ABŞ-ın ölkədaxili təhlükəsizlikdən sorumlu dövlət katibi Ceh Conson rəsmi Vaşinqtonun terrorçu təşkilatlar siyahısına düşməsinə baxmayaraq PKK-ya xüsusi simpatiya ilə baxdıqlarını etiraf edib.
Moderator.az xəbər verir ki, dövlət katibi Konqresin Təmsilçilər Məclisinin daxili təhlükəsizlik komitəsi önündə hesabat verərkən konqresmenlərdən birinin sualına cavabən bu barədəki fikirlərini dilə gətirib.
Belə ki, konqresmen
Jason Caves dövlət katibinə bir xəbər eşitdiyini və bunun nə dərəcədə doğru
olub olmadığını öyrənmək istədiyini bildirib. J. Cavesin eşitdiyi məlumata görə,
bir müddət əvvəl 4 PKK-çı Amerika sərhədlərini keçərkən sənədləri yetərli
olmadığından ölkəyə alınmayıb. PKK-nın ABŞ tərəfindən terrorist təşkilat kimi
tanındığını bildirən konqresmeni narahat edən də elə budur. Belə çıxır ki, sənədləri
yetərli olsaydı bu terroristlər rahatlıqla ABŞ-a daxil ola bilərdilər.
Konqresmenin sualına
cavab verən C. Conson da bu faktı təsdiqləyib və PKK-nı terrorist təşkilat kimi
tanısalar da onun “əslində Şimali İraqda kürd bölgəsini müdafiə edən və İŞİD-ə
qarşı vuruşan” qüvvə olduğunu bildirib.