Ey, sədası Tanrıdan gələn,
Ey,
duası haqqa yüksələn,
Ey,
Allah kəlamının dadına
ağzımda
dad qatan,
Ey,
hər kəlməsi ruhuma yatan,
Ey,
könül avazımı sazıma çəkən,
Ey,
dərdli misramı yazıma çəkən,
Hər
dildən əziz, nəğməli dilim,
Canım, dilim mənim.
Ey,
anamın şirin layla dediyi,
E,
Qorqudun ərənlər öydüyü,
Ey,
Təbrizimin şirin ləhcəsi,
Ey,
hər evin yaraşığı,
Azərbaycan
türkcəsi,
Ey,
mənzili ürəklər olan,
Ey,
şən səsi içimə dolan,
Muğamatlı,
nəğməli dilim,
Canım, dilim mənim.
Ey,
mədəniyyət, ədəb dilim,
Ey,
söz sənətinə məbəd dilim,
Ey,
hikmətləri bizə qandıran,
Ey,
ürək çırağımızı yandıran,
Ahım,
naləm, laylam, bayatım,
Sənsiz
heçdir mənim həyatım,
Dərdimi
dilə gətirən,
Bəmimi
zilə yetirən,
Şəhdim,
şəkərim, şirin dilim,
Canım, dilim mənim.
Ey,
könlümün titrəyən səsi,
Ey,
ürəyimin həzin nəğməsi.
Ey,
sədəf içində dürr dilim,
Ey,
istiqlalı şanlı, hürr dilim,
Ey,
haqqı bizə düşündürən,
Lərzəsi
düşmən üşündürən,
Tarixlərdən
süzülüb gələn,
Cilalanıb,
düzülüb gələn,
Bizi,
nəğməsilə bəsləyən,
Dili,
yaşatmağa səsləyən,
Ey,
qos-qoca qədim dilim,
Canım, dilim mənim.
Nurəddin
İsmayıl
25
oktyabr 2012