Rusların “qara siyahı”sı və Azərbaycan bazarındakı təhlükəli məhsullar... - SİYAHI
Oxunub: 2599
22 Oct 2014 | 14:09
Rusların “qara siyahı”sı və Azərbaycan bazarındakı təhlükəli məhsullar... -  SİYAHI
Rusiyada uşaqlar arasında xərçəng, sonsuzluq, şəkər xəstəliyi yaradan qidaların “qara siyahısı” tərtib edilib. Həmin siyahıda Azərbaycanda da əsasən uşaqların hər gün qidalandığı şokoladlar, içkilər, peçenyelər və digər ərzaqlar da var.

Amma bizlərdən fərqli olaraq ruslar bu siyahı ilə təkcə maarifləndirmə kampaniyası aparmırlar, həm də dövlət qurumlarından belə məhsulların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmasını tələb edirlər.

Virtualaz.org saytı məsələnin aktuallığını nəzərə alaraq Azərbaycanın daxili bazarında genetik modifikasiya olunmuş (GMO) məhsulların satışı ilə bağlı vəziyyəti araşdırıb.

Yada salaq ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsinin vacibliyi tələbi əksini tapıb. Bu qanunla həm də alıcılara ərzağın tərkibinə baxıb alıb-almamaq seçimi verilib.

Amma nəzərə alaq ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyası zəif aparılır, ölkə televiziyalarında, mətbuatda hansı məhsulların tərkibinə qatqıların qatıldığı və ya təhlükəli məhsullarla bağlı sosial çarxlar yoxdur. Baxmayaraq ki, GMO tərkibli məhsullar istehsal edilən ABŞ, Rusiya, Almaniya kimi ölkələrdə sosial çarxlarla insanları təhlükəli məhsullardan çəkindirməyə çalışırlar.

Onu da xatırladaq ki, belə məhsulların təhlükəli olması onların geninin dəyişdirilməsi ilə bağlıdır. Məsələn, kartofların soyuğa və xəstəliyə davamlı olması üçün onlara əqrəb və ya qargülü geni vururlar. Bəzi növ pomidorlara və çiyələklərə isə soyuğa və şaxtaya davamlı olması üçün balıq geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar.

Bundan başqa, qarpız, badımcan, qarğıdalı, hətta meyvələrə də genlərin köçürülməsi təcrübəsi geniş yayılıb. GMO toxumçuluqda da inkişaf edib.  

Həmçinin ərzağın saxlama müddətinin uzadılması və xüsusi, iy dad üçün istifadə olunan qatqılar da təhlükəli hesab olunur.


Statistika: xərçəng və şəkər

Rusların “qara siyahısı”na keçməzdən əvvəl Azərbaycanda uşaqlar arasında yayılan onkoloji xəstəliklərlə bağlı rəsmi məlumata nəzər salaq.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, hazırda ölkəmizdə 300-dən artıq onkoloji xəstə uşaq qeydiyyatdadır. Böyüklərdən fərqli olaraq azyaşlılar əsasən sümük, yumşaq toxuma və böyrək şişlərindən əziyyət çəkirlər. Onkoloji xəstəliklərə əsasən 3-10 yaş arası uşaqlarda rast gəlinir.

Şəkərli diabetdən əziyyət çəkənlərin sayına gəldikdə isə hazırda ölkəmizdə 197 min 547 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2013-cü ildə 183 min şəkərli diabet xəstəsi qeydiyyata alınmışdı. Qeydiyyatda olan şəkərli diabet xəstələri arasında uşaq və yeniyetmələrin sayında ildən-ilə artım qeydə alınır.

Xərçəng və şəkərin yaranma yolları ilə bağlı mütəmadi məlumat verildiyindən səbəblər artıq hər kəsə bəllidir. Düzgün qidalanmamaq, stress, xroniki xəstəliklər, ekoloji durum iki əsrdir qorxunc kabusa çevrilən bu xəstəliklərin yaranmasına səbəb olur.

