KİV-də yer alan xəbərlərin statistikasından da bəlli olduğu kimi, son vaxtlar polisə xəsarət halları artmaqdadır. Bu isə ö növbəsində müəyyən suallar doğurur. Polisi hədəfə çevirən nədir? Polisə xəsarət hallarının artması nədən xəbər verir? Baş verənlər sadəcə təsadüf hesab edilə bilərmi?
Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən “Psixoqamma” praktik psixologiya
üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət
Əmrahlı hesab edir ki, məlum tendensiya əsasən iki amildən qaynaqlanır:
“Bunun iki səbəbi var. Birincisi,
bir çox hallarda polis işçiləri özlərinin vəzifə səlahiyətlərini aşaraq
günahsız vətəndaşlara qarşı ədalətsiz, qanundan kənar davranırlar. Bu kimi
hallar mətbuatda işıqlandırılır, məhkəmələrə gedib çıxır. Nəticədə, cəmiyyətdə
polis işçiləri haqqında neqativ fikirlər və neqativ münasibət formalaşır. Ona
görə də, bəzən vətəndaşlar, hətta polis haqlı olduqda belə, onun tələblərini ədalətsiz
hesab edərək onlara qarşı adekvar münasibət göstərirlər. İkincisi, con illər cəmiyyətdəki
aqressiya sürətlə qatır. Məlum olduğu kimi, bu aqressiya bütün sosial təbəqələrdən
olan fərdlər arasındakı qarşılıqlı münasibətlərin pozulmasına, münaqişələrin
yaranmasına, eləcə də fiziki aqressiyaya, cinayətlərə səbə olur. Ona görə də,
hesab edirəm ki, bunu xüsusi hal kimi deyil, cəmiyyətin neqativ enerji yükünün
həddən artıq çoxalması izə izah etmək olar. Bu çox qorxulu tendensiyadır. Belə
cmiyyətlər oxu çəkilmiş kaman kimidir, nə vaxt atılar...atılar”.
Seymur Əliyev