Xəbər lenti
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
Əvvəl anasına baxıb qızı alırdılar, indi atasının cibinə baxırlar…
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” — “Hörmətli general “beşinci kolon” məsələsi ilə bağlı öz işlərini görür”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
12/08/2020 [09:14]:
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
12/08/2020 [09:11]:
Çin lideri vətəndaşları yeməyə qənaət etməyə çağırdı
12/08/2020 [09:10]:
Qardaşının üzərinə kimyəvi maye tökərək yandırdı – VİDEO
12/08/2020 [09:05]:
Ukraynada koronavirusun ikinci dalğası başladı
12/08/2020 [08:46]:
“Koronavirus, nəhayət,  dekabrda tarixə dönəcək…”
12/08/2020 [07:43]:
Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi...
12/08/2020 [07:03]:
"Doğrudanmı biz hesab edirik ki, ulu əcdadımız Həzrət Adəm yox,  meymundur?.."
12/08/2020 [02:08]:
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
12/08/2020 [01:56]:
Avropa "Batya"nı sanksiyalarla hədələdi: "Belarusla münasibətlərə yenidən baxılacaq..."
12/08/2020 [00:09]:
Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
11/08/2020 [23:55]:
"Qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib"
11/08/2020 [23:52]:
“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq"
11/08/2020 [22:45]:
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi
11/08/2020 [22:19]:
Belarusda iki mindən çox insan saxlanılıb
11/08/2020 [22:17]:
Avtomobil sığortası olmayan sürücü qəza törətdi
11/08/2020 [22:05]:
Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək
11/08/2020 [22:04]:
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
11/08/2020 [22:01]:
Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib - FOTO
11/08/2020 [21:58]:
Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi - FOTO
11/08/2020 [21:28]:
ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz adlandırdı
11/08/2020 [21:24]:
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
11/08/2020 [21:05]:
"Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb"
11/08/2020 [20:52]:
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
11/08/2020 [20:31]:
Tixanovskaya Litvaya qaçdı, Lukaşenko isə hələlik vəziyyətə tam nəzarət edə bilmir...
11/08/2020 [20:27]:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
11/08/2020 [20:19]:
“Onlar ölkəmizdəki bu bazanı NATO bazası hesab edəcək və ilk zərbəni ona endirəcəklər”
11/08/2020 [20:11]:
Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı
11/08/2020 [19:59]:
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
11/08/2020 [19:58]:
“Türk bazaları  Azərbaycanda etnik separatizmin birdəfəlik gömülməsi deməkdir...” 
11/08/2020 [19:55]:
Canel Nəcəfli beynəlxalq müsabiqədə liderliyini qoruyur
11/08/2020 [19:48]:
Rusiya Ermənistanı Azərbaycana qarşı silahlandırır: Kreml Cənubi Qafqazda gərginliyi yüksəldir
11/08/2020 [19:30]:
Serbiya prezidenti hamıdan əvvəl Rusiya peyvəndini vurdurmaq istəyir
11/08/2020 [19:25]:
Slovakiyanın rus diplomatları ölkədən qovan baş naziri: “Biz sizin üçün banan ölkəsi deyilik”
11/08/2020 [19:07]:
Əqli qüsurlu qadının yaxınları axtarılır
11/08/2020 [19:04]:
Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb
11/08/2020 [18:59]:
AQTA daha 58 obyektdə qayda pozuntuları aşkarlayıb
11/08/2020 [18:50]:
“Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11/08/2020 [18:49]:
Çempionlar Liqasında final mərhələsi başlayır
Bütün arxiv bir sırada
02/10/2014 [10:53] - Köşə - ( 5636 dəfə baxılıb)

DƏYİŞİM KABUSU

Fazil Mustafa

Qohum, dost, iş yoldaşı və ya qonşu ilə ünsiyyətə başlarkən verdiyim ənənəvi suala bir çox hallarda aldığım ən yayğın cavabdan başlamaq istəyirəm. Bu kateqoriyadan olan insanlarla ünsiyyətim adətən aşağıdakı sualla başlar: “Nə var, nə yox!” Cavab nədənsə əksər hallarda arzuladığım kimi olmur: “Sağ ol, dəyişən bir şey yox!” “Dəyişən bir şey yox!” ifadəsi yalnız suala qarşı nəzakətli üslub ortaya qoymaq və ya real vəziyyəti göstərmək üçün səslənmir, sadəcə cavab verənin içimini, mahiyyətini, arzusunu qabarıq göstərir. Bu, sıradan bir düşüncə mühafizəkarlığı deyil, düşüncənin paslanmasıdır, durğunluğa olan izahedilməz bir sevgidir. Dünyada texnoloji dəyişim Qərb insanı üçün hər an, hər gün “Dəyişən bir şey olmalıdır!” imperativi ilə hərəkət istiqaməti müəyyənləşdirdi. Dünən və bu gün arasında ən azı fizioloji dəyişikliyə uğrayan insan, düşüncə dəyişikliyini də bir vəzifə borcuna çevirməyə başladı. Şərq aləmində isə, əsas etibarilə fizioloji dəyişimdən, qocalmadan o tərəfə bir hərəkətlənmə müşahidə olunmadı.

