Qraçik Muradyana açıq məktub
Oxunub: 6560
11 Nov 2014 | 16:56
Qraçik Muradyana açıq məktub

Bu məktubu sizə ”“ oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına  dərin hüznlə yazıram, ”“ ən azı övlad itkisinin nə qədər ağır oldugunu  bildiyim üçün”¦

Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə, yəni, bölüşmək istədiyim fikirlərin tərəfinizdən səmimi qarşılanacağına inanıram: hər bir kəlməmin, hər bir cümləmin arxasında yalnız insanlıq və humanizm meyarlarının dayandığına öz gözlərinizlə şahidlik edəcəksiniz.

Bununla belə, düşdüyünüz vəziyyətin, çəkdiyiniz dərdin ağırlığını bütün incəliklərinədək duyan bir insan kimi, bu mənasız, amma son dərəcə ağır və sağalmaz bəlaya düçar olanların sırasında nə birinci, nə də sonuncu olduğunuzu bəri başdan böyük təəssüf hissilə diqqətinizə çatdırıram.

Öz şəxsi ambisiyaları naminə həyatınızı girov götürən, övladlarınızı əsir alan, gələcəyinizi qumara qoyanların doğurduğu bu insan qanına həris bataqlığı qısa zaman kəsiyində, özü də dinc yolla qurutmaq, bilirəm, çətin olacaq.

Çevrənizdəki siyasi dəllalların vətənpərvərlik və dövlətçilik kimi müqəddəs hisslərlə pərdələdiyi, əslində isə sırf maddiyata söykənən iti nəfsi balalarınızı udan bu nəhəng əjdahanın tezliklə iştahadan düşəcəyinə  inam yeri qoymur.

O üzdən nəinki qapı arxasında qalmağınıza, heç adi bir mükafata, diqqətə belə layiq görülmədiyinizə görə təəccüblənmədiyim üçün məndən inciməyin və inanın: vurnuxduğunuz qaranlıq labirintin hətta günəşə ən yaxın hücrəsində belə iynə sədəfi boyda işıq zərrəsi axtarıb tapmaq istəyimə aramızdakı din, dil və məkan fərqi belə mane ola bilmir. Ancaq ayağısürüşkən “ideoloq”larınızın zaman-zaman, növbəli şəkildə, çoxgedişli kombinasiyalarla, üzdə mürəkkəb, əslində isə, hamımız üçün tamamilə aydın olan çox sadə və bəsit siyasi gedişlərlə müşahidə olunan təhlükəli oyunları heç bir qayda və qanun tanımır. Sizi ”“ erməni xalqının sadə nümayəndələrini hər gün müəmmalı övlad itkilərilə için-için göynədən də, bir tikə çörək dalınca küçələrə salan da, yad diyarlarda başıqapazlı edən də”¦ elə bu deyilmi!

Ətrafınıza diqqətlə baxın və sualıma səmimi cavab verməyə çalışın: İrəvanda, övladları işğal edilmiş yad torpaqların “müdafiəsinə” zorla göndərilən, ancaq öz ev-eşiyinə sahib çıxa bilməyən, bir tikə çörəyin, isti od-ocağın yiyəsi olmayan qonum-qonşularınızın Qarabağ iddiasına, Qarabağ sevgisinə inanırsınızmı?..

Bu sadə sualdı, ancaq bu sadə suala cavab verməyin sizin üçün nə qədər ağır olduğunu bütün incəliklərinədək başa düşürəm: Bir qrup ideoloji manyakın və o manyakların himayəsində tiryək havasına min hoqqadan çıxan bir kəsimin əsarəti altında hər gün əzab çəkdiyinizi, alçaldıldığınızı, təhqir olunduğunuzu, öldürüldüyünüzü”¦ dəqiq bilirəm. Sizi təmsil edən iqtidarın sosial, siyasi, iqtisadi planları siyahısında adınızın heç sonuncu yerdə belə omadığını da diqqətinizə çatdırmaqla bir ilkə imza atmadığımı yaxşı anlayıram”¦

