Bir neçə gün bundan öncə vəzifədən uzaqlaşdırılan Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisi Ələkbər İmaməliyev əcnəbi məşqçi ilə əvəzlənəcək. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, yeni baş məşqçi axtarışları əsasən iki ölkədə - Cənubi Koreya və İranda aparılır. Bu baxımdan yeni baş məşqçinin bu iki ölkədən birindən dəvət ediləcəyi ehtimalı daha böyükdür.
Bundan
başqa, mənbə işdən azad edilən Ə.İmaməliyevin yaxın gələcəkdə yeni vəzifəyə təyin
ediləcəyini də iddia edib. Mənbənin sözlərinə görə, rəhbərlik bugünə qədər
taekvondoçulardan ibarət yığma komandanın baş məşqçisi kimi kifayət qədər ciddi
uğurlara imza atan Ə.İmaməliyevin potensialından bundan sonra da istifadə etmək
niyyətindədir.