Tanınmış politoloq Fərhad Mehdiyev facebook səhifəsində Rusiya-Azərbaycan münasibətləri və bu ölkə ilə bağlı yürüdülməsi gərəkən siyasətlə bağlı maraqlı fikirlər səsləndirib. Moderator.az həmin statusu təqdim edir:
“Ölkəmizdə tutarlı fikir deyə bilən
insan azdır. Bir gün Rusiyanı sürüb yıxırlar, başqa gün isə onun ayağına
düşürlər. Burda bəzi qeydlər etməyə məcburam:
1. Rusiya regional
çapda və Yaxın Şərqdə oyunçudur. Nəzərə alınmalıdır çünki biz də həmin
regiondayıq. Rusiya ilə münasibətlər nə çox yaxın, nə də çox uzaq olmalıdır.
2. İnterqasiyanın
müxtəlif növləri var. Siyasi, mədəni, etnik, iqtisadi. vs. Qərbyönümlü
inteqrasiya deyəndə, bizə ilk dərəcədə "şüur" inteqrasiyası gərəkdi. Hələ-hələ mədəni
inteqrasiya baxımından bizim Ruslardan öyrənəcəyimiz çox az şey var. Bu məsələdə
Avropa mədəniyəti daha üstündür.
3. Sabah qiyamət
qopacaq olsa da, Rusiya Qarabağ məsələsində mövqeyini dəyişməyəcək. Sadəlövh
olmayın.
4. Sərfəli variantda
Rusiya ilə ticarət aparmaq lazımdır, üstünlük bizdə olmayan xammallara verilməlidir.
Hazır məhsulu isə onlardan almamlıyıq.
5. Rus dilini öyrənməli,
Rus əhalisini saxlamaq lazımdır. Öz rüşvətxor və mədəniyyətsizlərin bizə
vurduqları zərbəni Ruslar (Bolşevik zehniyəti) ancaq Stalin dövründə vurublar.
6. Nəhəng Rusiya dövləti
bizi çox da ciddiyə almır. Necə olsa bu dövlət bizi 200 ilə yaxın əsarətdə
saxlayıb. Ancaq özü hal-hazırda izolasiyada qaldığı üçün, özünə müttəfiq
axtarır. Bü gün Rusiya zəyifləyir və davam edəcək. Bundan maksimum istifadə etmək
lazımdır. Xırda dövlÉ™tlÉ™r hiylÉ™gÉ™r olmasalar, böyük divlÉ™r qarşısında É™zilÉ™râ€.