Elə ölkənin baş pediatrı Nəsib Quliyev də rus mütəxəssisləri ilə eyni fikirdədir. Baş pediatr xərçəngin artmasında qidalanmanın əsas şərt olduğuna diqqət çəkərək haqlı olaraq valideynlərin də günahkar olduğunu xatırladır.

Xərçəngin yayılması ilə bağlı mətbuatı sualını cavablandıran N.Quliyev deyir: “Çipsi kimi şöhrət qazanan boyat kartof dilimləri kanserogen maddə daşıdığından onun satışı bir çox ölkədə, eləcə də Rusiyanın bir sıra vilayətlərində dayandırılıb. Bizdə isə mağazalarda uşaqların əli çatan yerdə satılır. Yağı sonuncu dəfə nə vaxt dəyişdirildiyi məlum olmayan qazanlarda bişirilmiş qidalar küçə ticarətində xüsusi rol oynayır. Metro stansiyalarının hər çıxışında fast-food qidaları gəncləri ev yeməyindən ayrı salır, gələcəkdə xəstəliklərlə təhdid edir. Bundan başqa, gənc anaların körpəsinə şəxsi marağı ucbatından ana südü verməməsi həm onun özünü, həm də gələcəkdə övladını qorxulu xəstəliyə düçar edir”.

Pediatr Nazim Məmmədov isə virtualaz.org saytına açıqlamasında çipsi və bu tipli məhsulların üzərinə valideynlərin məlumatlandırılması üçün əlavə məlumatların yazılmasını təklif edir: “Amerika alimləri araşdırmaları ilə sübut ediblər ki, şəhər adamı kənd adamına nisbətən aqressiv olur, yaddaş problemindən şikayətlənir. Hətta qatı cinayətlərin törədənlərin statistikası aparılıb və aqressiv davranışına, törətdiyi cinayətin ağırlığına görə şəhər adamı kənd adamından fərqlənib. Amerikalılar bütün bəlaların qidalanmadan yarandığını deyirlər.

Doğrudur, Azərbaycanda kənd və şəhər adamlarının təbii qidalanmasındakı fərq aradan qalxıb, təbii qidalanmaya üstünlük verənlərin sayı azalıb”.

Həkimin sözlərinə görə, valideynlərə bu məhsulların nə qədər təhlükəli olduğunu başa salmaq asan deyil: “Hər gün mağazalarda gördükləri, üstəlik bütün dərdlərin dərmanı kimi reklam edilən məhsulların təhlükəli olduğuna inandırmaq çətindir. Çipsi, şokolad, energetik içkilər də siqaret kimi asılılıq yaradır, xoş dadı olduğundan insanlar nəfslərinə qalib gələ bilmirlər. Amma həmin məhsullar artıq genetikada dəyişikliklər edib. Artıq nəsillərdə çılızlaşma gedir, bütün xəstəliklərin yaşı cavanlaşıb. Buna görə də təklif edirik ki, tərkibinə GMO və digər qatqılar qatılmış məhsulların qablaşdırılmasında dəqiq məlumatlar verilsin. Avropa İttifaqı məhsulların tərkibində GMO-nun limitini müəyyən edib. Bu limit heç 1 faiz də deyil. Avropa ölkələrində transgen məhsullar markalanır, təbii məhsuldan seçilir və ayrıca satılır. Tərkibinə GMO qatılmış məhsullar təbii məhsullardan çox ucuz satılır”.


“Qara siyahı”da nə var, nə yox...

Qayıdaq rusların “qara siyahı”sına. Oradakı məhsullar hazırda Azərbaycan bazarını da zəbt edib. Bu siyahıdakı məhsulların tərkibinə vurulan qatqıların xüsusilə xərçəng əmələ gətirdiyi ehtimal edilir.

