Avroliqanın qrup mərhələsində III turun oyunları başa çatıb.
Məlumata görə, "Qarabağ"ın yer aldığı F qrupu ilə yanaşı, daha 11 qrupda 21 oyun keçirilib.
Türkiyə təmsilçilərindən "Trabzonspor" öz meydanında "Lokeren"i (Belçika) sınağa çəkib. Turnir cədvəlində eyni xala malik olan komandalar üçün bu oyun mühüm əhəmiyyət kəsb edirdi. Matç türklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər Türkiyə təmsilçisi "Beşiktaş" klubu səfərdə pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran "Partizan"ın qonağı olub. İki oyundan sonra iki xal qazanan “qara qartallar” bu oyunun əsas favoriti hesab olunurdu. Oyun “Beşiktaş”ın qələbəsi ilə bitib (4:0).(publika.az)
23 oktyabr
G qrupu
"Rijeka" (Xorvatiya) - "Feyenoord" (Hollandiya) - 3:1
"Standard" (Belçika) - "Sevilya" (İspaniya) - 0:0
H qrupu
"Krasnodar" (Rusiya) - "Volfsburq" (Almaniya) - 2:4
"Lill" (Fransa) - "Everton" (İngiltərə) - 0:0
I qrupu
22:00. "Slovan" (Slovakiya) - "Sparta" (Çexiya) - 0:3
22:00. "Yanq Boys" (İsveçrə) - "Napoli" (İtaliya) - 2:0
J qrupu
22:00. "Olborq" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna)- 3:0
22:00. "Styaua" (Rumıniya) - "Rio Ave" (Portuqaliya) - 2:1
K qrupu
22:00. "Dinamo" (Minsk, Belarus) - "Qenqam" (Fransa)- 0:0
22:00. "Fiorentina" (İtaliya) - PAOK (Yunanıstan) - 1:0
L qrupu
"Metalist" (Ukrayna) - "Legiya" (Polşa) - 0:1
"Trabzonspor" (Türkiyə) - "Lokeren" (Belçika) - 2:0
24 oktyabr
A qrupu
00:05. “Borussiya” (Münhenqaldbax, Almaniya) - “Apollon” (Kipr) - 5:0
00:05. “Vilyareal” (İspaniya) - “Sürix” (İsveçrə) - 4:1
B qrupu
00:05. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka) - 1:1
00:05. "Torino" (İtaliya) - "Helsinki" (Finlandiya) - 2:0
C qrupu
00:05. “Partizan” (Serbiya) - “Beşiktaş” (Türkiyə) - 0:4
00:05. “Tottenhem” (İngiltərə) - “Asteras Tripolis” (Yunanıstan) - 5:1
D qrupu
00:05. “Seltik” (Şotlandiya) - “Astra” (Rumıniya) - 2:1
00:05. “Zalsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 4:2
E qrupu
00:05 “Eştoril” (Portuqaliya) - “Dinamo” (Moskva, Rusiya)
00:05. PSV (Hollandiya) - “Panatinaykos” (Yunanıstan)
F qrupu
00:05. “Dnepr” (Ukrayna) - “Qarabağ” (Azərbaycan) - 0:1
00:05. “İnter” (İtaliya) - “Sent Etyen” (Fransa) - 0:0