Bir tikə çörəklə, övlad dağı ilə əhalinin başını qatan, nə xalqın, nə də beynəlxalq hüququn dəstəyini qazanan bir iqtidara güvənməmək, etibar etməmək sizin kimi küncə sıxışdırılmış insanların haqq etdiyi yeganə  yoldu. O üzdən Avropa Məhkəməsinə müraciətinizi, nəhayət, əsl həqiqət axtarışlarında olan sadə erməni xalqının qazandığı möhtəşəm uğur kimi dəyərləndirirəm, ancaq bunun neçə-neçə günahsız erməni gəncinin həyatı bahasına başa gəldiyini düşünəndə təəssüflənməmək olmur, ”“ Allah bilir, hələ bundan sonra sizi nə qədər belə itkilər gözləyir”¦

Sualıma verəcəyiniz cavabın adi məntiqlə cızılan konturları isə o qədər aydın və şəffafdır ki, əvvəllər mənimlə, sonralar sizinlə, daha sonralar isə ruslarla, belaruslarla, ukraynalılarla”¦ eyni məkanı bölüşən soydaşlarınızın təsadüfən şahidi olduğum qəlb çırpıntılarını xatırlamaya bilmirəm. Azərbaycan həsrətini, Bakı yanğısını hələ də ürəklərində daşıyan o insanların sadəlövhcəsinə saxta İrəvan rəhbərliyinə ünvanladığı qarğış dolu lənətlər indinin özündə də qulaqlarımdan çəkilmir: “Əclaflar bizi ev-eşiyimizdən didərgin saldılar”¦”

Bu o iqtidardı ki, zaman-zaman zəngin nəzəri, praktik əsaslar üzərində formalaşan, bərkiyən və yaşamaq hüququ qazanan beynəlxalq normaları kobudcasına poza-poza uzun illərdir Ermənistan vətəndaşlarını ”“ sizin balalarınızı zorla Azərbaycanın işğal edilmiş ərazilərinə ”“ Dağlıq Qarabağa hərbi xidmətə göndərir; nəinki dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmayan qondarma bir “respublika”nın  “müdafiə”sini təşkil etmək adı altında siyasi rezervuarlar yaradır və bu rezervuarları hakimiyyədəki ömrünü mümkün qədər daha çox uzatmaq üçün təhlükəli vasitəyə çevirir: İrəvanda xalq ayağa qalxan kimi Dağlıq Qarabağda dərhal süni lokal partlayışlar törədilir”¦

Bax beləcə, İrəvanda sizin səsiniz, Qarabağda isə övladlarınızın qanı batırılır”¦

Məktubumda Qarabağın Azərbaycana məxsusuluğunu təsdiq edən daşlaşmış tarixi faktlar haqqında danışmaqla bəlalı başınızı bir az da ağrıtmaq istəmirəm. Onsuz da bu, sizdən ötrü heç bir maddi, mənəvi əhəmiyyət daşımır. Çəkdiyiniz dərd o qədər böyükdü ki, yerliləriniz tərəfindən döyülə-döyülə  qətlə yetirilən zavallı övladınızın təhqir edilmiş, alçaldılmış ruhu ilə hər gecə soyuq evinizin qaranlıq hücrəsində üz-üzə, göz-gözə dayandığınızı və hər gecə yorulmaq bilmədən səhərədək öz-özünüzə verdiyiniz  sualı uzaqdan-uzağa duyuram: “Mənim balamın orada nə işi vardı axı!!?”