1. Şokolad məmulatları “Hersheys”, “Cadbury”, “Fruit & Nut”;

2. “Mars”, “M&M”;

3. “Snickers”;

4. “Twix”;

5. “Milky Way”;

6. “Cadbury” (şokolad, kakao);

7. “Ferrero”;

8. “Nestle” şokoladları;

9. “Nesquik” (“Nestle” şokolad içkisi);

10. Spirtsiz içki “Соса-Соla”;

11. “Sprite”, “Fanta”, tonik “Kinli”, “Fruitime”;

12. “Pepsi” və “Pepci-Со”;

13. “7-Up”, “Fiesta”, “Mauntin Dyu”;

14. “Kelloggs” quru səhər yeməkləri;

15. “Campbell” şorbaları;

16. “Uncle Bens” və “Mars” düyüləri;

17. “Knorr” məhsulları;

18. “Lipton” çayı;

19. “Parmalat” peçenyeləri;

20. Ədviyyatlar, mayonezlər, “Hellmans” sousları;

21. “Nestle” uşaq yeməkləri;

22. “Hipp” uşaq qidaları;

23. “Similac abbot Labs”;

24. “Denon” uşaq qidaları (yoğurt, qatıq, pendir);

25. “McDonalds” restoranlar şəbəkəsinin qidaları;

26. “Kraft” uşaq yeməkləri (şokolad, qəhvə, çipsi);

27. “Heinz Foods” (ketçuplar, maskalar);

28. “Delmi Unilever” məhsulları (uşaq qidaları).


Hazırlanma texnologiyası zamanı GMO-dan istifadə olunan məhsullar:

1.Nijni-Novqorod yağ kombinatının “Ряба”, “ Впрок” mayonezləri;

2.“Bunduelle” (Macarıstan) məhsulları (yaşıl noxud, lobya, qarğıdalı);

3.“Baltimor-Neva” ketçupları (Sankt-Peterburq);

4. Moskvadakı Mikoyanovski ət kombinatının paştetləri, qiyməsi;

5. “Qalina Blanka” şorbaları (Nijni Novqorod),

6. “Lianazovskiy süd kombinatı” “Möcüzə-süd”, “Möcüzə-şokolad” yoqurtları,

7.”ÐšÐ°Ð¼Ð¿Ð¸Ð½Ð°”  (uşaq yeməkləri),

8.”Qurman” - paştetləri  (Novosibirsk),

9. “Lays” çipsiləri,

10. “Ehrmann” yoqurtları,

11. “Calve” mayonezləri,

12.“Yubiley” peçenyeləri,

13.“Nestle” məhsulları (İsveçrə, Finlandiya) “Nestoqen”quru süd qarışığı.

Bir daha xatırladırıq ki, bu məhsullar Azərbaycan bazarına  məhdudiyyətsiz daxil olur.


GMO ilə bağlı tədqiqat”¦

Əvvəlcə onu qeyd edək ki, GMO-ların insan orqanizminə zərəri ilə bağlı fikirlər birmənalı deyil. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu da genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı tədqiqatlar aparıb.

AMEA-dan virtualaz.org saytına verilən  məlumatda deyilir ki, Azərbaycan 2005-ci ildə Kartagen protokoluna qoşulmaqla GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmaması, Azərbaycan ekologiyası və biomüxtəlifliyinə vurulan ziyanın, həmçinin onlardan kommersiya məqsədi ilə istifadənin qarşısının alınması üçün öhdəliklər götürüb.

AMEA mütəxəssisləri araşdırmalarının nəticələri ilə bağlı təkliflər də hazırlayıblar. Həmin təkliflər GMO ilə bağlı qanunvericiliyin hazırlanması üçün müzakirəyə verilib.


GMO ilə mübarizə (?!)

Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Qərarla ölkəyə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində GMO orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstəriləcək.

