“Cənub axını” baş tutmadı-kim uddu, kim uduzdu...?
Oxunub: 6020
03 Dec 2014 | 12:22
“Cənub axını” baş tutmadı-kim uddu, kim uduzdu...?
  Keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin nəticələrini Moderator.az-a açıqlamasında şərh edib, bu yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirlərindən bəhs edib:

"Rusiyanın dövlət başçısı Vladimir Putinin 1 Dekabr 2014-cü il tarixdə Türkiyəyə rəsmi səfəri zamanı Rusiya təbii qazının Cənubi və Mərkəzi Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş “Cənub Axını” transmilli qaz kəmərindən imtina etməsini söyləməsində qeyri-adi bir məqam yox idi. Ukrayna konfliktindən sonra Qərblə Rusiya arasında yaşanan qarşıdurma, ABŞ və Avropa Birliyinin (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar məsələni bu cür dəyərləndirməyə əsas verir.
Keçən son 20 il ərzində beynəlxalq münasibətlərdə ABŞ və AB özlərini Soyuq Müharibədən qalib çıxmış  və həddini bilməyən lotular kimi aparırdı. Rusiya isə sanki rus xalq nağıllarında olan fağır və güclü Vankanı xatırladırdı. Vanka öz yeməyində idi. Amma lotuları da gözdən qoymurdu, onların dediklərini bir qulağından alırdı, o biri qulağından buraxırdı...(Ванька ест, да слушает”¦)
ABŞ və AB-nin sərgilədiyi sərt və düşmənsayağı mövqeydən sonra Rusiyanın adekvat addımlar atacağı təbii idi və o bu addımları atmağa başladı. Rusiya rəhbərliyi bu addımlara artıq çoxdan hazır olduğu kimi də görünürdü desək, səhv etməzdik. 
Rusiya hələ 2004-cü  ildə BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ibarət) geosiyasi klubunun təsis olunmasına nail oldu. BRİKS dünya materikinin 25%, dünya əhalisinin 40 % və ABŞ-in ümumi daxili məhsulunun üç mislinə (15,435 трлн. Dollar)bərabər ÜDM sahib olan geosiyasi birlikdir.  
Daha sonra, 2007-ci ildən başlayaraq, dövlət “Şərq qaz proqramı” çərçivəsində Sibir və Uzaq Şərq bölgələrindən Çinə ildə 60 milyard kub metr təbii qazın nəqlini nəzərdə tutan və uzunluğu 4000 kilometr olan “Sibirin Güçü”  qaz kəmərinin tikintisinə başlaması Rusiyanın müdrük və uzaqgörən siyasətinə dəlalət edirdi.
Bu illər ərzində Rusiyanın Türkiyə Cümhuriyyəti ilə də geniş ticari və iqtisadi əməkdaşlığına yaşıl işıq verilmişdi. Türk şirkətləri Rusiya iqtisadiyyatına, Söçidə qış olimpiya oyunları səhərinin tikintisinə, rus şəhərlərində mülki tikinti və infrastruktur işlərinə 100 milyard dollardan çox sərmayə qoymuşdular. Rusiya və Türkiyə arasında xarici ticarət dövriyyəsi kəskin surətdə artaraq 2013-cü ildə 33 milyard dollar həddinə çatmışdı. 
Hal-hazırda Rusiya Türkiyənin xarici ticarət tərəfdaşları arasında 2-ci yerdədir. Türkiyə isə Rusiyanın xarici ticarət dövriyyəsinə görə ən böyük 8 tərəfdaşından biridir. 
Hadisələrin istənilən gedişində Rusiyanın şansları daha yüksək idi və onu iqtisadi və siyasi planda təcrid etmək planlarının perspektivi uğurlu ola bilməzdi. Belə planları hazırlayıb həyata keçirən qeyri-dost ölkələr və onların strateji institutları bunu başa düşməli idilər. 
Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Qərbin ən böyük səhvi idi. Dərdi ağrılı başdan ağrımayan başa çevirmək çəhdi kimi. Atalar düz söyləyib: “Tələsən ”“ təndirə düşər!” Qərb görünür getdikcə daha da güclənməkdə olan və yenidən dünya siyasətində söz sahibinə çevrilə biləcək Rusiyanı qabaqlamaq cəhdində çox tələsirdi...
ABŞ və AB geosiyasi planlarında əvvəlki illərdə buraxdıqları ciddi səhvləri də nəzərdən qaçırmışdılar. Qərb strateji müttəfiqinin, NATO-nun üzvü Türkiyənin AB-nə üzv olmaq niyyətini illərlə əngəllədiyini, bunun bir zaman öz negativ bəhrəsini verəcəyini yəqin ki, doğru qiymətləndirə bilməmişdi.
Tarixi həqiqətlər yüksək səviyyədə son Rusiya-Türkiyə görüşündə özünün məntiqi davamını tapmış oldu.  Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Qərblə enerji əməkdaşlığına dair verdiyi negativ bəyanat özünü çox gözlətmədi. Prezident V. Putin Avropa Birliyinin qeyri-konstruktiv mövqeyini əsas gətirərək “Cənub Axını” projesini dayandırdıqlarını bəyan etdi. 
