Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisi Ələkbər İmaməliyev və gənclərdən ibarət yığmanın məşqçisi Gündüz Abdullayevin tutduqları vəzifədən azad edilməsi ilə bağlı
Moderator.az olaraq oxucularımızı məlumatlandırmışdıq. (//moderator.az/?xeber=59020)
Məlum informasiyanın saytımızda yer almasından sonra aznews.az-a açıqlama verən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova hər iki şəxsin yığmadan uzaqlaşdırıldığını bildirilib. Beləliklə də Moderator.az-ın özəl mənbəyə istinadən yaydığı xəbər rəsmi formada öz təsdiqini tapıb.
Onu da qeyd edək ki, redaksiyamızda Azərbaycan Taekvando Federasiyasındakı mövcud durum, gələcək məşqçilərin kimliyi və s. məsələlərlə bağlı da konkret informasiyalar mövcuddur ki, yaxın günlərdə oxucularımız bu informasiyalarla tanış edəcəyik.