Xəbər verildiyi kimi, Müsavat Partiyası Beynəlxalq insan hüquqları günü münasibətilə dekabrın 14-də saat 15.00-da “İnşaatçılar†metro stansiyasının yaxınlığındakı “Məhsul†stadionunda mitinq keçirməklə bağlı qərar qəbul edib. Lakin Müsavat Partiyasının mövcud daxili qarşıdurmalar fonunda belə bir qərar verməsi ictimai-siyasi fikirdə heç də birmənalı qarşılanmayıb.
Bununla
bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov baş verənlərlə
bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkili 14 dekabr mitinqini Müsavat
Partiyasının Milli Şuradan qisas cəhdi kimi xarakterizə edib:
“Müsavat Partiyasının 14 dekabr aksiyası əsasən iki
məqsədə xidmət edir. Müsavat ilk növbədə bununla daxili qarşıdurmadan diqqəti
yayındırmaq istəyir. Daxili narazılığı, qurultayın anti-demokratik keçməsini,
son müşavirədə bir-birlərinə qarşı irəli sürdükləri ciddi ittihamlar və s. kimi
məsələləri ört-basdır etmək niyyətindədir. İkinci bir tərəfdən, bu, həm də
bundan öncə eyni şüar altında özünü Milli Şura adlandıran bir qurumun keçirdiyi
tədbirə bir cavabdır. Həmin tədbirə Müsavatın dəvət edilməməsi, onlara söz
verilməməsi, tribunaya dəvət edilməyərək aşağıda saxlanılması, aşağılanması və
s-yə cavab olaraq Müsavat cavab addımı atmağa çalışır. Bu mitinq hər hansı bir
insanın hüququnun müdafiÉ™sinÉ™ xidmÉ™t etmirâ€.
Seymur Æliyev