İctimai Araşdırmalar Mərkəzinin rəhbəri, məşhur politoloq İlqar Altay facebook səhifəsində Putinin Türkiyə səfəri ilə bağlı maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxuculara təqdim edir:
“Putin bu saat vurnuxur.
Ukrayna qələbəsizliyi, bütün dünyadan təcrid olunması və amansız iqtisadi
böhran onu ən qorxduğu duruma ”“ öz ölkəsindəki nüfuz itkisinə, rus qəzəbinə,
siyasi böhrana doğru sürükləyir. Bilir ki, tarixdə bütün rus padşahlarını heç
kim yox, öz qəzəbli rus xalqı yıxıb.
Ona bu saat heç olmazsa
görüntü üçün müvəqəti də olsa, “tərəfdaş” şousu lazımdır ki, heç də təklənib
atılmadığnı isbatlasın. Göstərsin ki, hələ də onu sayıb-seçən ölkələr var, onu
xüsusi qarşılayan dövlət rəhbərləri var. Belə təsəlli xarakterli səhnələr üçün
cənab Putin özünün xilası naminə hətta milyardlar belə xərcləməyə hazıdır.
Odur ki, Qərblə üz-göz
olmuş “imperator” artıq Şərqin, Cənubun bəzi nüfuzlu ölkələrinə üz tutub. Az əvvəl
Çində oldu. İndi isə Türkiyə...
Bu dəfə Ankara səfəri
üçün görünür, Moskva daha çox maya buraxıb.Rusiya kanalları iddia edir ki,
Türkiyədə hələ heç bir dövlət başçısı belə təm-təraqla qarşılanmayıb.
İnanılandır. Niyə də yox
ki? Sayın cümhurbaşqanı Ərdoğan bəy ölkəsinin xeyrini bilən adamdır. Bir neçə
milyard mənfəət, faydalı ticarət əməkdaşlığı, üstəlik neft-qaz vədləri xatirinə
bir yaxşı qəbul görüşü təşkil etmək nədir ki?
Bəs Türkiyənin Qərb
partnyorluğu həmrəyliyi? Narahat olmasınlar, o da düzələr. Zamanında Ərdoğan bəy
üçün Putindən üz çevirmək çətin bir şey deyil. Cəmisi iki il öncə Bəşər Əsədə
qardaş deyir, Suriya ərazisində birgə hərbi təlim keçirirdi...
Bəs yaxşı, bu görüşdə
Qarabağ problemi məsələsi? Bu görüş, dedik axı, sadəcə şou üçün idi. Hansısa
problemin həlli üçün yox”.