Siyasətdən, dindən başlamış tarixə baxışa qədər, insana münasibətdən tutmuş millətə və dövlətə baxışa qədər, addım-addım dünənki bir çox görüşlərimi dəyişdim. Artıq əvvəlki kimi aşırı milliyətçiliyin insana faydası olmadığını, fərdin hüquqlarından başlamayan hansısa dəyərin gec-tez iflasa uğrayacağını, insana da, vətənə də, millətə də xidmətin Yaradanın rizasını qazanmaq üçün edilməsinin zəruriliyini dərk etdim. Biri əqidəmi çək-çevir etdi, biri keçmişdəki sözlərimi, biri mövqeyimi xəyanət kimi tanıdı, ancaq hər dəfə öz bildiyim, inandığım kimi, istədiyim kimi, heç nəyə aldırmadan yeniliyə doğru dəyişdim. Çünki problemlərinin böyük əksəriyyəti çözülməmiş bir cəmiyyətin dəyişməsi üçün, hər bir fərdin özünün düşüncəsinin, baxışlarının çağın tələbinə uyğun dəyişməsinin qaçınılmaz olduğunu anlamışdım. Bəlkə də bu xarakterimə görə, Avropada, Türkiyədə, Rusiyada rast gəldiyim azərbaycanlılardan soruşduğum birinci sual bu olur: “Bu cəmiyyət səni dəyişdimi?” Çünki bizlərdən fərqli olaraq burada insanın düşüncəsinin yeniləşməsini əngəlləyən elə bir ciddi faktor görünmür. Burada əksinə, həm dəyişmək, həm də dəyişməmək üçün də ən münbit şərait var və işləmədən belə sosial müavinət sistemi ən yazıq, statik insanı belə, qorumaq gücünə sahibdir. Bununla belə, yaşadığı ölkənin yazılmış və yazılmamış qaydalarını kəşf edərək, burada nüfuz sahibinə, mülkiyyət və peşə sahibinə çevrilən hər bir azərbaycanlıya fəxrlə baxmağa dəyər, deyə düşünürəm. Bu minvalla xaricdə yenicə tanış olduğum azərbaycanlıdan hansı sahədə ixtisaslaşdığını dərhal soruşuram və dəyişən, yeni mühitə dərhal adaptasiya olunan həmvətənlərimə xüsusi sayğı göstərirəm. Artıq onun ideoloji, siyasi cinahı zərrə qədər məni maraqlandırmır, sadəcə Almaniyada, Fransada, Türkiyədə, Lüksemburqda, Rusiyada faydalı bir insana çevrilib-çevrilməməsi faktı insanı daha çox cəlb edir. 
