28/05/2020 [22:25]:
"Əməlində korrupsiya aşkarlansa, DSX rəsi barəsində də adekvat tədbirlər görüləcək..."
28/05/2020 [22:13]:
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
28/05/2020 [22:11]:
ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb
28/05/2020 [22:10]:
Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"
28/05/2020 [22:04]:
İlham Əliyev: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"
28/05/2020 [22:03]:
“Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev
28/05/2020 [22:02]:
Qarnı burnunda olan məşhur müğənni çimərlikdə kameralara yaxalandı - FOTOLAR
28/05/2020 [21:55]:
"Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" - Dövlət başçısı
28/05/2020 [21:53]:
Planetin ən hündür tikilisi Azərbaycan bayrağına "büründü"... - FOTO/VİDEO
28/05/2020 [21:50]:
“Beş qızımı şəraitsiz çoban evində böyütmüşəm...” - Füzuli sakini Rövşən Rzayevdən kömək istədi...
28/05/2020 [21:24]:
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
28/05/2020 [20:29]:
Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü
28/05/2020 [20:23]:
Bakı-Sumqayıt yolunda baş verən qəza tıxaca səbəb oldu - VİDEO
28/05/2020 [20:17]:
Koronavirusdan ölən şəxs “dirildi”
28/05/2020 [20:14]:
Gəncədə kafedə bıçaqlanma hadisəsi baş verib
28/05/2020 [20:04]:
Canlı yayımda döşləri görünən aktirsadan maraqlı etiraf: "Bilərək etdim"
28/05/2020 [20:01]:
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanı təbrik edib
28/05/2020 [19:55]:
Dövlət Dumasının deputatı: “Rusiya və Azərbaycan əməkdaşlığı inkişaf etdirəcək”
28/05/2020 [19:54]:
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını etdi - YENİLƏNİB
28/05/2020 [19:53]:
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO
28/05/2020 [19:48]:
Azərbaycanda 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb
28/05/2020 [19:35]:
Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı
28/05/2020 [19:32]:
Azyaşlının dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb - Bakı polisi
28/05/2020 [19:30]:
Üzüm bağının altından çıxan min yeddi yüz illik tarixi əsər insanları təəccübləndirdi - FOTOLAR
28/05/2020 [19:25]:
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlandı - 2 nəfər vəfat etdi, 125 pasiyent sağaldı
28/05/2020 [18:50]:
Mariya Zaxarova Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
28/05/2020 [18:32]:
"25 ildir dəmir yollarında işləyirəm, heç bir qəzanın şahidi olmamışam" - FOTO
28/05/2020 [18:32]:
İnterpolun axtardığı avtomobil Türkiyədən tapıldı - MARAQLI
28/05/2020 [18:29]:
“Mübariz Mənsimovun azadlığı uğrunda daha geniş bir ictimai təşkilat yaradılmalıdır...”
28/05/2020 [18:22]:
Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ
28/05/2020 [18:18]:
Türkiyə prezidentindən Azərbaycan dilində təbrik mesajı - FOTO
28/05/2020 [18:12]:
Brilliant Dadaşovanın toy görüntüləri yayıldı - VİDEO
28/05/2020 [18:10]:
2 milyard dollarlıq aktivlərinə həbs qoyulub, özü koronavirusa yoluxub...
28/05/2020 [18:08]:
Hakim zərərçəkənə ünvanladığı sualdan sonra vəzifəsindən uzaqlaşdırıldı - MARAQLI
28/05/2020 [17:59]:
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər”
28/05/2020 [17:51]:
“Sülh danışıqları sonsuzadək davam edə bilməz” - Polad Bülbüloğlu
28/05/2020 [17:39]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [17:35]:
“Ölkədə virusa yoluxanların sayı bir gündə 200 nəfərdən çox olacaq”
28/05/2020 [17:30]:
Çinin baş naziri ABŞ-a çağırış edib
28/05/2020 [17:29]:
ABŞ-dan vətənə dönən İlhamə: “Güzgüyə baxanda özümdən qorxuram”
28/05/2020 [17:24]:
Qadın içki şüşəsini sevgilisinin başında sındırdı - FOTO
28/05/2020 [17:23]:
Təhsildən yayınan şagirdlərin şərti məktəbdən yerdəyişməsi ilə bağlı məsələyə aydınlıq gətirilib
28/05/2020 [16:59]:
Bərdədə qadına zor tətbiq edib soydular
28/05/2020 [16:56]:
Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb - VİDEO
28/05/2020 [16:54]:
Cümhuriyyət qurucusunun nəvəsi: “Azadlıq ideologiyasının banisi kimi Rəsulzadə sovetlərə ciddi təhlükə idi”
28/05/2020 [16:51]:
Tarixi qərarların verildiyi bina - VİDEO
28/05/2020 [16:50]:
Məşhur “plus-size” model kameralar qarşısında uşağına süd verdi - FOTO
28/05/2020 [16:34]:
Bakı Slavyan Universitetində “Son iclas” filmi onlayn formada nümayiş etdirilib
28/05/2020 [16:28]:
"İnsan həyatı haqqında bu qədər dəqiqləşdirilməmiş informasiyalar yaymaq olmaz”
28/05/2020 [15:45]:
Polis 45 nəfəri cinayətə görə saxladı
28/05/2020 [15:36]:
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb - FOTO
28/05/2020 [15:33]:
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olundu - FOTO
28/05/2020 [15:22]:
Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi - FOTO
28/05/2020 [15:05]:
Almaniyada irqçi hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı məlum olub
28/05/2020 [14:56]:
Eldar Əzizovdan yeni təyinat
28/05/2020 [14:55]:
“Qəzada həlak olan hərbçimizin hər biri 40 düşmənin başını əzə bilən oğullar idi, amma...”
28/05/2020 [14:41]:
Pakistanın Baş Naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
28/05/2020 [14:35]:
"Bizdən daha ciddiydilər, bizdən daha fədakardılar, bizdən daha uzaqgörəndilər..."
28/05/2020 [14:33]:
"Atam “Azərbaycan” sözünü eşidəndə gözyaşlarını saxlaya bilmirdi...” - VİDEO
28/05/2020 [14:30]:
Bağırovun xidməti niyə İmam Mustafayevin adı ilə bağlanmalıdır?
28/05/2020 [14:26]:
Azərbaycan tarixinin şanlı səhifəsi - Xalq Cümhuriyyəti...
28/05/2020 [14:25]:
Çavuşoğludan 28 May Respublika Günü PAYLAŞIMI
28/05/2020 [14:20]:
Türk Polis Təşkilatı Azərbaycanı belə təbrik etdi - FOTO
28/05/2020 [14:20]:
Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir - VİDEO
28/05/2020 [14:11]:
ABŞ uyğurların qisasını alır – Yeni qanun
28/05/2020 [14:08]:
Neymarın oğlu ilə qeyri-adi zarafatı - VİDEO
28/05/2020 [14:01]:
Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
28/05/2020 [14:00]:
Tamam Cəfərova videokonfrans formatında seçicilərlə görüşüb
28/05/2020 [13:58]:
“Xəstəlik dizimə qədər gəlsə, əl arabasında gəzəcəm” - VİDEO
28/05/2020 [13:53]:
ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi: “Yeni ocaqlar yarana bilər... Vaksin bir ilə hazır olacaq”
28/05/2020 [13:47]:
BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 28 may - Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb
28/05/2020 [13:44]:
“Karantin rejiminin ən çox təbiətə faydası oldu, ekosistemlər özünü bərpa etdi...”- Ekoloq...
28/05/2020 [13:25]:
Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib
28/05/2020 [13:23]:
Koronavirus insandan bu heyvanlara keçə bilər
28/05/2020 [13:22]:
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək - XƏBƏRDARLIQ
28/05/2020 [13:07]:
Azər Süleymanov Azərbaycan xalqını təbrik edib
28/05/2020 [13:02]:
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub
28/05/2020 [13:01]:
Havanın temperaturu 37 dərəcəyədək yüksələcək
Bütün arxiv bir sırada
19/12/2014 [11:07] - Köşə - ( 4989 dəfə baxılıb)