Rusiyanın “Qazprom” şirkəti ilə Türkiyənin “Botas” şirkəti arasında imzalanmış müqaviləyə əsasən Qara Dənizin altından keçməklə Rusiyanı Türkiyə və Türkiyə üzərindən Yunanıstan və Cənubi Avropa ölkələri ilə birləşdirəcək yeni transmilli qaz kəməri çəkiləcəkdir. Bu kəmərin illik qaz nəql etmək gücü 65 milyard kub metrə bərabər olacaq. 
Rusiya qazının 14 milyard kub metri Türkiyənin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuşdur. Qalan 50 milyard təbii qazın Türkiyə üzərindən üçüncü ölkələrə nəql ediləcəyi gözlənilir. Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldızın sözlərinə görə onun ölkəsi bu ticari anlaşma hesabına təbii qazın tranzitindən hər il 400 milyon dollar təmiz gəlir əldə edə biləcəkdir. Gələcəkdə Yunanıstanla sərhəddə (Trakiyada) yeni qaz paylayıcı stansiyanın tikintisi baş tutacağı halda, tranzit qaz nəqlinin həcmi və müvafiq olaraq Türkiyənin gəlirləri də artmış olacaqdır.
Əldə olunmuş bu tarixi sövdələşmə Rusiya və Türkiyə arasında böyük strateji əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilə bilər. Bununla həm Rusiya, həm də Türkiyə yalnız böyük iqtisadi və ticari əhəmiyyətli birgə projeyə yol açmış olmur. Eyni zamanda, bu tarixi müqavilə dünyada və regionda yeni geosiyasi alyansın başlanğıcından xəbər verir. 
Birmənalı demək olar ki, yeni iqtisadi-ticari, həm də geosiyasi alyansın meydana gəlməsi ilə Qərb, Avropa Birliyi xeyli uduzmuş vəziyyətdə görünür. Əksinə, həm Rusiya, həm də Türkiyə çox məhsuldar beynəlxalq və regional əməkdaşlığın astanasında dayanmış qaliblərə bənzəyirlər. Və məsələ yalnız təbii qazın ixracında və idxalıda deyil...
Qərb öz sanksiyaları hesabına nəhəng Rusiya bazarlarını və hər il bu bazarlar hesabına qazandığı 90 milyard avroya bərabər olan nəhəng gəlirləri itirmiş oldu. Nəticədə AB ölkələrində ənənəvi olaraq Rusiyaya ərzaq və kənd təsərrüfatı mallarının ixracı ilə məşğul olan minlərlə fermerlərin, şirkətlərin, iş adamlarının müflisləşməsi, işsizlər ordusunun böyüməsi hələ də davam edir. 
Qərbin siyasi dairələri Avropa ölkələrinin təbii qaz istehlakının 40% dən çoxunu təmin edən Rusiya ilə əməkdaşlıqda özlərinə yersiz və dərin problemlər yaratmış oldular. Ukrayna kimi sülhpərvər bir dövləti Rusiya ilə münaqişəyə sürüklədilər. Balkanlardan sonra Avropada yeni vətəndaş müharibəsinə şərait yaratdılar, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü İraqda və Liviyada olduğu kimi sual altına qoymuş oldular. AB-nin öz iqtisadi və sosial problemləri az imiş kimi, Ukraynanın da eyni problemlərini Avropa xalqlarının çiyninə yüklədilər.
Rusiya və Türkiyə praqmatik dövlət siyasəti hesabına və Qərbdən fərqli olaraq, mütərəqqi iqtisadi-ticari və geosiyasi perspektivlərin sahibinə çevrildilər. 
Rusiya hər il Ukrayna üzərindən nəql edilən, qəsb edilən, əvəzi ödənilməyən qazına sahib çıxmağın yolunu tapdı. Daha 50 milyard kub metr təbii qazdan dövlət büdcəsinə sanballı-kifayət qədər valyuta daxilolmalarını sığortalamış oldu. 
Türkiyənin təbii qaza olan ehtiyacını qarşılamaqla və bu tarixi sövdələşmədən Türkiyənin tranzit haqqı olaraq böyük gəlirlər əldə etməsinə yol açmaqla, cənub qonşusunu özünün strateji müttəfiqinə çevirdi. Türkiyənin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatında qüvvələr nisbətinin balanslaşdıırılması baxımından Rusiyanın yanında olmasına şərait yaratmış oldu.  
Rusiya həm də Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Türkiyəyə kart-blanş vermiş oldu. Əgər Rusiya xarici siyasət maşını daha ağıllı və daha çevik tərpənə bilsə, artıq yaxın müttəfiq sayıla bilən Türkiyənin vasitəçiliyi ilə Qafqazların, Mərkəzi və Orta Asiyanın türk əsilli və türkdilli respublikalarının Avrasiya İqtisadi Birliyində tam iştirakı uzaq perspektivə dönməyəcəkdir. 
