Sergio Vieira de Mello mükafatı kimlərə verilir?
Araşdırma
Oxunub: 5141
28 Oct 2014 | 21:45
Sergio Vieira de Mello mükafatı kimlərə verilir?
Hollandiyada mühacirətdə yaşayan hüquq müdafiəçisi Ataxan Əbilov Moderator.az-a göndərdiyi yazıda Sergio Vieira de Mello mükafatının kimlərə verilməsinə aydınlıq gətirərək Leyla Yunusa bu mükafatın verilmə səbəbinə aydınlıq gətirməyə çalışıb:

"Qondarma ittihamlarla həbsdə yatan Sülh və Demokratiya İnstitunun direktoru Leyla xanım Yunusun Sergio Vieira de Mello adına beynəlxalq mükafata layiq görülməsi onu həbs edən dairələri məyus etmişdir. Bu çevrə adətləri üzrə vəziyyətdən çıxış yolunu yenə də qara piar aparmaqda görür, bundan dolayı ağıla gələn və gəlməyən hər bir vasitədən istifadə etməyə hazırdır. Sözü gedən olayla bağlı hətta adına mükafat təsis edilən şəxsin söy kökündə erməni elementi axtarışları belə istisna deyil... 

Bununla bağlı olaraq bu mükafatın tarixi, Sergio Vieira de Mellonun kimliyi və indiyə kimi kimlərin bu mükafata layiq görülməsi barədə Azərbaycan oxucusunu məlumatlandırmaq zəruridir. 

Sergio Vieira de Mello Braziliya diplomatının ailəsində dünyaya gəlib. O, Rio de Janeiroda ali təhsil aldıqdan sonra Parisdə hümanitar elmlər üzrə doktorluq dərəcəsi almışdı. Onun bütün fəaliyyəti Birləşmiş Millətlər Təşkilatıla (BMT) bağlı olub. Bu sistemdə o, 1969-cü ildə işə başladığı BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığı strukturunda katibliyin redaktor asistentindən 2002-ci ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə qədər yüksəlib. Həmin müddətdə o, dünyanın bütün qaynar nöqtələrində BMT-ni təmsil edib. 

Sergio Vieira de Mello 2003-cü ildə İraqda gedən proseslərlə bağlı Ali Komissar vəzifəsindən 4 aylıq məzuniyyət götürüb Bağdada BMT-nin ordakı missiasına rəhbərlik etmək üçün yollanır və orada o, özü də daxil olmaqla 22 nəfərin həlak olduğu terror aktının qurbanı olur. 

Bütün ömrünü BMT insan hüquqları standartlarının həyata keçirilməsinə həsr edən Sergio Vieira de Mello bu gün dünya boyu xatırlanır. Onun adına fond yaradılıb, büstü BMT-nin Cenevrə igamətgahında qoyulub, o cümlədən şərəfinə Polşa mükafatı təsis edilib. 

Sergio Vieira de Mello adına Polşa mükafatı 2003-cü ildə insan hüquqları və demokratiya sahəsində ən yaxşı təşəbbüsləri dəstəkləmək məqsədilə təsis edilib. Mükafat ildə bir dəfə iki kateqoriya üzrə fərdlərə və qeyri-hökumət təşkilatlarına verilir. Namizədlər yerli və xarici vətəndaş və ya təşkilatlar ola bilər. 

İndiyə qədərki laureatlar sırasında Polşanın kommunist sistemindən sonrakı ilk baş naziri Tadeuş Mazovietski (2004), Belarus siyasi xadimi, 2006-cı ildə Belarusda birləşmiş müxalifətin preszidentliyə birgə namizədi Aleksandr Milinkeviç (2006), Albaniya yazıçısı və disedenti Fatoş Lubonja (2009), "Sərhədsiz həkimlər" və "Dünya həkimləri" təşkilatlarının həmtəsisçisi, 2007-2010-cu illərdə Fransa Respublikasının xarici işlər naziri Bernar Jan Kuşner, Ukrayna Helsinki qrupunun və Ukrayna Amnesty İnternationalın həmtəsisçisi MyrosÅ‚av Marynoviç (2013) və digər şəxslər vardır. 

Bu mükafat həmçinin İnsan Hüquqları üzrə Helsinki Fonduna (Polşa); İraqda Birləşmiş Millətlərin Yardım Missiyasına (İraq); "Memorial" (Rusiya Federasiyası) təşkilatlarına təqdim edilib. 

Təşkilatın saytında Sergio Vieira de Mello adına Polşa mükafatın bu il Leyla Yunusa verilməsinin səbəbləri kimi aşağıdakılar göstərilir: 

Leyla Yunus Sülh və Demokratiya İnstitutunun rəhbəridir. O, azadlıqdan məhrum edilib. 
Leyla Yunus Dağlıq Qarabağ münaqişəsi zamanı polkovnik rütbəsidə Müdafiə Nazirliyinin İnformasiya və təhlil şöbəsinin rəhbəri olmuş, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu vəzifəni tərk etmişdir. Onun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun fəaliyyətinin əsas istiqaməti siyasi məhbuslara dəstək, insan alverinə qarşı mübarizə təşkil edir. Leyla Yunus siyasi məhbuslar üzrə çoxsaylı hesabatların müəllifidir. Uzun illər ərzində yerli mediada ona qarşı nifrət kampaniyası təşkil edilib. Bu ilin aprelin 28-də o, Brüsselə beynəlxalq konfransa gedərkən, Bakı hava limanında həyat yoldaşı ilə birlikdə saxlanılıb. Məhkəmə qərarı olmadan cütlüyün pasportları əllərindən alınıb, evlərində və Sülh və Demokratiya İnstitutunun ofisində axtarış aparılıb. Hazırda həyat yoldaşı Arif Yunuslə birlikdə həbsdədir. Leyla Yunus lazımi tibbi yardım ala bilmir. Onun həbsi Amerika Birləşmiş Ştatlarının hökuməti və insan hüquqlarını dəstəkləyən dünyanın aparıcı təşkilatları tərəfindən qınanır...


Oxşar xəbərlər
Redaktordan
GÜNLÜK
HƏFTƏLİK
AYLIQ
Yazarlar