Xəbər lenti
13/11/2019 [06:55]:
Bakıda əziz Peyğəmbərimizin(s) mövludu münasibətilə futbol çempionatı keçirildi-FOTOLAR
13/11/2019 [01:00]:
"Tıxacın yaranmasında təhsil sisteminin də payı var" - Professorlar arasında polemika...
13/11/2019 [00:43]:
Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb?
13/11/2019 [00:40]:
"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
13/11/2019 [00:32]:
Lavrov haqqında esse müsabiqəsi və bir daha Paşinyanın nöqtəsi haqqında...
13/11/2019 [00:27]:
Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
13/11/2019 [00:15]:
“Facebook” onlayn ödəmə xidmətini işə salır
13/11/2019 [00:07]:
Çayları plastikdən təmizləmək üçün cihaz hazırlandı
12/11/2019 [23:31]:
Ceyhun Bayramov Fransaya gedib –Səbəb
12/11/2019 [23:29]:
Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü
12/11/2019 [23:25]:
Rusiyada Ebola virusuna qarşı peyvənd istehsalına start verilib –Baş nazir açılış edib
12/11/2019 [23:23]:
Ağ Ev Trampla Makronun telefon danışığı haqda açıqlama yaydı –Suriya ilə bağlı razılaşma olub
12/11/2019 [23:16]:
"BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb"
12/11/2019 [22:52]:
Məşhur aparıcı Bakıda 350 minə mənzil aldı
12/11/2019 [22:49]:
Professor gənc sevgilisinə 4 güllə vurdu
12/11/2019 [22:43]:
Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirib - FOTO
12/11/2019 [22:40]:
Təhsil eksperti onu qınayan iki xanım deputatı debata çağırdı: "Sübut etməyə hazıram..."
12/11/2019 [22:36]:
Məşhur repçini boğazından güllələdilər - VİDEO
12/11/2019 [22:32]:
Bəxtiyar Hacıyev verdiyi atmacalı suallarla Paşinyanı çətin vəziyyətə saldı - VİDEO
12/11/2019 [22:23]:
Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO
12/11/2019 [22:20]:
Laçınlı ananın hər kəsi təsirləndirən vətən həsrəti - VİDEO
12/11/2019 [22:19]:
Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi
12/11/2019 [22:17]:
250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib
12/11/2019 [22:06]:
32 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
12/11/2019 [21:54]:
Gömrük Akademiyasında Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
12/11/2019 [21:52]:
“Türk əsgərinin terrordan təmizlədiyi bölgələrə yardım karvanları göndərmək məqsədəuyğun olardı”
12/11/2019 [21:47]:
Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib
12/11/2019 [21:43]:
Azərbaycan Diaspor Könüllülərindən möhtəşəm aksiya...
12/11/2019 [21:37]:
ADNSU-da Konstitusiya Günü qeyd olunub
12/11/2019 [21:33]:
Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb
12/11/2019 [21:32]:
BDU-da 12 noyabr – Konstitusiya Günü qeyd edilib
12/11/2019 [21:14]:
Elm Tarixi İnstitutu 2019-cu ilə aid illik hesabatını təqdim edib - FOTO
12/11/2019 [21:09]:
Ölkəmizdə sosial xidmət mərkəzlərinin sayı bu il 3,5 dəfə artırılıb
12/11/2019 [20:57]:
Süngüsü ilə ölüm deyil, həyat bəxş edən ordu
12/11/2019 [20:35]:
Deputat: “İşləməyənlərin və aztəminatlı ailələrin tibbi sığorta məsələsi insanları narahat edir”
12/11/2019 [20:33]:
Mahsun Kırmızıgül yeni filminə 147 daun sindromlu uşaq çəkdi
12/11/2019 [20:29]:
Azərbaycan-BƏƏ 4-cü Ticarət Məclisi keçirilib
12/11/2019 [20:22]:
Nisə Qasımova: “Məndən ailə xanımı olmaz”
12/11/2019 [20:15]:
Qan yaddaşımızın “Söz aynası”
12/11/2019 [20:11]:
"Maaşların yüksək templərlə artırılması işinin davam etdirilməsini zəruri hesab edirik"
12/11/2019 [20:06]:
“ABŞ Suriya ərazisinin bir hissəsini qoparmaq istəyir”
12/11/2019 [20:02]:
Xalq artisti: "Arvad tez yatarsa, özünə ziyan edər"
12/11/2019 [19:54]:
Biləsuvarda 10 yaşlı uşağı avtomobil vurub
