Məlum olduğu kimi, Almaniya İŞİD-ə qarşı mübarizə aparan PKK-ya yardım göstərməkdən imtina edib. Almaniya bunu PKK-nın Türkiyə üçün təhdid mənbəyi olması əsaslandırıb. Lakin bununla belə İraq və s. ölkələrin İŞİD-ə qarşı mübarizə fonunda PKK-ya silahlı yardım göstərdiyi bəllidir. Maraqlıdır, İŞİD-lə savaşdan böyük cəbbəxana və zəngin döyüş təcrübəsi ilə çıxacaq PKK Türkiyə üçün əvvəlkindən daha ciddi təhdid mənbəyinə çevrilə bilərmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Almaniyanın
mövcud qərarı anlaşılandır və əgər İraq hökuməti PKK-ya yardım edibsə bu da başadüşüləndir. Çünki
bu məsələdə hər dövlətin öz marağı var. Iraq hökuməti hər vasitə ilə İŞİD-ə
qarşı müttəfiqlər tapmağa çalışır. Çünlki İŞİD-in ən çox təhlükə yaratdığı ölkələrdən
biri də İraqdır. PKK-nın bu döyüşdən böyük cəbbəxaha və döyüş təcrübəsi ilə
çıxmağına və bunun Türkiyə üçün vəd etdiyi təhdidə gəlincə, hesab edirəm ki,
bu, əvvəlki təhdidin miqyasından o qədər də fərqlənməyəcək. Şübhəsiz ki, bu təhdid
və təhlükə artacaq. Çünki bir var adi terror təşkilatı, türk hərbçiləri və ya
mülki sakinləri tələyə salıb öldürən terror qruplaşması, bir də var açıq döyüşlər
aparan, bir növ ordu strukturu kimi formalaşan terror təşkilatı. Bu baxımdan PKK
İŞİD-lə mübarizədən sonra təhdid mənbəyi olaraq
qalacaq və bu təhlükə güclənəcək. Lakin ümimilikdə PKK-nın Türkiyə dövlətini sarsıdacağını, ona
ciddi problemlər yarada biləcəyini düşünmürəm”.
Seymur
Əliyev