Çex pivəsi, Praqa gecəsi, bəxti gətirmiş ölkə...
Oxunub: 8230
29 Oct 2014 | 14:19
Çex pivəsi, Praqa gecəsi, bəxti gətirmiş ölkə...

Hər şey ondan başladı ki, Çexiyanın Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka yol üstündə olan jurnalistlərin əlini sıxıb dönə-dönə tapşırdı: çoxlu pivə için, pivə. Çex pivəsinin dünyada əvəzi yoxdur...

 

Hər şey həm də ondan başladı ki, Praqa hava limanında bizi qarşılayan bələdçinin gözləri qıyıldı, yanaqları dartıldı: rus qızı Olqanın üzündəki təbəssüm bu uzaq Avropa ölkəsinin yad adamlara xoşgəldini, doğmalığı idi. Tutalım, bu sarışın rus qızı bizi başına yığar-yığmaz, əsl “cayıl söhbəti” elədi: uşaqlar, aeroportda çex kronu almağınız məsləhət deyil, burda kursu aşağı hesablayırlar, istəmirəm, aldanasınız! Mərkəzdə ərəblərin valyutadəyişmə məntəqələri var, ora gedərik. Ya da, ən yaxşısı, Karlovı Varıdır. İki saatlıq yolumuz var, səbir edin, avrolarınızı orda krona çevirərsiniz!

 

Və Olqa bu yoldaş sədaqətini səfərin axırına qədər göstərdi!

 

Fayton səsi, ördək qaqqıltısı...

 

İlahi hüzurun, qəribə arxayınlığın hakim kəsildiyi Karlovı Varı bizi at nalının səsi, ördək qaqqıltısı ilə qarşıladı. Ona görə ilahi hüzur, qəribə arxayınlıq ki, bu balaca çex şəhərində siqnal səsinə, maşın gurultusuna nadir hallarda rast gələrsən. Tək-tük maşınları ancaq şəhər idarələrinin qarşısında görmək olar: onlar rəsmi şəxsləri mənzil başına çatdırmaqdan ötrüdür. Müalicəvi suların bol olduğu Karlovı Varını Avropanın qocalar evi saymaq olar. Yəni şəhər küçələrində deyə-gülə cavanlığın dadını çıxaran çex qızlarını axtarmaq avqust ayında quşbaşı qar arzulamaq qədər mənasız işdir. Şəfa tapmaq üçün Karlovıya üz tutan qoca cütlüklərdən isə köhnə nağıllar və nəsihətlərdən savayı heç nə eşidə bilməzsən. Hətta otelin restoranında da yaşı əllini ötən ofisiantlar xidmət edir.

Ən yaxşısı fayton səsinə, ördək qaqqıltısına qulaq verməkdir...

 

Olqa deyir, Karlovı-Varı dünyada adına və müalicəvi sularına görə məşhur olsa da, şəhərin yerli sakinlərini varlı hesab etmək olmaz. Tarixi binaları özəlləşdirən rus biznesmenlərini çıxmaq şərtilə, yerli əhali əsasən otellərdə çalışır, kiçik köşklərdə suvenir satmaqla dolanır. Şəhərin mərkəzində turistlərə təklif olunan ev, bəzək və zinət əşyalarının qiyməti xeyli bahadır, brend firmaların paltarlarına isə ümumiyyətlə, yaxın düşmək mümkün deyil.

 

Karlovı Varı Praqadan təxminən 120 km qərbdə, tarixi Bohemiya bölgəsində yerləşir.  Şəhər 1370-ci ildə İmperator IV Karl tərəfindən salınıb. Karlovı Varının salınması haqqında xeyli rəvayətlər var. Məsələn, biri belədir: İmperator Karlın vurduğu yaralı maralın dalınca qaçan ov itləri dərəyə düşürlər. Karl onların ardınca dərəyə enəndə ağrıyan ayağını bir müddət bulaq suyunda saxlayır. Və inanılmaz nəticə: imperatorun ayağındakı ağrılar çəkilir, özünü rahat, gümrah hiss edir. Karl həmin bulağın ətrafında şəhər salınması haqqında əmr verir. Şəhərin adı “Karlovı” ”“ Karlın adından, “Varı” isə “bişmək, isti, qaynar su” sözlərindən ibarətdir. Karlovı Varıda on iki müalicəvi bulaq var. 

 

Praqa ”“ nağıllar şəhəri...

 

Mədəniyyət və Turizm Nazirliyinin, Çexiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Çex-Turizm və SİS Turizmin təşkilatçılığı ilə baş tutan səfərimizin növbəti günü Olqa təntənəli şəkildə elan etdi ki, sizi məşhur Moser Xrustal Zavoduna aparacağam. Bu həmin Moser Zavodudur ki, onun istehsal etdiyi mallarının qiymətinə baxıb köks ötürməyən az qadın tapmaq olar. İstehsal sexində yüzlərlə insan çalışır, şüşə sobalarda əridiləndən sonra ustalar onu cilalayır, xüsusi sənətkarlıqla incə naxışlar vururlar. Moserin məhsulları xüsusi keyfiyyəti ilə seçilir. Adi fəhlədən tutmuş sex müdirinə qədər hər kəs istehsal etdiyi məhsulda xırda qüsur aşkar edərsə, qiymətindən və ölçüsündən asılı olmayaraq, həmin məhsul mütləq zibil qabına atılır, təkrar istehsala göndərilir.

 

Xrusal zavodundan sonra növbəti dayanacağımız Bekherovka muzeyi idi. Şəhər sakinləri bu içkini on üçüncü müalicəvi “bulaq suyu” adlandırırlar. Bekherovka spirtli içkisini 1805-ci ildə Jozef Bekher adlı alim müalicəvi otlardan hazırlayıb. Həmin ildən içkinin hazırlanma resepti ciddi-cəhdlə gizlədilir.

 

Hər şey bir yana, mübaliğə çox olsa da, fikir verməyin: təkcə muzeyin restoranında verilən pivəni içmək üçün Çexiyaya piyada getməyə dəyər! 

 

Karlovı Varıya səfərimizin sonuncu günü Olqa görüş yerinə vaxtında gəlmək şərtilə proqramda nəzərdə tutulan şəkildə bizə “azadlıq” verdi. Yəni dörd saat sərbəst vaxtınız var ”“ nə istəyirsiniz edin: şəhəri gəzin, alış-veriş edin, için, əylənin. Bizi gözləyən növbəti şəhərə - Marianski Lazneyə yola çıxmamış, Karlovının kitab mağazalarına baş çəkdim, qiymətlərlə maraqlandım. Kitab mağazalarında qəribə ucuzluq vardı. Tutalım, 300 səhifəlik qalın üzlü kitabı 2-3 manata almaq mümkündü. Amma qiymətin bu qədər ucuz olmağı ağlabatan deyildi. Sonradan satıcıdan öyrəndim ki, bir neçə gündür kitablara xüsusi endirim kampaniyası başlanıb.

 

Şəhərin mərkəzindəki bahalıq öz yerində, amma Karlovı Varının kənar küçələrində ucuz mallar təklif edən xeyli mağazaya da rast gəlmək olar. Əlbəttə, Çin və Pakistandan gələn alverçilərdən savayı heç kim bu qiymətə pal-paltar təklif edə bilməz. Bizim “səkkizinci kilometr bazarı”nı gözünüzün qabağına gətirin: ortalığa pərakəndə şəkildə tökülən mallar, bir-birinin çiyini üstündən boylanan adamlar, pal-paltarı əlləşdirib tükənməz ehtirasla nə isə axtaran analar, nənələr, bibilər... Məsələn, bu eynəkli, əldən düşən nənə yanındakından soruşur ki, görəsən, bu köynək oğlumun əyninə necə olar? O biri diribaş xala baldızının qızına ad günü hədiyyəsi sonalayır, ucuz düşmüşkən, qaynının oğluna da ucuzvarı tuman-köynək almaq niyyətindədir. Vallah, ana hər yerdə ana, baldız hər yerdə baldızdır: narahat, nigaran, dostun-doğmanın hər qayğısını boynuna götürən gözəlim qadın...