Öncədən söz verdiyim kimi, qısa bir girişdən sonra bu yaxınlarda dilçi-siyasətçi Kamil Vəlinin ahıllıq çağında yazdığı məlum təhqiramiz yazısına burada epizodik bir münasibət bildirməyi zəruri sayıram. Ona görə yox ki, həmin yazıda şəxsimi hədəf alan hansısa konkret məqamlar vardı. Əksinə, adətən bizdə insanlar adlarının çəkilmədiyi, ancaq hədəfə alındıqları yazıları görməzdən gələrək, mübahisəyə girməkdən çəkinməyə üstünlük verirlər. Səmimi deyim ki, həmin yazıdakı müxalifətin dəyərləndirməsini, qeyri-ədəbi, söyüş üslubunu da sakit qarşılayıram. Çünki hər bir siyasi kimlik daşıyıcısı olan insan, bu gün iqtidarı də, müxalifəti də doğru-yanlış təsnifləndirə bilər, mənasız bir söz oynatma müqayisəsində kimisə əl-müxalifət, kimisə əl müxalifəti kimi görə bilər. Bu ittihamlar bəlkə də o adamları əsəbləşdirə bilər ki, onlar üçün müxalifət adlanmaq həyati əhəmiyyət daşıyır və bu statusu zədələyəcək bütün hücumlarıı dəf etməyi özünə borc bilir. Bizim düşüncəmizə görə, bu günün Qarabağın itirildiyi, hüququn aliliyiyinin ən uca dəyərə çevrilmədiyi bir Azərbaycanda kiminsə iqtidarda olması ilə müxalifətdə olması arasında mənəvi həzz baxımından heç bir fərq yoxdur. Mənim rəhmətlik nənəmin vaxtilə dediyi sözün qüvvəti, biri çox yediyinə görə ayaqyoluna iki dəfə gedir, digər az yediyinə görə bir dəfə gedir. Bu gün Ukrayna hadisələrindən sonra ən cahil adama də bəlli oldu ki, müstəqilliyi tam təminat altında olmayan ölkələrdə aşırı iqtidar lovqalığı də, aşırı barışmaz müxalifətçilik qüruru da bir işə yaramaz. Vətən parça-parça olandan sonra kiminsə öz əqidəsinin bötüvlüyündən bəhs etməsi pafosdan başqa bir şey ifadə etməz. Demokratiya uğrunda mübarizə şüarının da cəmiyyətdə necə rezonans yaratdığını xüsusi izah etməyə də artıq lüzum qalmamış. Dünyada kimin hansı prinsiplərin müdafiəçisi olduğunu ayırd etmək də xeyli mürəkkəbləşib. Artıq hər kəs, ABŞ-ın da demokratiyanın müdafiəçisi olması barədə şüarlarını gülüşlə qarşılayır, guya İslam prinsiplərinin müdafiəçisi kimi özünü təqdim edən İŞİD-ın da törətdiyi vəhşiliyin necə anti-İslam mahiyyət daşıdığını görür, Avropa Birliyinin də iqtisadi maraqları üçün Rusiyanın işğalçı siyasətinə necə yumşaq münasibət ortaya qoymasının səbəbini rahat anlayır. Azərbaycanda demokratiyanın olmasını tələb edən dünyanın onlarla böyük beynəlxalq təşkilatı var, ancaq illərdir Avropanı, ABŞ-ı dolaşıram, inanın, məmləkətimizdə demokratiyanın olmasını səmimi şəkildə istəyən hansısa təşkilata, dövlətə rast gəlmədim. Hamının tələbinin altından bir Qarabağ itkisini görürsən, iqtisadi pay tamarzılığını görürsən. O zaman ağlı başında olan hansısa vətənsevərin, insansevər demokratın, üzünü öz cəmiyyətinə doğru tutaraq, onun düşüncəsinin demokratikləşməsinə çalışmasından başqa bir yolu qaldığını görmürsən. 
