Hər bir ölkənin inkişafında ən mühüm rol oynayan təsisatlardan biri də təhsil sistemidir. Təhsil yalnız uşaqların təlim və tərbiyyəsi deyil, həm də ölkə iqtisadiyyatına qoyulmuş ən böyük investisiyadır. Xüsusilə yaşadığımız informasiya çağında zamanla ayaqlaşan tədris proqramları övladlarımızın gələcəyinin təminat altına alır, onların firavan həyatlarının qurulmasına xidmət göstərir. Odur ki, hər bir valideynin üzərinə düşən əsas vəzifə övladlarına mal-mülk yığmaq yox, onlara sabah öz ayaqları üzərində durmağa kömək edən təhsil vermək olmalıdır.
Sözsüz ki, hər şeyin bir təməl nöqtəsi olduğu kimi, effektli təhsilin də başladığı ilkin mərhələ var. ilk mərhələ necə başlayarsa uşaqların gələcəkdə əqli inkişafı da o cür formalaşar. Bu mənada bir çoxlarımıza uşaq oyunu kimi gələn ibtidai və məktəbəqədər təhsil gələcəyimizin formalaşmasında bəlkə də ali məktəblərdən daha mühüm rol oynayır..
Etiraf etməliyik ki, xüsusilə son illər uşaq baxçalarına diqqətin artırılması yeni tipli məktəbəqədər təhsil müəssisələrinin də formalaşmasına yol açmışdır. Bir vaxtlar diqqətsizlik ucbatından tamamilə yox olmuş müəssisələrin yerində müasir standartlara uyğun məktəbəqədər tədris ocaqları yaranmışdır. Belə müəssisələrdən biri də Nizami rayonunda, Qara Qarayev metrosunun yaxınlığında yerləşən “İndigo”-dur.
3-6 yaşlı uşaqların təlimi üçün nəzərdə tutulan bu mini-baxça müasir çağımızda yaşayan insanlar üçün tələb olunan bir çox xüsusiyyətlərlə körpələri tanış edir. Körpələr burada komputerlə tanış olur, azərbaycancayla yanaşı, rus, ingilis dilində gündəlik tələb olunan bir sıra sözləri öyrənir, şahmatın sirlərinə yiyələnirlər. Mini-baxçanın müdavimlərinə gözəl rəqs etməyi öyrədən müəlliimlər də var. Sinif otağından asılmış yazı lövhəsində hərf və rəqəmləri yazan körpələr bunu oyun zənn edərək həm əylənir, həm də hüsnü-xətt məharətlərini göstərirlər. Digər balaca dostlarıyla girdikləri bu yarışlar onlar üçün həm də həyat uğrunda intellektual mübarizənin yollarını öyrədir.
“İndigo”-nun pedoqoji heyəti kifayət qədər bacarıqlı mütəxəssislərdən təşkil olunub. Baxçanın müdirəsi Əkbərova Aygün ixtisasca həkimdir. Pediatr həkim kimi hər bir uşağın sağlamlığıyla maraqlanır və onların ən kiçik problemlərini vaxtını təyin edib lazımi tədbirlər görür. Körpələrin təlim-tərbiyyəsiylə isə əsasən Cəfərova Rüqqiyə müəllimə məşğul olur. İxtisasca filoloq olan Rüqiyyə xanım iş fəaliyyətinə müxtəlif uşaq baxçalarından başlayıb. Əvvəl baxçalarda dil-ədəbiyyat müəlliməsi işləyən bu xanım sonradan metodist kimi faliyyətini davam etdirib. Təhsilini rus sektorunda alan müəllimə eyni zamanda ingilis və Azərbaycan dilllərində də mükəmməl danışa bilir və öz bildiklərini mümkün dərəcədə uşaqlara da öyrədir.
Valideynlərin və müəllim kollektivinin bildirdiyinə görə, təhsil müəssisəsində uşaqların vətənpərvər yetişdirilməsinə də xüsusi diqqət ayrılır. Təsadüfi deyil ki, dərslər Azərbaycan himninin oxumasıyla başlayır. Ölkəmizin milli-mənəvi dəyərləri haqqında onlara müfəssəl informasiyalar verilir. Rəqs dərslərində həm xarici, həm milli rəqslər öyrədilir.
Uşaqların arasında keçirilən müxtəlif yarışlar onların həm fiziki, həm də əqli cəhətdən inkişafını nəzərdə tutur.
“İndigo” təhsil müəssisəsi eyni zamanda abuituriyentlərin ali məktəblərə hazırlanmasıyla məşğul olur. Burada orta məktəbin yuxarı sinifində oxuyan uşaqlar müxtəlif fənnlərdən imtahana hazırlaşa bilərlər.