Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni bir şerini oxuculara təqdim edir.
-Göy üzündən yer üzünə,
-Bizdən əvvəl,
ondandan da lap əvvəl,
dünyanın qaranlıq çökmüş
hər üzünə,
nur atdığın;
-“Ol” hökmünlə nəqşin
tutan,
uca-uca səltənətləri,
Ona dirək olan
yer adlı məmləkətləri,
nura boyatdığın;
-Naqislikdən kamilliyə
qismətimizi yazdığın,
-Insanlığın şərəf adlı
dastanını
adımıza yazdığın,
-Qaranlıqdan işıqlığı boy
verdiyin,
-Bu dünyada hürr yaşamağı
bizə pay verdiyin
ulu yurdu,
şeytan şərindən qoruya
bilmədik,
Tanrım, bizi bağışla.
-Göy də gözəl, yerdə gözəl,
-Göylərdə pərvaz edən
mələklər də,
-Yerlərdə ruhumuzu
oxşayan
küləklər də gözəl.
-Üstündə qan qoxulu çiçəklər
bitən,
-Çiçəklərə bitməyə,
-Bizə arsızlıqdan ölüb
itməyə
vətən də gözəl.
-Hər şeyin bu qədər gözəl
olduğu,
yurd bəxş etdiyin,
-Bizi köpək yox, böcək
yox,
insan adına xəlq etdiyin,
-İki ayaqlı köpəklərin
üstümüzə hürdüyü,
-Adam cildinə girmiş böcəklərin
ruhumuzu sömürdüyü,
bu yurdu,
şeytan şərindən qoruya
bilmədik,
Tanrım, bizi bağışla.
-Səni and verirəm göylərin
pak, təmiz üzünə,
-Ruhlarının hər gün
bizi dara çəkdiyi Nəsiminin
Sabirin haq sözünə.
-Səni and verirəm,
yerlə göy arasında
şahid qoyduğun,
bəyaz qiyafəli,
gül üzlü mələklərə,
-Doqquz qat göylərdə
taxtın qurduğun,
Füzuli ahının yandırdığı
fələklərə.
-Tikəsi əlindən alınan,
-Boynuna köləlik zəncir
salınan,
-Rəzalətin çirkabın
qaynadığı,
-Boşboğaz “şair”lərinin
sarayında təlxək kimi
oynadığı,
-Bir tikə çörəyə boğaz
millətin,
haqqına sahib çıxmadığımızı,
-Boynumuzdakı köləlik zəncirini
qırmadığımızı, bizə
bağışla,
biz bu yurdu,
şeytan şərindən qoruya
bilmədik,
Tanrım, bizi bağışlas.
-Dumduru sularımızın
gözündən quruduğu,
-Äžöyçə, Qarabağ adlı dərdin
içimizə ilan tək uzandığı,
-Qara yellərin başımız
üstə əsdiyi,
-Namərdlərin cəllad kötüyündə
hər gün düşünən baş kəsdiyi,
-Qıpqırmızı şəhid
qanlarının
boz çöllərinə səpələndiyi,
-Dərd üstünə dərd gətirən
dərdlərimizin,
qalaq-qalaq təpələndiyi,
-Hər gün insan olmağın
əzabı yaşanan,
-İnsanının çiynində
haqqın duz yükü daşınan,
-Hələ haqqın nahaqdan
yetərincə arınmadığı,
-Kimsənin azadlıq nemətindən
qədərincə barınmadığı,
bu yurdu,
şeytan şərindən qoruya
bilmədik,
Tanrım, bizi bağışla.
Nurəddin İsmayıl