12/11/2019 [19:28]:
Əməliyyatla ombasını böyütdürən Röyanın indiki halı - FOTO
12/11/2019 [19:03]:
Əməkdar artist həmkarlarını biabır etdi: ““Hacı-bacı” mövzularını kənara qoyun” - VİDEO
12/11/2019 [19:00]:
YAP birinci qrup Qarabağ müharibəsi əlili üçün ev tikəcək
12/11/2019 [18:39]:
"Qarabağ siyasətimizə yenidən baxmalıyıq"
12/11/2019 [18:37]:
ABŞ təmas xəttində müşahidə cihazları yerləşdirəcək?
12/11/2019 [18:35]:
Prezident: " Qara Dəniz Ticarət və İnkişaf Bankı BTQ, TAP, TANAP layihələrinin genişləndirilməsində iştirak etməyə hazırdır"
12/11/2019 [18:34]:
"Azərbaycan dəmir yolları sahəsindəki islahatlar hər bir vətəndaşı məmnun edir"
12/11/2019 [18:30]:
Mehriban Əliyevadan paylaşım: “Təbiət naminə birləş, Həyat naminə birləş!” - VİDEO
12/11/2019 [18:24]:
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
12/11/2019 [18:01]:
Azərbaycanda müğənninin evindən pul oğurlanıb
12/11/2019 [17:59]:
“Əvəzsiz sərvətlərimiz işğalçılar tərəfindən talan edilib…” – GÖVHƏR BAXŞƏLİYEVA
12/11/2019 [17:50]:
Əli Məsimli: "ARDNF-dən büdcəyə transfertlər azaldılmalıdır"
12/11/2019 [17:46]:
Naxçıvan MR-in Qaz İstismar Xidmətinə rəis təyin olunub
12/11/2019 [17:43]:
Müsavat Partiyasının başqanı sərbəst buraxılıb - YENİLƏNİB
12/11/2019 [17:42]:
Azərbaycan Ordusunun Naxçıvandakı qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib - VİDEO
12/11/2019 [17:39]:
“Erməni telekanallarıyla bizim telekanalları müqayisə edəndə, biz çox geridə qalırıq...”
12/11/2019 [17:28]:
Azərbaycanda ağır qəza: “Mercedes” yola çıxdı, “Niva” “KamAZ”a çırpıldı - ANBAAN VİDEO
12/11/2019 [17:23]:
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər - FOTOLAR
12/11/2019 [17:18]:
"Ermənistanda əhalinin narazılığı artdıqca hərbi xərcləri azaltmağa məcbur olacaqlar"
12/11/2019 [17:15]:
"Ana itkisini indi yaşadım, o qədər ağladım..." - VİDEO
12/11/2019 [17:11]:
Zakir Həsənov əməliyyat təlimləri ilə bağlı müşavirə keçirdi - VİDEO
12/11/2019 [17:07]:
Ramiz Mehdiyev kadr dəyişikliyi ilə bağlı sərəncam imzaladı - FOTO
12/11/2019 [17:02]:
Deputat tibbi sığorta ilə bağlı məsələ qaldırdı: “Onların aqibəti necə olacaq?”
12/11/2019 [17:01]:
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
12/11/2019 [16:57]:
"Lavrovun və Azərbaycan XİN-nin bəyanatı işğalın uzun müddət davam etməsinə xidmət edir"
12/11/2019 [16:52]:
Allahşükür Paşazadənin qızı: “Atamın tövsiyəsi ilə həkim oldum”
12/11/2019 [16:50]:
Bakı Şəhər Baş Polis İdarəsi Müsavatın piket cəhdi ilə bağlı açıqlama yayıb
12/11/2019 [16:47]:
“Bu gün valideynlər uşaqlarına repetitor tutmağa məcburdurlar, amma sistem dəyişəndə..."
12/11/2019 [16:46]:
"Nə hadisə baş verib ki, onlar piket keçirirlər?"
12/11/2019 [16:44]:
Erməniləri qorxudan səbəb: "Azərbaycan diasporu burada çox güclüdür, onlardan çəkinirik"
12/11/2019 [16:43]:
“Azərbaycan nəqliyyat layihələrindən həm siyasi, həm də iqtisadi dividendlər götürəcək”
12/11/2019 [16:38]:
"Antimilli və rəzil olmuş qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz"
12/11/2019 [16:25]:
İmişlidə “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində gənclərlə görüş təşkil edilib
12/11/2019 [16:15]:
İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşdü - FOTO
12/11/2019 [16:10]:
ABŞ-ın daha bir ştatı Qarabağın “müstəqilliyi”ni tanıdı
12/11/2019 [16:10]:
"Lavrov əvvəlki formatı bərpa etməklə özünə doğma ermənilərə xidmət göstərmək istəyir"
12/11/2019 [16:08]:
Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO
Bütün arxiv bir sırada
08/10/2014 [00:15] - Köşə - ( 2888 dəfə baxılıb)

Ölü demokratiya

Elçin Mirzəyev

Azərbaycanda demokratik islahatların aparılmasının zəruriliyi, insan haqları və azadlıqlarının boğulması cəhdlərinin qarşının alınması və s. kimi məsələlərin uzun illərdir ki, ictimai-siyasi müstəvidə əsaslı surətdə müzakirə edildiyi məlumdur. Halbuki, ölkəmizdə demokratiyanın təntənəsi istiqamətində ölkə iqtidarının həyata keçirdiyi kompleks tədbirlər, qanunvericilik bazasında aparılan köklü dəyişikliklər və qanunların işləməsini təmin edən sərt və şəffaf nəzarət sistemi Azərbaycanda demokratiyanın nəinki yoxluğundan, hətta hansısa çatışmazlığından belə şikayətlənməyə əsas olmadığını göstərir. Lakin buna baxmayaraq, hər zaman olduğu kimi bu gün də bəzi qüvvələrin demokratiyanın vəziyyəti ilə bağlı öz narazılığını dilə gətirməsi, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirməsi müşahidə edilir ki, bu da müxalifət və bütövlükdə xalqın böyük kəsiminin hakimiyyətin uğurlarına olan qərəzindən xəbər verir.

Ümumiyyətlə, kim ki, Azərbaycanda demokratiyanın mövcud olmadığını söyləyir, kim ki, hakimiyyətin insan haqq və hüquqlarına qəsb etdiyini, vətəndaş azadlıqlarını məhdudlaşdırdığını söyləyir, bununla da  özünün hədsiz riyakarlığını ifşa etmiş olur. Çünki Azərbaycanda demokratiyanın, həm də bütün dünyaya örnək olacaq demokratiyanın mövcudluğu dənizin maviliyi, günəşin hərarəti, səmanın sonsuzluğu qədər aydın bir həqiqətdir.

Bəli, Azəbaycanda cəmiyyətin, dövlət və idarəetmə sisteminin bütün sahələrini əhatə edən aşkar, inkaredilməz demokratiya mövcuddur. Lakin bu, hər kəsin şərhsiz də başa düşdüyü sıradan, ənənəvi demokratiya deyil. Bu, sözün həqiqi mənasında qara demokratiyadır. Bu, varlının kasıb,  güclünün zəif, məmurun xalq, haqısızın haqlı, günahkarın günahsız, oğrunun doğru, yalanın həqiqət, cinayətin qanun üzərindəki demokratiyasıdır. Bu, elə bir demokratiyadır ki, siz bu demokratiyanın yazılmayan, amma həyata çoxdan vəsiqə alan prinsiplərini əsas götürərək törətdiyiniz istənilən cinayətə haqq qazandıra, hətta buna görə təltif də ala bilərsiniz. Siz qara demokratiyanın pul və mənsəb sahiblərinə tanıdığı sonsuz səlahiyyətlərdən faydalanaraq bütün bir toplumla kralın təlxəklə rəftar etdiyi kimi rəftar edə, onu ən gülməli və təhlükəli əyləncələrinizə alət edə bilərsiniz. Siz bu demokratiyanın köməyi ilə özünüzün qanun və əxlaqa zidd olan elə istəklərinizi reallaşdıra bilərsiniz ki, bu istəkləri dünyanın heç bir ölkəsində - demokratiya beşiyi sayılan ABŞ-dan tutmuş polisi cinayətkardan seçilməyən vəhşi Kolumbiyaya qədər heç bir guşəsində gerçəkliyə qovuşdura bilməzsiniz.