“Diktator” ittihamı və 82 illik cavab

Seymur Əliyev
[email protected]

“CNN TÜRK” kanalında İlham Əliyev haqqında səsləndirilən “diktator” ifadəsi Azərbaycanda bəzi politoloqları, ictimai-siyasi xadimləri hərəkətə gətirib. Adıçəkilən telekanalın İ.Əliyevdən üzr istəməli olduğunu iddia edən bu insanların bəzisi, hətta bir qədər də uzağa gedərək bunu sadəcə ölkə başçısına deyil, Azərbaycan xalqına olan hörmətsizlik kimi dəyərləndirir.

Şübhəsiz, İ.Əliyev haqqında ölkə xaricində səsləndirilən bu ifadənin Azərbaycanda  kimlərinsə, ola bilsin ki, hətta milyonlarla insanın xoşuna gəlməməsi mümkün və başadüşüləndir. Fəqət anlaşılmayan məqam hansısa telekanalda səslənən bu ifadəyə görə həmin telekanaldan üzr tələb etməkdir ki, bunu normal məntiqlə izah etmək mümkün deyil.

Birincisi, hər bir şəxsin, istənilən dövlətin ölkə başçısı, siyasətçisi haqqında tənqidi fikir səsləndirmək, onu öz prizma və dünyagörüşündən çıxış edərək demokrat və ya diktator adlandırmaq hüququ var. Söhbət telekanal əməkdaşından, şərhçidən gedirsə, bu kateqoriyaya mənsub insanların jurnalist, media əməkdaşı olaraq bu hüquqdan daha geniş yararlanmaq səlahiyyəti mövcuddur. Odur ki, bir jurnalistin səsləndirdiyi tənqidi təhqir kimi qələmə verib onu üzr istəməyə çağırmaq hər şeydən öncə fikir azadlığına, jurnalist hüquqlarına ziddir.

İkincisi, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında bu cür tənqidi ifadələr illər uzunudur ki, Azərbaycan mediasında geninə-boluna işlədilməkdədir. Bu məntiqdən çıxış etsək, Türkiyə tərəfi də Ərdoğan və Türkiyənin digər hökumət nümayəndələri ilə bağlı səslənən bu fikirlərə görə Azərbaycanı üzr istəməyə səsləyə bilər ki, o zaman ölkə mediasının ən az yarısı üzrxah durumuna düşər.

Üçüncüsü, Azərbaycan mətbuatının özündə İ.Əliyev haqqında minlərlə bu və bundan qat-qat ağır ittihamlar səslənib ki, bu ifadələrə görə də hər hansı media əməkdaşından üzr istəmək tələb olunmayıb.

Dördüncüsü, Almaniya, Böyük Britaniya və ABŞ mətbuatında İ.Əliyev haqqında bundan çox-çox ağır ifadə və ittihamlar yer alıb ki, onların heç biri ilə bağlı bu cür aqressiv mövqe ortaya qoyulmayıb. Bu isə onu düşünməyə əsas verir ki, bu gün CNNTÜRK əməkdaşını hədəf seçənlər həmin dövlətlərin mediasına diş batıracaq, söz keçirəcək qədər gücə sahib olduqlarına ümid etməyiblər.

Beşincisi, ölkə başçısı Azərbaycanı təmsil etsə də, prezidentin ünvanına səsləndirilən tənqid və hətta təhqiri belə dövlətə və ya xalqa şamil etmək, onu bu şəkildə qələmə vermək olmaz. Xalq prezidentin cinayətlərinə görə məsuliyyət daşımır. Əgər belə olsaydı, o zaman bəşər tarixinin ən böyük qanlı qırğınlarını reallaşdıran faşist Almaniyasının rəhbəri Adolf Hitlerə görə bütün alman xalqını ölümə məhkum etmək, cəzalandırmaq lazım gələrdi. Necə ki, Qəddafi törətdiyi cinayətlərə görə xalqı ilə bərabər deyil, təkbaşına cavab verməli oldu. Necə ki, bu gün Bəşər Əsədin Suriyada həyata keçirdiyi qətliyamlara görə, cavabdehlik bütün Suriya xalqına deyil, sadəcə B.Əsədə məxsusdur.

Altıncısı, “CNN TÜRK” kanalında səslənən məlum ifadənin bunca üstünə gedərək bunu az qala türk mediasının Azərbaycan prezidentinə və ya Azərbaycan xalqına olan münasibəti kimi təqdim etmək, birbaşa olmasa da, dolayısı ilə belə bir görünüş formalaşdırmaq yanlış və zərərlidir. Bu, iki dövlət arasında qarşılıqlı inamsızlıq və etimadsızlıq toxumu səpmək deməkdir. Halbuki, türk telekanallarında prezident İ.Əliyev haqqında kifayət qədər müsbət xarakterli verilişlər verilib, fikirlər səsləndirilib.

Yeddincisi, İ.Əliyev bir prezident olaraq öz hüquq və şəxsiyyətinin keşiyində dayanmağa qadirdir və onun bu məsələdə heç kimin köməyinə ehtiyacı yoxdur. Buna görə də, İ.Əliyevin yerinə hansısa təşəbbüslə çıxış etmək, onun əvəzinə hansısa tələblər səsləndirmək yumşaq desək, xoşagəlməzdir və bu, kənardan da o qədər xoş, səmimi rəfdar kimi görünmür.

