ANS PRESSİN “168 jam” qəzetinə əsasən verdiyi məlumata görə Ermənistan parlamentinin deputatları 2013-cü il üçün öz gəlir bəyannamələrini elan edib. Bəyannamə nəticəsində bəlli olub ki, hazırda Ermənistan parlamentində təmsil olunanlar arasında nə az nə çox ”“düz 19 nəfər rəsmi milyonçu mövcuddur.
Ermənistan parlamenti ilə
bağlı məlum informasiya Azərbaycan parlamenti ilə bağlı mövcud vəziyyəti də
gündəmə gətirib. Maraqlıdır, ölkə iqtidarı tərəfindən hər zaman “ac”, “yoxsul”,
“dilənçi” və s. kimi ifadələrlə yad edilən Ermənistanda bir tək parlamentdə 19
milyonçu varsa, o zaman neft pulları hesabına “çiçən açan” Azərbaycanda, bu ölkənin
parlamentində nə qədər milyonçu var? Habelə, Ermənistan parlamentində və cəmiyyət
həyatının digər sahələrində rəsmi milyonçuların elan edilməsi gerçəyi onu sübut
etmirmi ki, Azərbaycan parlamenti demokratiya və şəffaflıq məsələsində düşmən
ölkəyə belə uduzur?
Moderator.az və “Hürriyyət”
qəzetinə açıqlamasında məsələyə münasibət bildirən ADP sədrinin müavini Taliyət
Əliyev hesab edir ki, Azərbaycan parlamenti çətin ki, milyonçuların sayına görə
Ermənistan parlamentinə uduzzsun. Əksinə, T.Əliyevin qənaətincə, Azərbaycanda
elə millət vəkili var ki, onun varidatı bütün Ermənistan parlamentinin malik
olduğu sərvətdən çoxdur:
“Çox təəssüflər
olsun, bəyənmədiyimiz Ermənistanda deputatların gəlirləri barədə bu cür hesabatlar
cəmiyyətə təqdim olunur. Amma hələ ki, Azərbaycanda anoloji hesabatların verilməsinin
şahidi olmamışıq. Azərbaycanda elə deputat var ki, onun gəliri və varidatı Ermənistanın
bütün deputatlarının gəlirləri və varidatından çoxdur. Ancaq bu məlumatlar xalqdan
gizli saxlanılır. Hətta Milli Məclisə seçkilərdə onların gəlirləri ilə bağlı
hesabatda belə heç bir məlumat göstərilmir. Bu baxımdan acınacaqlı olsa da
etiraf etməliyik ki, bu sahədəki vəziyyətlə bağlı Ermənistan Azərbaycandan
xeyli irəlidədir”.
Seymur Əliyev