Millət vəkili Vahid Əhmədov Moderator.az-a açıqlamasında Qərbin sanksiyalarından ciddi əziyyət çəkən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı məsələsini şərh edib. V.Əhmədov yerli məhsulların Rusiya bazarına çıxmasının ölkəmizin maraqlarına xidmət etdiyini, lakin bütün hallarda daxili bazarın da qorunmasının zəruri olduğunu vurğuladı:
“Rusiyaya
qarşı tətbiq edilən sanksiyalar Ukrayna faktoru ilə bağlıdır. Lakin bir şeyi
unutmaq lazım deyil ki, Rusiya Ukraynanı işğal edə bilməz və bu sanksiyalar da əbədi
deyil. Bir müddətdən sonra bu sanksiyalar ortadan qalxacaq. Bu baxımdan mən
yaranmış şəraitin fürsət kimi dəyərləndirlməsi fikri ilə razılyam. Təbii,
qonşu dövlət kimi Rusiya ilə münasibətləri normal saxlamalı, bu ölkəyə məhsul
ixracımızı artırmalıyıq. Çalışmalıyıq ki, bizim fermerlərimizin istehsal etdiyi
məhsul bu bazarlara yol tapsın. Lakin bütün bunlarla yanaşı biz daxili bazarı
da qorumalıyıq. Bu da olduqca vacib amildir”.
Seymur
Əliyev