Apteklərdə satılan kokos yağını qadınlar saç üçün maskalar hazırlamaq məqsədi ilə alır. Lakin kokos yağı insan orqanizminə büsbütün müsbət təsir edir.
Kokos yağı xolesterinin səviyyəsini aşağı salır
Kokos yağının tərkibindəki efir yağları insan orqanizmində qan-damar xəstəliklərinin yaranma ehtimalını aşağı salır. Bundan əlavə, onun tərkibindəki laurin, kaprik, mirisitik turşusu xolesterinin səviyyəsini də aşağı salır.
Kokos yağı artıq çəkidən azad edir
Kokos yağının tərkibindəki trigliserit turşusu bədəndə yağın toplanmasını qarşısını aldığı üçün kökəlməyə qoymur.
Kokos yağı dərini nəmləndirir
Kokos yağının tərkibində olan E vitamini bədəni nəmləndirir. Həmçinin yağ dərini erkən qocalmadan da qoruyur.
Dermatoloq Sintiya Beyli bildirir ki, kokos yağı dəriyə nəmləndirməklə yanaşı dərini korlayan stafilokok bakteriyalarını da məhv edir.
Kokos yağı beyin fəaliyyətini sürətləndirir
Qlükoza kimi trigliserit turşusu beyin üçün “alternativ yanacaq” rolunu oynayır.
Kokos yağı bakteriya, virus və göbələkləri neytrallaşdırır
Kokos yağının tərkibində olan laurin turşusu bakteriya, virus və göbələk əleyhinə effektli təsir edir.