Bundan əlavə, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası” qüvvədədir.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, son aylar aparılan monitorinqlərə əsasən tərkibinə GMO qatılan toxumların əkildiyinə rast gəlinməyib. Hazırda bazara çıxarılan az qala bir kiloqram ağırlığında kartof, soğan, badımcan və digər tərəvəz məhsulları GMO tərkibli toxumlardan alınmayıb, həmin məhsullar xaricdən gətirilir. Göründüyü kimi, nazirlik də ölkəyə GMO məhsullarının gətirildiyini inkar etmir.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində xüsusi laboratoriya yaradılıb. Həmin laboratoriyada məhsulların tərkibində GMO orqanizmlərinin olub-olmadığını asanlıqla bilmək mümkündür.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı virtualaz.org saytına bildirib ki, GMO məhsullarının Azərbaycana gətirilməsi qanunvericiklə tənzimlənir: “Artıq komitədə genetik modifikasiya olunmuş məhsulların monitorinqini aparmaq üçün laboratoriya fəaliyyət göstərir. Məhsulun qablaşdırılmasında “Без ГМО” yazılan məhsulları laboratoriyada yoxlayaraq istehsalçının məlumatının doğru olub-olmadığını dəqiqləşdiririk. Ancaq GMO bir ayın problemi deyil. Belə məhsullarla mübarizə üçün uzun zaman lazımdır”.

F.Talıblının sözlərinə görə, komitə GMO ilə bağlı tədbirlər müəyyənləşdirib: “Genetik Ehtiyatlar və Toxumçuluq İnstitutu ilə birgə komitələr yaradılıb. Bu qurumlar toxumçuluq sahəsindəki məsələləri ciddi araşdırır. Hazırda ölkəmizə xarici ölkələrdən belə məhsullar hələ də gətirilir. Lakin yerli istehsal məhsulların tərkibində GMO yoxdur. Komitənin tərkibində yaradılan laboratoriya məhsulların tərkibində GMO-nun olub-olmadığını maksimum 2 günə yoxlaya bilir”.

F.Talıblı istənilən şəxsin də komitəyə müraciət edərək məhsullarını yoxlatdıra biləcəyini dedi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əksini iddia edir.

Hüquq müdafiəçisi virtualaz.org saytına açıqlamasında buna konkret sübutları olduğunu deyib: “Məsələn, “Qaraba𔝠MMC-nin əkdiyi qarğıdalılar GMO-dur. Azərbaycanda GMO əkinçiliyi var, çuğundur, qarpız əkilir. Soyanın isə 95 faizi GMO tərkiblidir. Bundan əlavə, Azərbaycana gətirilən sarı düyülər, kartof, bibər, badımcan və pomidorların tərkibinə genetik motifikasiya olunmuş orqanizmlər vurulur. GMO ilə mübarizənin necə aparıldığına nəzər salmaq üçün bazarlara göz gəzdirmək kifayətdir. Bizim bazarlarda kifayət qədər GMO məhsullar var. Daxili bazara bu mənada nəzarət yoxdur”.

Mütəxəssisin sözlərinə görə, belə meyvələr kənardan seçilir. Onların çəkisi böyük olur, uzun müddət qalmasına baxmayaraq xarab olmur, içində qurd olmur.

Tərkibinə qatqılar qarışdırılmış məhsullar isə soya yağı, soya unu, tofu pendiri, hidroliz edilmiş bitki zülalı, soya lesitini (Е322) altında gizlədilir.

Sonda, illərdir “Geni dəyişdirilmiş bitkilər və orqanizmlər haqqında” qanunun qəbuluna ehtiyac olduğu deyilir və hətta bir nəsil bu sözlərə qulaq asa-asa böyüyüb. Doğrudur, “Toxumçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlarda GMO ilə bağlı problemlər müəyyən qədər tənzimlənir. Hələ deputatların daha mükəmməl qanunların qəbuluna ehtiyac olması fikirlərini dinləyirik.

Buna görə də uşaqların sağlamlığı üçün dövlət qurumlarının təcili tədbir görəcəyini gözləmək lazım deyil. Yəqin beləliklə, hələ neçə illər yola verəcəyik...

Oxşar xəbərlər
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:02, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:00, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:24
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 13:27
Bakıda evdə partlayış: Ölən var
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:24
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb