Son vaxtlar Gürcüstandakı Ahıska türklərinin sıxışdırılması, təzyiqlərə məruz qalması Azərbaycanda ciddi narahatlıqla müşahidə edilməkdədir. Maraqlıdır, türk dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə Ahıska türklərinin müdafiəsi istiqamətində hansısa addımlar atmalıdırmı?
Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi
xadim Aqil Səmədbəyli Gürcüstanın bir dövlət kimi varlığını davam etdirdiyi
üçün Azərbaycan və Türkiyəyə borclu olduğuna diqqət çəkdi:
“Gürcüstanda son zamanlar Ahıska
türklərinə qarşı xoşagəlməz münasibət açıq-aydın görünməkdədir. Çox qəribədir
ki, bunu edən dövlət ”“ Gürcüstan Azərbaycanın və Türkiyənin sayəsində ayaq üstə
durur. Təkcə Türkiyədə 500 mindən çox gürcü qadın evlərdə baxıcılıq etməklə ailələrinə
çörək pulu qazanır. Nə yazıq ki, çörəyimizin duzu yoxdur ”“ çörəyimizin duzunun
olması üçün bizim çörəyimizi yeyib bizə qarşı namərdlik edənlər deyəsən əlimizin
dadını bilməlidir. Onlar əlimizin dadını bilmədən çörəyimizin qədrini bilməyəcək.
Gürcü rəsmilərinin Ahıska türklərinə qarşı bu cür münasibəti hər şeydən əvvəl
dövlətlərimizin başındakılara qarşı saymamazlıqdır. Aydın məsələdir ki, türklərin
Gürcüstanda çoxalması və güclənməsi bir çoxlarının xoşuna gəlməyə bilər və bu səbəblə
xalqlarımız arasında nifaq toxumu səpməyə çalışa bilərlər. Hətta belə olsa belə, gürcü hökuməti təcili və təsirli tədbirlər
görməli, soydaşlarımıza qarşı həssas davranmalıdırlar, onların problemlərini dərhal
həll etməlidirlər. Ən azından bu günkü şəraitdə bizə borclu olduqlarına görə”.
Seymur Əliyev