Moderator.az-a Bakıda yerləşən Namiq Həmzəyev adına 238 saylı orta məktəblə bağlı şikayət məktubu daxil olub. Məktubda deyilir:
“Namiq Həmzəyev adına 238
saylı orta məktəbdə rus, ingilis, tarix fənnlərindən dərslər keçirilmir. Məktəbin
10-11-ci sinif şagirdləri ümumiyyətlə dərsə gəlmir. Repetitor yanında çalışan
uşaqların dərsə gəlməmələrinə tərbiyə işləri üzrə direktor müavini səviyyəsində
şərait yaradılır. Dərsə davamiyyətin olmadığı şəraitdə tədrisin keyfiyyətindən
danışmaq təbii ki, yersizdir. 238 saylı məktəbdə monitorinqin aparılması, müəllimlərin
dərsində oturulması, savad və metodikalarının olub-olmamasının öyrənilməsi məqsədəuyğundur.
Vəziyyətin kafi şəkildə olduğunu bilən Bakı Şəhər Təhsil İdarəsinin vəzifəli şəxsləri
naməlum səbəbdən tədbir görmək istəmir. Direktor ümumiyyətlə məktəbdə olmur”.
P.S.Ümid edirik həm Təhsil
Nazirliyi, həm də Bakı Şəhər Təhsil İdarəsi müraciətdə yer alan ittihamların həqiqətə
nə dərəcədə uyğun olub-olmadığını araşdıracaq, deyilənlər öz təsdiqini taparsa,
problemin həlli üçün lazımi addımları atacaqdır.
Moderator.az olaraq mövzu
ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.