Dünən səhər saatlarından başlayan və fasilələrlə gün uzunu davav edən yağış axşam saatlarında paytaxtın bir çox yerində sözün həqiqi mənasında böyük göllər yaradıb. Moderator.az-a daxil olan məlumata görə axşam saatlarında paytaxtən Məmməd Əmin Rəsulzadə qəsəbəsində dizə qədər çıxan yağış suları səbəbi ilə böyük tıxac meydana gəlib. Nəhəng su kütləsini yarıb keçməkdə çətinlik çəkən onlarla avtomobillərin elektrik sistemi sıradan çıxdığı üçün evakuatorlar saatlarla fasiləsiz olaraq işləməli olub. DYP əməkdaşlarının saatlarla davam edən səyindən sonra yollarda hərəkəti nizama salmaq mümkün olub.
Mənbənin məlumatına görə,
yağış avtomobil sürücüləri üçün ciddi problem yaratsa da, baş verənlər
evakuatorlar və təmir emalatxanalarında əməli-başlı bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Səbəb sıradan çıxan avtomobillərin evakuator və təmir emalatxanalarının
işsizlik gileyinə son qoymasıdır.