Tanınmış iqtisadçı-ekspert Samir Əliyev Moderator.az-a açıqlamasında neftin ucuzlaşmsının milli valyutamız üçün vəd etdiyi təhlükələri şərh edib:
“Bu, davamlı bir proses olarsa, yalnız büdcənin
icrasına problem yaratmayacaq. Bu həm də milli valyutaya öz təsirini
göstərəcək. Əgər neftin qiyməri düşərsə, o zaman manat üzərində güclü təzyiqlər
olacaq. O zaman Milli Bank məcbur olub manatın ucuzlaşdırılmasına gedə bilər.
2009-cu ildə buna getmədi. Bu il də maksimum çalışacaq ki, getməsin. Özü də
elan edib ki, getməyəcək. Lakin situasiyadan asılı olaraq bu qərar dəyişə bilər.
Milli valyutanın ucualaşması isə əhalinin yaşayışına mənfi təsir göstərəcək.
Doğrudur sahibkarlıq, xüsusilə də ixrac yönlü sahibkarlıq baxımından manatın
ucuzlaşması əlverişlidir. Əhalinin gəlirlərinin azalması baxımından isə bu
narahatlıq yaradır. Bu baxımdan hər şey neftin nə qədər ucuzlaşmasından və bu
ucuzlaşmanın nə qədər davam edəcəyindən asılı olacaq. Əgər neftin qiynəti
indiki kimi qalarsa və ya bir qədər bahalaşarsa, o zaman zənnimcə, ciddi problem
olmayacaq”.
Seymur
Əliyev