Bu elə çətin sualdı ki, o suala nəinki siz, heç sizin oğlunuzun qatilləri ”“ sünu təkəbbürlə, məntiqsiz iddialarla növbə ilə hakimiyyət sükanı arxasına keçən və qoltuq altından boylanan başbilənləriniz belə cavab tapa bilmir. Görün vəziyyət hansı həddə çatıb: Avropa İnsan Haqları Məhkəməsinin dolayısıyla sizin adınızdan dövlətinizə ünvanladığı sorğu da, bu sorğuya verilən cavab da həm sizin, həm də beynəlxalq ictimaiyyətin bütövlükdə Ermənistan haqqındakı təsəvvürlərində çox ciddi çatlar, çox ciddi şübhələr yaradıb: nüfuzlu bir təşkilatin sorğusuna 1994-cü ildə  Ermənistanla Qarabağ arasında imzalanmış “dövlətlərarası sənədlə” cavab vermək üçün istər siyasi, istərsə də hüquqi baxımdan, görəsən, nə qədər savadsız, nə qədər həyasız olmalısan!?. Beynəlxalq ictimaiyyət, dünya birliyi, siyasi təşkilatlar bir kənara dursun, heç Ermənistanın özünün belə tanımadığı bir qurumla “dövlətlərarası sənəd” imzalaması və bu sənədi əsas gətirməsi siyasi arenada misli-bərabəri görünməyən o qədər böyük riyakarlıq, o qədər böyük saxtakarlıq, o qədər böyük avantüradır ki, o sənədi ictimai iaşə obyektlərindəki salfetlərlə belə müqayisə etmək mümkün deyil. Yəqin elə buna görə həmin “sənəd”i indiyədək hələ də üzə çıxaran, sizə təqdim edən tapılmayıb.

Övladınızın artilleriya bölməsinin komandiri və hərbi hissə komandirinin müavini tərəfindən döyülərək öldürülməsi, lakin qondarma “dövlətin” müdafiə naziri Seyran Ohanyanın xahişi ilə cinayətkarların hələ də məsuliyyətə cəlb olunmaması ilə bağlı iddianız mənim yuxarıda sadaladığım fikirlərimlə razılaşacağınıza çox ciddi zəmin yaradır. Bu, həm də Qarabağla bağlı düşüncələrimiz və mövqelərimiz arasındakı kəskin fərqliliyin mövcudluğuna yol açan tutarlı stimuldur. O üzdən diqqətinizi  səmimi bir etirafıma yönəltməyi də özümə borc bilirəm: əgər yurddaşlarım arasında övladı Qarabagda döyüşdüyünə, yaralandığına, yaxud həlak olduğuna görə təəssüflənən bir ailə tanısaydım, bu məktubu da sizə  yazmazdım. Oğlunun o torpaqda xidmət etməsindən şərəf duyan, qürur hissi keçirənlər arasında mən də varam: bizi Qarabağa kökü əsrlərin o tayından, qan yaddaşımızdan gələn çox ciddi mənənəvi tellər bağlayır. O telləri qırmaq Ermənistan kimi məhdud məsuliyyətli cəmiyyəti xatırladan bir dövlətin imkanları daxilində deyil. Odur ki, fürsətdən istifadə edib, hələ də müvəqqəti qələbənin eyforiyasından çıxa bilməyən, reallığı qəsdən düzğün qiymətləndirməyən, Azərbaycan dövlətini, Azərbaycan Ordusunu sizlərə bir özgə biçimdə təqdim edən iqtidarınıza, təkəbbürlü generalitetinizə vacib bir  həqiqəti də xatırladıram: Sülh ”“ müharibələr arasındakı fasilədi! Bunu unutmayın!..

Məktubumun sonunda, vəziyyətin nə yerdə olduğunu anlamanız üçün bütün təhlükələri göz  altına alıb öz ata-babalarının qəbrini ziyarət etməyə gedən və buna görə hökumətiniz tərəfindən məhkəmə qarşısına çıxarılan azərbaycanlıların gözlərinə diqqətlə baxmağınızı xahiş edirəm. Siz o gözlərdə səbr kasamızın yavaş-yavaş daşdığını görəcəksiniz. O üzdən nə qədər ki, dövlətimizin sülhü dəctəkləmək imkanları tükənbəyib, nə qədər ki, münaqişə yenidən qızışmayıb, nə qədər ki, digər övladlarınız da ətrafınızdakı siyasi dəllalların qurbanına şevrilməyib, tələsin, bizim sabahda edəcəyimizi, bu gün siz edin: Ermənistan iqtidarına öz yerini, öz həddini tanıdın. Tanıdın ki, yad torpaqlardan qapınıza övlad tabutları gəlməsin”¦

 

Dərin hüznlə,

İbrahim RÜSTƏMOV

 

Oxşar xəbərlər
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu