ANS-də yayımlanan “Günəbaxan” verilişi tanınmışların bənzəri olan şəxsləri efirə çıxarıb.
Axşam.az-ın məlumatına görə, onlar arasında ABŞ prezidenti Barak Obamanın, türkiyəli aktyor, Polad Ələmdar adı ilə tanınan Nəcati Şaşmazın, xalq artisti Aygün Kazımovanın, Oktay Ağayevin, müğənni Nadir Qafarzadənin, meyxanaçı Namiq Qaraçuxurlunun və aparıcı Aytən Səfərovanın oxşarları yer alıb.
Namiq Qaraçuxurlu ”“ Elman Məmmədov
“Toylara gedirəm, oxuyuram. Küçədə məni tez-tez Namiqə bənzədirlər”.
“Polad Ələmdar” ”“ Tural
“Nəcati Şaşmazla ilk dəfə 2013-cü ildə Azərbaycana gələndə tanış olduq. Daha sonra Türkiyəyə dəvət olundum, orada görüşdük. Bu yaxınlarda yenidən görüşəcəyik”.
Aygün Kazımova - Ceyhun Məmmədov
“Aygün xanımın imicində məni toylara dəvət edirlər. Hətta qarşılığında pul da verirlər. Amma istəmirəm”.
Aytən Səfərova - Aytən
“Adım da Aytən olduğundan çox vaxt səhv salıram. İnsanlar yaxınlaşıb “Aytən”deyəndə bilmirəm məni, yoxsa Aytən Səfərovanı tanıyanlardır”.
Barak Obama - Asif Mustafayev
“Obama kimi 12 ölkədə olmuşam. Ən çox Türkiyə və Rusiyada mənə üstünlük verirlər. Bu oxşarlığıma görə çox pul qazanıram. Hətta Obama ilə məktublaşıram. Ona bənzədiyimə görə məni İrana qoymurlar”.
Oktay Ağayev ”“ Tərxan
“Təkcə görünüşümüz yox, səsimiz də bənzəyir”.
Nadir Qafarzadə - Atabəy
“Nadir Qafarzadə kimi oxyuram, hərəkətlər də edirəm”.