 

* * *

 

Marinaski Laznedə bir gecə qalıb səhəri bu kiçik, gözəl şəhəri gəzirik. Yuxudan duranda nə görsək yaxşıdır: bayırda qar yağır, çovğun qopub. Proqramda nəzərdə tutulan müalicəvi prosedurları keçəndən sonra üzü Praqaya səmt almalıyıq. Amma necə?! Yolların vəziyyətini bilmək olmaz, bir də gördün, sürücü iki ayağını bir başmağa dirədi ki, belə havada yola çıxmaq olmaz, hələ gözləyək! Yeri gəlmişkən, Marianski Lazneyə yolunuz düşsə, özünüzü yaxşıca masaj etdirin, bəlkə bir də əlinizə düşmədi. Masaj bir tərəfə, bu kiçik şəhərin adama xoş təbəssümlə gülümsəyən adamlarının marağı xətrinə insan özündə on il artıq yaşamaq əzmi hiss edir!

Yolçu yolunda gərək! Bizim səmtimizin Praqayadır. O nağıllar şəhərinə, o şəhərlər anasına! Olqa, gözəl Olqa, maşına doluşan kimi başını oturacağın arxasından çıxarıb payızda sayılan cücə kimi bizi cütləyir: bir cüt, iki cüt, üç cüt, bir tək...

 

 

Çexləri məhşər gününəcən sevmək...

 

 

Paytaxt haqqında danışmazdan əvvəl ölkə haqqında qısa məlumat yerinə düşər: Çexiya 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Çexiyanın əhalisi üç il əvvələ olan məlumata görə on bir milyona yaxındır. Praqanın əhalisi isə Bakıdan iki dəfə azdır: 1 milyon 300 min nəfər. Çexiya, daha doğrusu o vaxtkı Çexoslovakiya 1968-ci ildən 1990-cı ilə qədər Kommunist rejimi ilə idarə olunub. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyadan da yan keçmədi. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. 92-nin 31 dekabrında isə iki ölkə bir-birindən ayrıldı: Çexiya və Slovakiya.

 

* * *

 

Praqaya hava qaralana yaxın çatdıq. Şəhərdə möhkəm tıxac vardı. Amma insafən, bizdən fərqli olaraq, siqnal səsi eşitməzsən. Hər kəs ilahi səbirlə, tükənməz nəzakətlə bir-birinə hörmət edir, əsəblərini tarıma çəkib bir-birinin yediyini burnundan gətirmir. Kim desə Avropada sürücülər məsələn, svetaforun qırmızı işığında keçmir, inanmayın, yerə siqaret atmırlar, yenə inanmayın! İnsan harda varsa, qaydaların pozulmağı mütləqdir. Nə isə, belə şeylər dünyanın hər yerində olur, ona görə ən yaxşısı bu əzəmətli və gözəl şəhərə göz dolusu baxmaqdır. Kim bilir, birdə Çexiyaya yolumuz düşəcəkmi, düşməyəcəkmi?!

 

Səfərlə bağlı bütün təşkilati işləri öz boynuna götürən, suallarımıza səbirlə cavab verən Ülkər xanım elan edəndə ki, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevlə görüş olacaq, dedik, əla! Üstəlik, görüşün keçirildiyi restoranda bizə çexlərin ən yaxşı çaxır markalarını dadmaq təklif olunacaqdı.

 

...Praqanın düz göbəyində ayrılan otelin qarşısında tək dayanmışam. Cüssəli bir kişi yaxınlaşıb özünü təqdim edir: “mən sizin səfəri təşkil edən SİS Turizmin baş direktoruyam”. Və əl uzadıb, “tanış olaq, Çexiyaya xoş gəlmisiniz, nə qulluq edim” deyib, gülümsəyir. Öz-özümə fikirləşirəm: ay dadi-bidad, biz bu kişinin hesabına Çexiyaya gəlmişik, üstəlik, deyir, nə qulluğunuz, sözünüz-tapşırığınız var?! Billah, yersiz tərif, üzgörənlik deyil, gözəlim çexləri həm də bu sadəliyinə görə ta məhşər gününəcən sevməyə dəyər!