Bəli, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan demokratik ölkədir. Burada hər kəsin istədiyi fikri dilə gətirməsi, istədiyi məsələ ilə bağlı öz narazılığını dilə gətitrməsi mümkündür. Qara demokratiya buna etiraz etmir, əksinə insanlara bütün bu azadlıqları verməklə öz mövcudluğunu təsdiqləmiş olur. Lakin əgər sizin haqlı olduğunuzu sübut edəcək qədər gücünüz yoxdursa və bu səbəbdən əzilən, təhqir edilən tərəf olduğunuz halda sizi döyən, haqqınızı qəsb edən tərəfə kompensasiya ödəmək, ondan üzr istəmək məcburiyyəti qarşısında qalmısınızsa, bu demokratiyanın günahı deyil. Madam ki, siz demokratiya ilə bağlı yanlış təsəvvürlərlə silahlanmış halda rüşvət verməli olduğunuz nöqtədə “qanun” deyə çığırırsınızsa, pulun aça biləcəyi qıfılları ədalətin zərif barmaqları ilə açmağa çalışırsınızsa, bu, demokratiyanın deyil, sizin özünüzün nöqsan və çatışmazlığından xəbər verir.

Odur ki, ədalətli olun. Azərbaycanda denokratiyanın yoxluğu ilə bağlı qərəzli təbliğat aparmağı dayandırın. Gerçəyi qəbul edin və demokratiyadan faydalanmaq, onun yeni, Azərbaycan mühitinə uyğunlaşdırılan prinsipləri ilə işləməyi öyrənin. Birdəfəlik bilin ki, dünya demokratiyasının uzunmüddətli tərəqqi prosesinin yekunu olaraq meydana çıxan Azərbaycan demokratiyası yalnız o şəxslərin hüququnu tanıyır ki, onların ölkə qanunlarına təsir gücü qanunların onlara təsir gücündən qat-qat çoxdur. Əgər siz yetərincə güclü deyilsinizsə, əgər sizin milyonlarla pulunuz, tonlarla qızılınız yoxdursa, əgər çiyninizdə general paqonu, cibinizdə nazir vəsiqəsi daşımırsınızsa, əgər bütöv bir ömrü yalnız halal zəhmətlə, sıradan bir zəhmət adamı  kimi keçirmisinizsə, deməli baş verənlərin bütün məsuliyyət sizə məxsusdur. Ona görə də, Azərbaycanda demokratiyanın yoxluğu ilə bağlı gərtəksiz hay-küy salmaqdan, ölkə iqtidarına qara yaxmaqdan əl çəkin. Ləyaqətli olun və qara demokratiya qarşısında hörmət hissi ilə baş əyin. Madam ki, sizi özünə əsir edən bu demokratiyadan xilas ola bilmirsiniz, madam ki, nifrət etdiyiniz sistemin adi, idarəolunan tərkib hissəsiniz, madam ki, dünən də, bu gün də həyatınıza cinayətkar hesab etdiyiniz insanlar qərar verir və sizin bu qərara etiraz etmək, bu yolda ölmək cəsarətiniz yoxdur, o zaman sadəcə ehtiramla baş əyin.

 

Elçin Mirzəyev

loading...
loading...
"Qarabağ siyasətimizə yenidən baxmalıyıq"
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
Həmvətənimiz Ukraynada bayrağımıza qarşı biganəliyə etirazını bildirdi - VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tıxacın yaranmasında təhsil sisteminin də payı var" - Professorlar arasında polemika...
Gündəm
“Türk əsgərinin terrordan təmizlədiyi bölgələrə yardım karvanları göndərmək məqsədəuyğun olardı”
Cəmiyyət
“Erməni telekanallarıyla bizim telekanalları müqayisə edəndə, biz çox geridə qalırıq...”
Gündəm
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Cəmiyyət
“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247