Səkkizincisi, hansısa telekanalın hansısa ölkə başçısı, konkret desək İ.Əliyevi diktator adlandırması özlüyündə hələ onun diktator olması demək deyil. Lakin əgər İ.Əliyev və ya onun siyasi çətiri altında toplaşanlardan kimsə bundan narahatlıq duyursa, bu ifadəni səsləndirən aparıcıdan üzr tələb edirsə, bu, həmin insanların demokratiya ilə bağlı baxışında ciddi problemlərin olduğunu göstərir. Çünki bir ölkədə prezidenti diktator adlandırmağa yasaq qoymaq və ya bu cür fikir səsləndirən hər hansı bir şəxsi üzr istəməyə vadar etmək, məhkəməyə cəlb etmək kimi addımlar artıq həmin şəxsin diktator olduğunu təsdiq edən meyar qismində çıxış edir. Halbuki, bu ifadə və ya bu cür tənqidlərə dözümlü yanaşmaq İ.Əliyevin diktator deyil, demokrat olmasının qismən və ya birbaşa təsdiqi sayıla bilər.

Bu gün “diktator” ifadəsi ətrafında aparılan müzakirələr türk dünyasının xilaskarı, Böyük Mustafa Kamal Atatürkə 82 il bundan öncə, 1932-ci ildə  Türk Tarix Konqresi zamanında Mərmərə köşkündə ona verilən sualı yada salır. Belə ki, çay ziyafəti zamanı gənc hüquqşünaslardan biri üzünü Atatürkə tutaraq  italyan yazıçılarından birinin onu diktator adlandırmasına diqqət çəkir və bununla bağlı Atatürkün fikirlərini soruşur. Bu qəfil və xoşagəlməz sual qarşısında təmkinini pozmayan Atatürk gülümsəyərək bu cavabı verir: “Əgər mən diktator olsaydım, sən bu sualı mənə verə bilməzdin!".

Bu baxımdan, əgər bu gün Azərbaycan və ya türk mediasında kimsə İ.Əliyevi diktator adlandırırsa, buna görə təhdid və təqib olunmursa, məhkəməyə verilmirsə, həbsxanaya salınmırsa bu, onun diktatorluğundan daha çox demokratikliyindən xəbər verir. Yox əgər İ.Əliyev haqında səsləndirilən tənqidə görə jurnalisti üzr istəmək məcburiyyətində qoyurlarsa, yaxud Azərbaycanda kimsə bu cür tənqidi fikirlərinə görə, hansısa formada təzyiqə məruz qalırsa, bu səsləndirilən tənqidin tamamilə reallığı əks etdirdiyini təsdiqləyir.

Odur ki, bu kimi məsələlərdə təmkinli olmaqda fayda var. Unutmayaq ki, hələ ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda İ.Əliyevə nə ayaqqabı, nə daş, nə də yumurta atan olmayıb. Və yəqin ki, belə bir şey olsaydı, o zaman İ.Əliyevin haqqında səsləndirilən bir ifadəyə görə jurnalisti üzr istəmək məcburiyyəti qarşısında qoyanlar, bu hərəkətə görə ona məhkəməsiz dar ağacı tələb edərdi.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

Qarnı burnunda olan məşhur müğənni çimərlikdə kameralara yaxalandı - FOTOLAR
Canlı yayımda döşləri görünən aktirsadan maraqlı etiraf: "Bilərək etdim"
İnterpolun axtardığı avtomobil Türkiyədən tapıldı - MARAQLI
Hakim zərərçəkənə ünvanladığı sualdan sonra vəzifəsindən uzaqlaşdırıldı - MARAQLI
"Atam “Azərbaycan” sözünü eşidəndə gözyaşlarını saxlaya bilmirdi...” - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
Dünya
Üzüm bağının altından çıxan min yeddi yüz illik tarixi əsər insanları təəccübləndirdi - FOTOLAR
Cəmiyyət
“Qəzada həlak olan hərbçimizin hər biri 40 düşmənin başını əzə bilən oğullar idi, amma...”
Gündəm
Ermənilər Qubadlı xarabalığında uşaq bağçası tikir... -Bayquş balaları üçünmü?..-FOTOLAR
Siyasət
"Bunlar ədalət axtarışındadırlarsa, Dilqəm və ŞahbazIn taleyi ilə maraqlansınlar..."
Yazar
Seymur Verdizadə
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
İlham İsmayıl
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Sultan Laçın
"Əbülfəs Qarayevləri 26 il tanımamışıq?.. -İnnən belə mübarizə mədəniyyətimiz artacaqmı?.."
Həftənin ən çox oxunanları
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
"Flora xanım cinsiyyəti bəlli olmayan tulalarına, küçə uşaqlarına desin ki..."
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247