Azərbaycanda dövlət qurumlarının, rəsmi instansiyaların bəzi hallarda vətəndaşların müraciətinə vaxtında və aidiyyatı üzrə cavab vermədiyi, bəzən isə bu müraciətləri ümumiyyətlə cavabsız qoyduğu hər kəsə bəllidir. Maraqlıdır ki, bəzən bu məktub və müraciətlərin sayı fantastik səviyyəyə çatsa da, əlaqədar dövlət qurumları öz susqunluqlarını qorumada davam edir, sadəcə ümumi və standart cavablarla öz missiyalarını bitmiş hesab edirlər.
Dövlət qurumlarının hərəkətsizliyindən
əziyyət çəkən, onların fəaliyyətsizliyindən gileylənən vətəndaşlardan biri də
“Buxar” KM-nin yetkilisi Bahadur Əlidir. Moderator.az-a açıqlama verən iş adamı
vaxtiylə adıçəkilən şirkətdə mühasib vəzifəsində çalışan Tamara Həmidovanın
qanunsuz əməlləri ilə bağlı əlaqədar qurumlara məlumat versə də, hələ də işin
istintaqa getməməsindən, yubadılmasından narazıdır. İş adamının sözlərinə görə, istintaqın hansı səbəbdən
gecikdirilməsi, şikayəti ilə bağlı hansı addımların atılması ilə bağlı
hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər ünvanlasa da, bu müraciətlərə qənaətbəxş
cavab verilməyib. Artıq çoxsaylı məktub və müraciət göndərməkdən usandığını
bildirən iş adamı, rəhbərliyində təmsil olunduğu müəssisənin son illər əsl
rabitə qovşağına çevrildiyini bildirib:
“Üzləşdiyim qanunsuzluqla
bağlı uzun müddətdir ki, həm Baş Prokurorluğa, həm FHN-nə, həm də digər
quurmlara yüzlərlə məktub və müraciət ünvanlamışam. Lakin təəssüf ki, bu gün də
həmin müraciətlərə qənaətbəxş cavab ala bilməmişəm. Bu gün rəhbərliyimdə
çalışdığım müəssisə sözün həqiqi mənasında rabitə qovşağını, poçt müəssisəsini
xatırladır. Hara baxsanız hər tərəfdə məktub və müraciətlər, bildirşlər görərsiniz.
Sadəcə bir faktı diqqətinizə çatdırım ki, bugünə qədər prokurorluğa 67 məktub
ünvanlamışam. Baş prokuror xaric demək olar ki, bütün yetkili şəxslərin qəbulunda
olmuşam. Ancaq bu gün də hansısa “sirli əl” üzləşdiyimiz qanunsuzluqla bağlı operativ
tədbirlər görməyə imkan vermir. Hər halda ortaya çıxan görüntü bundan ibarətdir.
Lakin bütün bunlara rəğmən ümid edirəm ki, məsələ tezliklə aydınlaşdırılacaq və
qanunu pozanlar məsuliyyətə cəlb ediləcəkdir”.
Mövzunu diqqətdə
saxlayacayıq.