Rusiya-Türkiyə yaxınlaşması Qarabağ Münaqişəsinin sülh yolu ilə və qısa bir zaman ərzində həllini təmin edə biləcək qədər də perspektivli görünür. İki dövlət arasında baş verəcək müttəfiqlik həm Azərbaycanın, həm də Ermənistanın milli maraqlarına cavab verəcəkdir. Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə, Ermənistanın isə iqtisadi və siyasi blokadadan xilas olmasına, regionda baş verəcək böyük iqtisadi və humanitar projelərdən bəhrələnməsinə yol açacaqdır. 
Bu əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında Qarabağ münaqişəsi üzündən yaşanan müəyyən etimadsızlığı da aradan qaldıracaqdır. Ermənistanla Türkiyə arasında yeni mehriban qonşuluğa və əməkdaşlığa yol aça biləcəkdir.
Öz növbəti iqtisadi və siyasi dirçəliş tarixini yaşayan Türkiyə üçün Rusiya ilə tarixi qaz sövdələşməsi sanki göy üzündən yerə düşmüş müqəddəs mannaya bənzəyir. Geosiyasi və geostrateji baxımdan Türkiyə öz cinahlarını əvvəllər olmadığı qədər möhkəmləndirmiş olur. Qərblə münasibətlərdə Türkiyənin mövqeləri Rusiya kimi güclü bir müttəfiqi qədər güclənir.
Türkiyə həm də Rusiyanın patronajlığında olan Gömrük İttifaqına, Belarusiyanı, Qazaxıstanı və RF-nı birləşdirən azad ticarət zonasına daxil olmaq üçün yaşıl işıq qlmış oldu. Ümumi Daxili Məhsulunun 22%-dən çoxunu kənd təsərrüfatı və ərzaq məhsulları təşkil edən bir ölkə üçün 200 milyon nüfuzu olan nəhəng bazara daxil olmağın nə demək olduğunu xırdalamağa ehtiyac qalmır. 
Türkiyənin qabaqcıl aqrar-sənaye texnologiyaları Rusiyanın 2006-cı ildə qəbul etdiyi dövlət aqrar-sənaye proqramı baxımından da çox tələb olunandır. Bu sahədə əməkdaşlıq türklərə yeni bazarların kəşfi ilə, ruslara isə Orta və Uzaq Şərq regionlarında geridə qalmış, çökmüş kənd bölgələrinin yenidən canlandırılması və inkişafı ilə əlamətdar ola biləcəkdir.
Rusiya və Türkiyə yaxınlaşması ilə bağlı cari tarixi məqamın daha bir fövqəladə geosiyasi əhəmiyyəti vardır. Bu çox incə, həm də çox mürəkkəb bir məsələdir. Rusiyanın və Türkiyənin Qafqazlarda və Orta Asiyada tarixi rəqiblər olduğu bir sirr deyildir. İki dövlət arasında baş verəcək yeni tarixi yaxınlaşma bu tarixi rəqabəti ”“ tarixi müttəfiqlik müstəvisinə keçirə biləcək qədər əhəmiyyətlidir.                    
Türkiyənin NATO üzvü olması və bu amilin Rusiya-Türkiyə yaxınlaşmasında maneə ola biləcəyinə gəlincə, burada həllini tapa bilməyəcək məqam yoxdur. Türkiyədə və ya Rusiyada xarici güc mərkəzlərinin tarixi proseslərə mane olmaq cəhdləri də uğur qazana bilməyəcəkdir.   Vladimir Putinin və Rəcəp Ərdoğanın ölkələrində nüfuzları və mövqeləri çox güclüdür. Hər iki dövlətin xarici müdaxilələrdən qorunmaq üçün kifayət qədər təsirli imkanları vardır.  
Çini ”“ Çinə çevirməkdə fövqəladə rolu olmuş Qərbin transmilli şirkətləri də mövcud tarixi gedişdən bəhrələnməkdən imtina etməyə bilərlər. Avropa Birliyinin ÜDM-nun 50%-dən çoxunu verən bu şirkətləri (AİK) istənilən geosiyasi oyunlarda mümkün ola biləcək sanballı mənfəətlər  daha çox maraqlandıran məqamdır. Transmilli şirkətlərin Rusiyada və Türkiyədə ağlasığmaz həcmlərdə investisiyaları/kapitalları mövcuddur və yeri gəldikdə bu faktor iqtisadi tənəzzülə sürüklənən Qərbin milli maraqlarını üstələyə də bilər.
Türkiyə-Rusiya münasibətləri ən yeni tarixin ən yeni və fövqəladə dönüş nöqtəsi ola biləcək qədər aktualdır. Əgər bu münasibətlərin mühəndisləri zamanı bir az daha qabaqlaya bilsələr, Rusiya-Türkiyə münasibətlərinin yeni arxitekturasını qura bilsələr, yeni əməkdaşlıq dünyada yeni və ən güclü bir geosiyasi ittifaqa yol aça biləcəkdir... 
 

Oxşar xəbərlər
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 18:29
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib - FOTO
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 17:47
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə 15 il həbs cəzası istənilib - FOTO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 18:29
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib - FOTO
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 17:47
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə 15 il həbs cəzası istənilib - FOTO