Zori Balayanın üzünə tüpürmək fürsəti...
Oxunub: 3108
27 Nov 2014 | 21:01
Zori Balayanın üzünə tüpürmək fürsəti...
Ermənilər Ağdamda vurduğumuz hərbi vertolyotun pilotlarının qalıqlarını basdırdılar. Dəfn törənindən hazırlanan mərasimin video-kadrlarına sonadək baxdım. Baxdım və doğrusu düşmən də olsa, bölgənin və dünyanın bədbəxt xalqı olan ermənilərə acıdım... 
Düzdür, erməni lobbisi, həmçinin Ermənistan rəhbərliyi şou hazırlamaqda çox pərgardır. Amma Ağdam səmasında məhv edilən erməni pilotlarla bağlı hazırlanmış dəfn törəni şousu tamam fərqli idi. Düzü, mən son illərdə ermənilərin belə bir mərasimə toplaşdığını xatırlaya bilmədim. Yalnız qondarma “soyqırım” abidəsi önündə bu cür təşkilatlanmış mərasimlər düzənlənir. 
Azərbaycanın yaxın və nisbətən uzaq tarixində belə mərasimlər çox olub. Başımıza o qədər müsibət gətirilib ki. Sonuncu dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimovu çox yüksək səviyyədə dəfn etdik. Ermənistanda isə bir ilk idi. Bu, həm də onu göstərir ki, vertolyot olayı erməniləri sarsıdan bir hadisə oldu. Elə dövlət səviyyəsində keçirilən dəfn törəni də bunu sübut edir. Ermənilər indiyədək güman edirdilər ki, Azərbaycan onların bütün özbaşınalığına dözəcək, hərbi vertolyotları məzə üçün sağ-sola mərmi yağdırsa da, Azərbaycan əsgəri tətiyi çəkməyə cəsarət etməyəcək. Ancaq atəşkəsin mövcud olduğu 20 il ərzində bəlkə də ilk dəfə atəşkəs ciddi şəkildə, özü də haqlı olaraq pozuldu və düşmən Qarabağ savaşı başlayandan almadığı zərbəni aldı. Elə bir zərbə aldı ki, hətta hərbi təlimlərə gətirilən digər vertolyotları “təmir” adı ilə Xankəndi hava limanında saxlayıblar və qorxudan havaya qaldırıb Ermənistana qaytara bilmirlər.  
Terror yolu ilə ölkədə rəhbərliyi ələ keçirən, üstəlik Avrasiya İttifaqına qoşulmaqla daxildə böyük narazılıq dalğası ilə üz-üzə qalan Ermənistan rəhbərliyi hazırda çox narahatdır. Ölkənin dövlət və hökumət üzvlərinin dəfn şousunda iştirak və çıxış etmələri, dəfn yerindəcə ölənlərlə bağlı təltiflərin elan olunması da narahatlığın göstəricidir. 
Ermənistanda müxalif İrs Partiyasının lideri Raffi Ovanisyan “Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir” - deyərək Sərkisyandan cavab istəmişdi. Bu günədək sualın cavabı verilməyib. Odur ki, İrəvanda da erməni hakimiyyətinin hərbi vertolyotun məhz Azərbaycan tərəfdən vurulması üçün Ağdam səmasına göndərildiyi barədə əsaslı şübhələr var. Sərkisyan bu şübhələri dağıtmaq üçün əlindən gələni etdi, pilotların dəfni ilə bağlı böyük bir şou hazırlatdırdı. Erməni hakimiyyəti özünü elə itirdi ki, “Qarabağ ordusu”na məxsus olduğunu iddia etdiyi vertolyotun pilotlarının qalıqlarını İrəvan qəbristanlığında basdırdı. Əslində pilotların Ermənistandan olduğu, vertolyotların bu ölkədəki hərbi hissədən havaya qalxdığı faktlarla sübuta yetirilmişdi. 
****
İrəvandakı dəfn mərasiminə baxdıqca Serj Sərkisyanın Xocalı soyqırımının 20 illiyindəki etiraflarını xatırladım. Bu qaniçən prezident Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibəsində belə demişdi: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bəli, Xocalıdan sonra biz ermənilərin mahiyyətini daha dürüst anlaya bildik...
Ancaq indi Sərkisyanın daha bir etirafına ehtiyac var: bu dəfə vertolyot zərbəsi ilə bağlı. 12 noyabr vertolyot hadisəsinə qədər ermənilər Azərbaycanın zarafat etdiyini güman edirdilər. Artıq düşmən anlayır ki, Azərbaycan səbrinin sonsuz olmadığı barədə bəyanatlarını səsləndirərkən, hərbi büdcəsini ildən-ilə artırmaqla, istənilən yolla torpaqları azad etməyə hazır olduğunu deməklə heç də zarafat etmir. Erməni ilə nə zarafatımız? Azərbaycanın ciddi olduğunu bütün dünya gördü, elə ermənilər də. Sadəcə Azərbaycan müharibənin böyük faciə olduğunu qəbul edib bir az da gözləməkdə qərarlıdır. Azərbaycan istəmir ki, günün birində erməni uşaqları göz yaşı içində boğulsun. Azərbaycanda heç bir ana qundaqdakı uşağının qulağına “sənin düşmənin ermənidir” deyib onu zəhərləmir. Bax, bizimlə onların fərqi budur. 
Dəfn şousunda çox şey saxta idi. Boş tabutlar, erməni rəhbərliyinin matəm görüntüsü, pilotların nə səbəbə məhv edildiyi barədə iddialar...Ancaq saxta olmayan bir şey vardı. Pilotların ailə üzvlərinin hıçqırtıları... Atasının murdar Saakyan tərəfindən verilən təltifi qəbul edən azyaşlı erməni uşağının yazıq görkəminə tamaşa etdikcə insanlığın faciəsinə təəssüfləndim. Əslində o, bu təltifi erməni generalın başına çırpmalı idi: “Məni atamı niyə öldürdünüz, onun Ağdamda nə işi vardı” deyə. Amma biçarə nə bilsin, dünyadan xəbərsizdir... 

****

Erməni uşağa baxan anda gözümün önünə uzaq tarixdə olanlar barədə oxuduqlarımız bir yana, son onilliklərdə başımıza gətirilən müsibətlər, Xocalıda güllələnmiş nəsillər, Çingiz Mustafayevin hönkürərək bağrına basdığı körpə qızcığazın donmuş cismi, Kəlbəcər zəbt olunanda özünü qayadan atan qız-gəlinlərimiz, düşmənə əsir düşməməsi üçün hətta qızını güllələmək həddinə çatdırılan atalar, elə bu atəşkəs illərində erməni snayperlərinin hədəf seçdiyi oğullarımız, 9 yaşlı Farizin oyuncaqlarla bəzədilmiş məzarı, elə son həftə xidmətini başa vurmağa 42 gün qalmış şəhid olan əsgərimiz gəldi. Övladı bu il 1-ci sinfə gedən Həsəni, girovlarımız Dilqəmlə Şahbazı, onların övladlarını xatırladım...Bütün bunları düşündüm və...

Yox, gözüyaşlı erməni balasına baxıb “ilanın balası ilan olar”, ya “ilanın ağına da lənət, qarasına da” düşünmədim. Nə qədər qəribə gəlsə də, acıdım düşmən uşaqlarına. Kim bilir, bəlkə də ataları bir az da həyasızlıq etsəydi, indi biz böyük bir faciəni qeyd edəcək, günahsız itkilərimizə yas tutacaqdıq. Ancaq bunları bilə-bilə acıdım ermənilərin balalarına. Çünki ermənilər hələ beşikdə olarkən uşaqlarına “türk sənin düşmənindir” deyib onları hələ çağa ikən zəhərləyirlər. Bağçada, məktəbdə, ali məktəbdə, işdə-gücdə, hər yerdə, dünyanın hansı ölkəsində olursa-olsunlar ermənilər nəinki bir-birini, hətta özgələri də, qeyri-türk olan bütün millətləri öz zəhərli təbliğatlarına “qonaq edirlər”. 100 ilə yaxındır ki, dünyanı boğaza yığıblar, “genosid” deyərək. Düzdür, bu saxta təbliğat xristian dünyası, anti-türk əhvallılar üçündə göydəndüşmə olub. Ancaq ermənilər xalq olaraq hələ də anlaya bilmirlər ki, onlara fəlakətli tale bəxş edən elə öz erməni cəlladları, “Böyük Ermənistan” xəstəliyinə mübtəla olan əclaflardır. Bu gün erməni xalqını Azərbaycanın enerji ehtiyatlarından elə gürcülərsayağı istifadə etmək şansı var idi. Azərbaycan qazı Avropanı isidir, qonşuluqdakı Ermənistan donur, əhalisi dilənçi kökündə. Yetər ki, ayılsınlar. Nə qədər ki, onlar düşməni doğru-dürüst tanımayacaq, o halda rahat ömür sürə bilməyəcəklər, nəinki Qarabağda, heç Ermənistanda da...

Gərək həlak olan hərbçilərin göz yaşı axıdan xanımları, yaxud boynunu qısıb qalmış məktəbli uşaqları ordakı o köpəyin, Zori Balayanın yaxasından yapışıb “tfu zənin üzünə” deyəydlər. Çünki Qafqazın iki xalqını üz-üzə qoyan ideoloqlardan biri də o köpəkdir. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması üçün xəstə təxəyyülünü işə salıb “Ocaq” kitabını yazan, Xocalıda körpələrin qanının axıdılmasından həzz alıb sonra bunu qələmə alan. Üzünə tüpürməli çoxları var idi orda, lap çox. Fürsəti qaçırdı ermənilər. Belə getsə, bu sayaq dəfn törənləri çox olacaq. Tabutların içi boş olsa da... 
Oxşar xəbərlər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?