Xəbər lenti
12/12/2019 [22:36]:
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
12/12/2019 [22:31]:
Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…”
12/12/2019 [22:19]:
5 gün sidiyə gedə bilməyən qadının sidik kisəsi çıxarıldı - DƏHŞƏT...
12/12/2019 [21:57]:
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
12/12/2019 [21:51]:
"Deputat öz fəaliyyəti ilə parlamenti xalqın gözündən salmamalıdır" - Sonuncu söhbət...
12/12/2019 [21:24]:
Abşeron rayonunda üçmərtəbəli evdə yanğın baş verib
12/12/2019 [21:08]:
Təcili yardıma yol verməyən xanım sürücüdən daha bir kobudluq - VİDEO
12/12/2019 [21:03]:
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
12/12/2019 [21:01]:
Azərbaycanlı bəyin çılğınlığı dünya mediasında - VİDEO
12/12/2019 [20:53]:
Ukraynalı nazir maaşının azlığından şikayətləndi - “4 uşağım var”
12/12/2019 [20:47]:
UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib
12/12/2019 [20:43]:
“Qarabağ” və “Düdelanj” komandalarının start heyətləri açıqlanıb
12/12/2019 [20:42]:
Tramp Makronu “yumşaq yerdə tikan” adlandırdı - İNANILMAZ TƏHQİR
12/12/2019 [20:35]:
Heydər Əliyev “Azərxalça”nın filiallarında ehtiramla yad edilib
12/12/2019 [20:32]:
"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"
12/12/2019 [20:31]:
Bakının “Ləhiş bağları”na təbii qaz verildi
12/12/2019 [20:26]:
ADPU-da Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirildi
12/12/2019 [20:24]:
Dövlət Statistika Komitəsində Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib
12/12/2019 [20:22]:
İsveçdə İbrahimoviçin heykəlinin ayaqlarını kəsərək aparmaq istəyiblər
12/12/2019 [20:21]:
Heydər Əliyevin vəfatının 16-cı ildönümü Belqradda da anıldı - FOTOLAR
12/12/2019 [20:16]:
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
12/12/2019 [20:08]:
Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO
12/12/2019 [20:07]:
Bu sistem dalğıcları bitməyən oksigenlə təmin edir - MARAQLI İXTİRA
12/12/2019 [20:07]:
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi
12/12/2019 [20:00]:
Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…”
12/12/2019 [19:48]:
Azərbaycanlının cibindən qumbara çıxdı, tutuldu
12/12/2019 [19:47]:
Ədliyyə işçiləri Heydər Əliyevin əziz xatirəsini yad ediblər
12/12/2019 [19:35]:
Gömrük Akademiyasında Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
12/12/2019 [19:35]:
Nigeriyada hərbi bazaya hücum oldu - 73 əsgər öldü
12/12/2019 [19:23]:
Gürcüstanın baş prokuroru vəzifəsindən gedib
12/12/2019 [19:16]:
Goranboyda məktəblini maşın vurub
12/12/2019 [19:07]:
UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verib
12/12/2019 [19:02]:
Yol ortasında ağlasığmaz görüntü - Avtomobilin üzərinə çıxıb...+ VİDEO
12/12/2019 [18:42]:
3 yaşlı qızın başı qazana sıxıldı, çıxarmaq üçün səfərbər oldular - QORXUNC... + VİDEO
12/12/2019 [18:40]:
102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var
12/12/2019 [18:36]:
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [18:15]:
Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı
12/12/2019 [18:12]:
Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA
12/12/2019 [18:11]:
Emin Həsənli: “Heydər Əliyev Fondunun gördüyü işlərə kölgə salmaq yolverilməzdir”
12/12/2019 [18:10]:
Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR
12/12/2019 [17:53]:
“Məşhurluq həbsxanada yatmaq kimidir” - FOTO
12/12/2019 [17:49]:
İnternat məktəbləri bağlanılır: Uşaqlar ailələrinə təhvil verilir...
12/12/2019 [17:47]:
Tərtərdə kişinin ağzından güllələnməsinin təfərrüatı məlum oldu
12/12/2019 [17:46]:
Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb
12/12/2019 [17:38]:
Zakir Fərəcovun prokuror oğluna vəzifə verildi
12/12/2019 [17:36]:
Soros Ermənistan İctimai Şurasına nəzarəti  ələ keçirdi...
12/12/2019 [17:19]:
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
12/12/2019 [17:18]:
Azərbaycan Dünya Bankının kreditindən imtina edib
12/12/2019 [17:02]:
Rusiya idmançılarının sanksiyaları sərtləşdirilməyəcək
12/12/2019 [17:01]:
“Açığı, mən bilmirəm ki, Milli Məclis xarici siyasətdə hansı rol oynayır...”
12/12/2019 [16:57]:
Zəngilan necə işğal edildi? - Erməni general açıqladı
12/12/2019 [16:49]:
Vasif Talıbov yeni qurum yaratdı
12/12/2019 [16:47]:
"Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var"
12/12/2019 [16:37]:
"Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
12/12/2019 [16:34]:
Almaniyadakı erməni mafiyası - narkotik alveri və qanlı qarşıdurmalar
12/12/2019 [16:33]:
"Gəncədən Turan yoluna - Əhməd Cəfəroğlu" - Alimlə bağlı elmi konfrans Gəncədə davam edib
12/12/2019 [16:31]:
Əli Əhmədov Vladimir Zelenski ilə görüşüb - FOTO
12/12/2019 [16:10]:
Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU
12/12/2019 [15:59]:
“Heydər Əliyev haqqında bədii və sənədli filmlərin çəkilməsinə ehtiyac var”
12/12/2019 [15:57]:
"Gürcüstan parlamentinə kimyəvi hücum olub"
12/12/2019 [15:56]:
“Niyaməddin ölsə, bu şərəfsizlər başına xına yaxacaq?”
12/12/2019 [15:41]:
Türkiyədə 100-dən çox məktəbli zəhərləndi
12/12/2019 [15:35]:
Nazir müavinindən məktəblərdə Yeni il tətili - AÇIQLAMASI
12/12/2019 [15:33]:
Xalq artisti xəstəxanaya yerləşdirilib
12/12/2019 [15:31]:
Putini Kremldən qovmaq istəyən şaman cərimələnib
12/12/2019 [15:26]:
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTOLAR
12/12/2019 [15:23]:
Putin Yuri Lujkovla vida mərasimində iştirak edib - FOTOLAR
12/12/2019 [15:20]:
"Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinə yardım edəcək"
12/12/2019 [15:18]:
Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
12/12/2019 [15:03]:
Brilliant Dadaşova: “Silahı çəkib içəri girirdim...”
12/12/2019 [14:59]:
“14 gündür küçələrdə qalmışıq, niyə bizə qarşı bu münasibəti sərgiləyirlər?” - FƏRYAD
12/12/2019 [14:57]:
BSU-da Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12/12/2019 [14:55]:
“Söhbət Xoşqədəmdən gedirsə, burada xoşməramlı heç nə ola bilməz”
12/12/2019 [14:51]:
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO
12/12/2019 [14:46]:
Myanmar lideri Haaqa məhkəməsi önündə
12/12/2019 [14:45]:
"Nöqsanlara yol verən direktorları cəzalandırmaqdan çəkinmirik"
12/12/2019 [14:22]:
Ermənistan  35 yaşadək həkimlərin  orduya çağırışını elan etdi...
12/12/2019 [14:07]:
“Vaqif müəllim sağalan kimi kitabının təqdimatını keçirəcək...”
12/12/2019 [14:06]:
Türk F-16-ları yunan pilotlara dəhşət yaşatdı - VİDEO
12/12/2019 [14:02]:
Rusiyadan daha çox ehtiyatlanmalıyıq, ya İrandan - ekspertlərdən ilginc yanaşmalar
Bütün arxiv bir sırada
22/10/2014 [13:12] - Köşə - ( 4025 dəfə baxılıb)

Məhərrəmlik mərasiminə sosial baxış

Rabil Abdinov

Xalqımız yüz illərdir  hicri-qəməri təqvimi ilə məhərrəm ayının daxil olması ilə peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid edilməsinin ildönümünü yəni “məhərrəmlik” adlanan əzadarlıq məclislərini keçirdir. Lakin son illər bu mərasimlər başlanan kimi kütləvi informasiya vasitələri bununla bağlı birmənalı qarşılanmayan xəbərlər yaymaqla bu tədbirin məna və məfhumunu şübhə altına alan fikirlər formalaşdırmağa səy edirlər. 

Güya bu mərasimin qonşu İrandan ölkəmizə transfer edildiyi, insanların qəmlənməsi ilə müşayət olunan mərsiyə, sinəzən və rövzələrin və öz bədəninə xəsarət yetirməklə icra olunan bəzi əməllərin kökündə fars mədəniyyətinin dayandığı iddia edilir. Lakin bir məqamı unudurlar ki İran imperiyasının xalqları türklər bu əraziyə daxil olana qədər 90 faiz civarında sünnülük məzhəbinə etiqad etmiş və təsadüfü deyil ki bu məzhəbin 4 imamı, 6 məşhur hədis kitabının da müəllifi irandilli xlaqların nümayəndələridirlər. Şiəliyin İranda geniş yayılması Türküstandan İrana köçən türkdilli etnosların gəlişindən sonra baş vermişdir. Ağqoyunlu türkmən tayfaları sünnülük, qaraqoyunlu türkmən tayfaları isə şiəlik məzhəbinə etiqad etmiş və öz dini kimliklərini İranda qorumağa və lazım gəlsə yaymağa cəhd etmişlər. Bu tayfaların mübarizəsinin məntiqi nəticəsi olaraq Səfəvilər İranda hakimiyyəti ələ alaraq şiəliyi rəsmi məzhəb formasına gətirirlər. Səfəvilərin hakimiyyətə gəlməsində rolu olan tayfalar türkdilli olmuş və bu mübarizədə talışlar istisna olamqla digər irandilli xalqların nümayəndələri iştirak etməmişlər. Səfəvilərin hakimiyyəti dövründə İran öz etnik mənzərəsini dəyişdiyi kimi dini-məzhəbi mənzərəsini də tam olaraq əksinə dəyişmiş və nəticədə ölkənin 90 faizi şiəlik məzhəbinə etiqad etmişdir. Şiəliyin yayılmasını heç bir etnosa bağlamaq düzgün addım olmasa belə, bu mənada bunu farslardan çox türklərə aid etmək daha doğru olardı.

İmam Hüseynin şəhid edilməsindən sonra onun həlak olmasının ildönümləri zaman-zaman şiələr tərəfindən evlərdə gizli şəkildə yığışmaqla əzadarlıq formasında qeyd edilmişdir. 935-1055-ci illərdə İraqda hakimiyyətdə olmuş İran mənşəli Büveyhilər sülaləsi dövründə ilk dəfə olaraq əzadarlıq məclisləri leqal surətdə təşkil olunmağa başlanmışdır. Lakin onların hakimiyyətindən sonra yenidən bu məclislər gizli keçirilmişdir. İsmaililər və Fatimilər Misirdə hakimiyyəti ələ alandan sonra əzadarlıq məclisləri yenidən leqallaşmağa başladı. Sonralar yenə də gizli şəkildə bu məclislər təşkil olundu və bu Səfəvilərin bölgəmizdə hakim olmasına qədər davam etdi. Əzadarlığın həmin dövrdə gizli keçirilməsinə səbəb şiəliyin ümumən təqib olunması idi. Lakin Səfəvilərin hakimiyyəti dövründə şiəlik leqallaşandan sonra əzadarlıq məclisləri yeni keyfiyyət və kəmiyyətdə özünü göstərməyə başladı. Təsadüfi deyil ki indinin özündə belə mərsiyəxanlıq, rövzəxanlıq, teşt qoymaq, ələm gəzdirmək, zəncir, sinə və qəmə vurmağın ən geniş yayıldığı yer Səfəvilərin hakimiyyəti zamanı mərkəzi şəhər olan Ərdəbildir.

Bir sıra informasiya vasitələri əzadarlıq məclislərində oxunan matəm şeirlərini və bunun nəticəsində təsirlənən dindarların görüntülərini yaymaqla bu insanların geridə qaldığını və mövhumatçı olduğunu diktə etməyə cəhd edirlər. Əzadarlıq məclislərində oxunan mərsiyə, sinəzən və sair poeziya nümunələri əslində ədəbi janrlardır. Əgər kimsə bu nəzmdən təsirlənib qəmgin olursa və ya ağlayırsa bunu şiəliyin xüsusi bir xüsusiyyəti və mənfi bir hal kimi qələmə vermək olmaz. Demək olar ki bütün dahi şairlərin əsərlərində bu janra  müraciət edilib. Təkcə dindar olan Məhəmməd Füzuli kimi şairlər deyil, Abbasqulu ağa Bakıxanov kimi dövlət məmuru olan şairdən tutmuş, Seyid Əzim Şirvani kimi satirik şairə qədər bütün klassiklər matəm ədəbiyyatına öz yaradıcılığında müraciət etmişlər. Ümumiyyətlə görkəmli insanların həlak olmasını şairlərin nəzmə çəkməsi dinindən və dilindən asılı olmayaraq bütün xalqlarda mövcud olmuş və buna bəzilərinin hansısa bir mənfi çalar verməsi anlaşılan deyil.

Onu da qeyd edək ki bəzi dini ədəbiyyatın və ya bu janrın ifaçılarının Kərbəla hadisəsində özünə yer almayan məqamları həqiqət kimi dindarlara aşılanması faktı da kifayət qədərdir. Dini təhsili olmayan, lakin xoş səsi olan, hətta bəzən özünü ruhani sayan bu cür insanlar əsasən İmam Hüseyn qiyamının səbəbini məişət zəmninə endirir və bu qiyamın məqsəd və məramını təhrif edərək şiəliyin gözdən salınmasına şərait yaradırlar. Bu cür adamlar insanların hisslərinə hakim olmaq üçün müxtəlif üsullardan istifadə edir, onları bərkdən və təəbi olmayan ağlamşmalara sövq edir və beləliklə dindarları İmam Hüseyn qiyamının mahiyyətindən uzaqlaşdırırlar.

Matəm məclislərində sinə vurmaq sırf ərəb adətidir və sonradan bu matəm məclislərində istifadə olunaraq digər müsəlman xalqlara keçmişdir. Belə ki, ərəblər yaxın insanlarını itirdikdə sinələrinə döyməklə reaksiya vermişlər. Lakin hazırda əzadarlıqda sinə vurmaq və bunun “sinəzən” adlanan şeir növü ilə müşayət olunması sırf bəədi təsir bağışlayır və heç də bəzilərinin dediyi kimi özünə əziyyət vermək hesab oluna bilməz. Sinə vurmağın cəm halda icra olunması və indiki hala gəlməsi Səfəvilər dövründə baş vermişdir.

Dəmir zəncirlə öz bədəninə zərbə vurmaq Hindistan və Pakistandan hazırda şiələr yaşayan məntəqələrə keçmişdir. İlk əvvəl bəzi fəqihlər özünə zəncir vurmaqla verilən işgəncəyə görə bu əməli haram saymışlar. Hindistan və Pakistan şiələri eyni dövlətdə yaşadıqları digər dinlərin ardıcılları ilə hətta yaxın dövrümüzə qədər daim münaqişə şəraitində yaşamışlar. Məhərrəmlik mərasimlərində onların öz bədənlərinə zəncirlə zərbə vurmaqları bir növ özünümüdafiə məqsədi daşımış və digər dinin ardıcıllarında onlarla münaqişəyə girməyin təhlükəli olması fikrini yarartmışdır. Əvvəllər zəncirlərin ucuna insan bədəninə ciddi xəsarət yetirən kəsici və deşici dəmir parçalar bərkidilərdi. Lakin hazırda əsasən zəncirlər xüsusi şəkildə düzəldilir və heç də bəzilərinin dediyi kimi bədənə xəsarət yetirmir. Zəncir vuranlar bu əməli qrupla və “sinəzən” deyilən ritmik matəm şeiri ilə həmahəng icra edirlər. Bu amillərə görə fəqihlərin bir çoxu bu işi təşviq etməsələr də “zəncir vurmağın eybi yoxdur” deməklə bir növ məqbul sayırlar.

“Qəmə vurmaq” adlanan mərasim əsasən Məhərrəm ayının kuliminasiya nöqtəsi olan Aşura günü icra olunur. Yəni qılınc və xəncərə bənzəyən “qəmə” adlanan kəsici alətlə bəzi insanlar öz başlarına kiçik zərbələr endirməklə onu yarırlar. Hazırda bu mərasim nadir hallarda icra olunur. Fəqihlər bu əməlin haram olması barəsində göstərişlər vermişlər. Bu mərasimin icrası zamanı insanın öz həyat əhəmiyyətli nahiyəsinə ciddi xəsarət yetirməsi ilə müşayət olunması bir yana qalsın, həm də bunun ətrafdakı insanlarda vəhşət və psixi sarsıntılar yaratması diqqəti çəkir. Müqəddəs yerlərin qanla murdarlanması və bunu edən əzadarların timsalında dindarlığın vəhşiliklə eyniləşdirilməsinə gətirib çıxarılmasına isə söz tapmaq çətindir. Bu mərasimin bəzi xristinan sektalarından qaylaqlandığı məlumdur. Belə ki xristianlığın bəzi sektaları İsa peyğəmbərin xristianlara görə çarmıxa çəkilib əzab verilməsinə cavab olaraq özlərinə kəsici-deşici alətlərlə zərbə endirərərək işgəncə vermiş və bədənlərinə ciddi xəsarət yetirmişlər. Xristian sektantlarının bu əməli bəzilərində İmam Hüseynin də dinə və islama görə şəhid edilməsi analoji hissi yaratmış və onlar da eyni əməli təkrarlamışlar.

Ucuna insanın əl hissəsinin modeli keçirilmiş dirək və ona bağlanmış parçadan ibarət olan bayrağa oxşar əşya “ələm” adlanır. Ələmə əsasən qara rəngli parça bağlanır və bəzən üzərinə hansısa şüar yazılır. Bu əşya məscid, ziyarətgah və hüseyniyyə adlanan əza yerlərində yerləşdirilir və lazım gəlsə əzadar qrupların önündə aparılır. Ələm bir növ məhərrəm ayının başlanmasını göstərən əzadarlıq nişanəsi və Kərbəla faciəsinin simvoludur. Fəqihlər bu əşyanın istifadəsinə də “ələm gəzdirməyin eybi yoxdur” cavabı verməklə kifayətlənirlər. Ələm Qacarlar dövründə Avropa ölkələri ilə əlaqələr zəmində meydana çıxmış və xristian ayinlərindən iqtibas edilmişdir. Belə ki xristianlar da dini rituallar zamanı üzərində xaç olan ələmə bənzər əşyadan istifadə edirlər.

Lakin bəzilərinin iddiasına görə ələm Kərbəlada baş verən döyüşdə İmam Hüseyn tərəfindən döyüşən qoşunun döyüş bayrağıdır. Hətta bəzən daha irəli gedib bayrağın tutacağının ucuna bərkidilmiş əl şəkilli başlığa əsaslanıb onu İmam Hüseynin qaradşı və Kərbəla vaqiəsində qoşunun ələmdarı olan Həzrət Abbasın kəsilmiş qolunun timsalı olduğunu iddia edirlər. Lakin ölkəmizdə əsasən bu ələm modeilinə parça yox, qadın yaylıqları, əl dəsmalları bağlanır. Məhərrəmlik mərasimlərində məscidlərdə, pirlərdə dindarlar arasında gəzdirilir. Dindalar da ələmə bağlanmış yaylıqların ucuna pul və sair qiymətli əşyalar bağlayır və ya ona bərkidilmiş torbaya bunları qoyurlar. Bəziləri ələmin başlığını öpür və onun altından keçir, hətta ondan şəfa diləyən də olur, yəni bir sözlə o müqəddəsləşdirilir. Belə əməllər də  özü-özlüyündə məzhəbin aşağılanmasına səbəb olan halların yaranmasına gətirib çıxardır. 

Adətən ələm məscidin və hüseyniyyənin bir tərəfində divara dayanmış halda qoyulur. Həmin yerdə “teşt” adlanan qab qoyulur və ona su doldurulur. Buna “teşt qoymaq” deyilir. Teştdəki su müqəddəs və şəfaverici hesab olunaraq bəzi əzadarlar tərəfindən içilir və hətta üzünə sürtülür. Teşt qoymağın məna və mənşəyi məlum olmasa da eyni su qabından yüzlərlə adamın, xüsusən immuniteti zəif olan uşaqların belə istifadə etməsi hava-damcı yolu ilə yayılan bir çox infeksion xəstəliklərin  yayılmasına rəvac verən antisanitariya və neqativ hal hesab olunmalıdır. 

Əzadarlıq məclislərində keçirilən tədbirlərdən biri də “şəbih” adlanan və Kərbəla faciəsinin səhnləşdirilməsindən ibarət olan xüsusi tamaşa növü keçmişdə geniş yayılmışdı. Kərbala faciəsinin əzadarlıq məclislərində səhnəşdirilməsi savadsız insanlara daha əyani olaraq həqiqətin çatdırılmasına kömək etmişdir. Televiziyanın meydana gəlməsindən sonra bu tamaşanın təşkil olunması demək olar ki sıradan çıxmışdır. Şəbih Kərim xan Zənd dövründə yaranmış, Səfəvilər dövründə formalaşmış və Nəsrəddin şah dövründə geniş yayılmışdı. Buna səbəb şahın Avropa ölkələrinə səfərləri zamanı teatrın təsir imkanlarının genişliyini müşahidə etməsi idi. Xüsusən Fransa teatrının təsiri ilə İranda geniş yaılan şəbih Hindistan  və Pakistanda əzadarların diqqətini cəlb etmiş və geniş tətbiq olunmuşdur.

Məhərrəmlik mərasimlərinin bir sıra ritual və ayinləri Kərbəla qiyamının hədəflərinin daim gündəmdə qalmasında müsbət rola malik olması şübhəsizdir. Bu xüsusən həmin dönəmdə insanarın dini mariflənməsi üçün münbit şəraitin yaranmasında özünü göstərir. Hətta insanların əzadarlıq məclislərinin təşkili zamanı bir sıra ictimai işlərə yardım etməsi və bəzi sosial problemlərin həllində göstərdiyi fəallıq təqdirə layiqdir. Lakin eyni zamanda bu mərasimlərdə bəzi əməllərin cəmiyyətdə dinin və məzhəbin təhrif edilərək gözdən salınmasında rolu heç də az deyil. Bunlardan ən dəhşətlisi əzadarlığın bir sıra əməllərini şiəlik məzhəbinin təməl prisnsipləri kimi dindarlara aşılnamsıdır.

 

Rabil ABDİNOV

 

loading...
loading...
5 gün sidiyə gedə bilməyən qadının sidik kisəsi çıxarıldı - DƏHŞƏT...
"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"
Bu sistem dalğıcları bitməyən oksigenlə təmin edir - MARAQLI İXTİRA
Yol ortasında ağlasığmaz görüntü - Avtomobilin üzərinə çıxıb...+ VİDEO
3 yaşlı qızın başı qazana sıxıldı, çıxarmaq üçün səfərbər oldular - QORXUNC... + VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Deputat öz fəaliyyəti ilə parlamenti xalqın gözündən salmamalıdır" - Sonuncu söhbət...
Hadisə
Təcili yardıma yol verməyən xanım sürücüdən daha bir kobudluq - VİDEO
Şou-biznes
“Niyaməddin ölsə, bu şərəfsizlər başına xına yaxacaq?”
Cəmiyyət
“Vaqif müəllim sağalan kimi kitabının təqdimatını keçirəcək...”
İqtisadiyyat
“Qeyri-neft sektorunun inkişafı prioritet sahə olaraq qalmaqdadır”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Atam evə buraxmadığı üçün 15 yaşından tək yaşayıram" - VİDEO
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL: "Tolik, sənin padruqaların..." - FOTO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247