 

Səfir Fərid Şəfiyevlə görüş qeyri-rəsmi, necə deyərlər, yeyib-içməklə keçdi. Ən gözəli budur! Uzaq ölkədə də iclas-tədbir oldusa, bunun harası gəzmək, istirahətdir?! Altdan-altdan göz qoyurdum ki, cənab səfir də bizim adamdır, vurmaqla arası pis deyil. Amma ortaya çaxır gələnə qədər ayıq başla nə qədər suallarımız vardı, hamısına yerli-yataqlı cavab almışdıq. Çex-Azərbaycan əlaqələri, mədəni-siyasi tədbirlərin keçirilməsi, turizmin inkişafı üçün iki ölkə arasında planlaşdırılan müştərək layihələr və daha nələr, nələr... 

 

Biz xərabət əhliyik...     

 

...Axşam uzun illərdir Praqada yaşayan dostumuz Rövşən Qəmbərovla görüşdüm. Rövşən mənə çexlərin həyat tərzi, yaşam qaydası haqqında xeyli maraqlı məsələləri xırdaladı. Məsələn, iş saatı başa çatandan sonra Allah bəndəsi bir çexi əlavə maaşla ikicə saat işdə saxlaya bilməzsən. Onların istirahət vaxtında İsa zühur eləsə də, xeyri yoxdur, əlahəzrət peyğəmbər səhərin açılmağını, işin başlamağını gözləməlidir. Məsələn, bir çex professorunu qırmızı diplomla, fərqlənmə attestatı ilə aldada bilməzsən. Onun aləmində qırmızı diplomdansa, məzunla bir saatlıq təkbətək söhbət daha vacibdir. Rövşən deyir, Çex pivəsinin dünyaya meydan oxumasının iki səbəbi var: suyun təmiz, torpağın bərəkətli olması. Məsələn, Almaniyanın ən böyük şirkətləri belə müasir texniki vasitələrlə çex pivəsinin tamını ala bilmirlər. Səbəb sadədir: Alman suyu cod, torpağı çexlərinki kimi minerallarla zəngin deyil. Deməli, pivə təbiətin çexlərə lütfü, tükənməz hədiyyəsidir!

 

* * *

 

Növbəti ”“ sonuncu gün Praqa ilə əməlli-başlı tanış olduq. Səhər açılandan düz nahar yeməyinəcən şəhərin gəzməli-görməli yerlərinə baş çəkdik. Karl körpüsündən Praqa şəhər kitabxanasına qədər. Kafkanın ev muzeyi, kafesi, heykəli də öz yerində. O gün Praqada bir başqa əhval vardı. Günəş göydə görünər-görünməz bütün şəhər küçələrə axışdı. Oxuyan, oynayan kim, dünyanın hər dərdini unudub kef çəkən kim...

 

Praqanın əzəmətli tarixi abidələrini, daş döşənmiş küçələrini, yaşıl-yaşıl bağlarını təsvir etməkdə acizəm. Bunu ancaq görmək lazımdır, görmək. Lap düzü, bu nağıl şəhərə şahid çəkilmək gərəkdir, vəssalam! Praqanın gecəsi isə bir başqa aləmdir.

 

... Yola çıxanda işdəki dostlarımıza üç-beş şüşə içki aldım. Yükümü tutub oteldən düşürəm. Yol yoldaşı olduğumuz jurnalistlər təəccüblə əlimdəki dolu zənbilə baxırlar. Ki, bu qədər içkini kimə, nəyə görə aparırsan, ay adam? Və mən onlara necə başa salardım ki:

 

 “Biz xərabət əhliyik meyxanələrdən çıxmışıq,

  Badələr nuş etmişik, peymanələrdən çıxmışıq

Cavid Zeynallı
Oxşar xəbərlər
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