Məhz mənim də həmin yazıya cavab verməyimi zəruri edən sadəcə aşağıdakı məqamdır: İllər keçməsinə baxmayaraq, Azərbaycan müxalifətində ahıl yaşlı və elm adamı statusunu qabardan bir şəxsin ittihamının əsas motivi yenə də dəyişimə qarşı etirazdır. Və bu etirazı da, əxlaq, namus, əqidə, iman kimi terminlərin altında bəyan edir. İttihamın da əsas sualları budur ki, niyə əvvəlki illərdəki kimi eynisini düşünmürsünüz, niyə iqtidara münasibətiniz bizimki kimi deyil, niyə tutuquşu kimi iyirmi beş il öncə söylədiklərinizi təkrarlamırsınız? 
Ələbəttə, otuz il öncəki dünyanın texnoloji dəyişimini kimsə inkar edə bilməz. Azərbaycanda hansısa evi mobil telefonsuz, bilgisayarsız, internetsiz təsəvvür etmək olmur. Həmi texnoloji dəyişim siyasətin mövcud olduğu məkandan fərqli bir yerdə baş vermir ki?.. Siyasətdə də ən başlıca faktor, ən ciddi tələb dəyişimdir. Xüsusilə də bizim kimi başdan-ayağa problemlərlə dolu bir regionda və ölkədə formal da olsa hakimiyyətə gəlmək iddiası ortaya qoyan siyasətçilər üçün bu dəyişim qaçınılmazdır. 
Əlbəttə, dəyişməyən davranışlar da var siyasətdə. Fikrimcə, dəyişməyən davranışlara əxlaqı, mərdliyi, məsuliyyəti aid etmək doğru olardı. Hamıya tanış simalardan gətirəcəyim nümunələrə diqqət yetirin. Əbülfəz Elçibəyin siyasət düşüncəsində müəyyən yanlışlıqlar görə bilərsiniz. Ancaq atdığı elə mərd addımlar var ki, bunlar siyasətüstü qiymət tələb edir. Xatırlayıram, Dudayevin xahişi ilə xaricə çıxış üçün Azərbaycan təyyarəsini Rusiya xəbərdarlığına rağmən, ona vermişdi. Xatırlayıram, iqtidardan getməsində ən ciddi rol oynamış Rəhim Qazıyevin məhkəmə prosessi zamanı onun vəkili Həqiqət xanımla Kələkidəki evində görüşünü. Vəkil yüz min manatdan atrıq bir vəsaitin silah alınması üçün xərclənməsindən prezidentin xəbəri olub-olmadığının yazılı təsdiqini xahiş edirdi ki, bu ittiham müttəhimin üzərindən götürülsün. Əbülfəz bəy, hansısa düşmənçilik duyğusuna qapılmadan, yazılı şəkildə təsdiqlədi ki, belə bir vəsaitdən xəbəri olub. Bunun adına da mərdlik deyə bilərsiniz.
Yaxud Əbülfəz bəy xəstə olanda Heydər Əliyev birbaşa xəbər gündərdi ki, harada, necə istəsə müalicəsi üçün hər şeyi etməyə hazıram. Eləcə də Nəcəf Nəcəfovun müalicəsini üçün atdığı adddımlar. Bunun da adına mərdlik deyə bilərsiniz.
Son dövrlərdə prezident İlham Əliyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə hakimiyyətdən gedəndən sonra göstərdiyi münasibəti də məhz mərdlik kateqoriyasına aid edirəm. Öz ölkəsində həbs olunmaq təhlükəsi yaşayan sabiq prezident dar məqamında belə bir münasibəti bəlkə də heç gözləmirdi. Mülki geyimdə, şəxsi arabası ilə gəldiyi Azərbaycanda Gürcüstan hakimiyyətinin narazılıq etmə ehtimalı da gözardı edilərək, necə hörmətlə qarşılandığını gördük.
Ancaq namərdlik nümunələri də az deyil. Elçibəyin əleyhinə kiminsə çıxmasına hər zaman siyasətin qaydaları içində baxmağa çalışmışam. Hamı borclu deyildi ki, onun hər bir siyasi görüşünü paylaşsın. Ancaq onun xəstə vaxtında, jurnalistlərə şəxsən diqtə edib əleyhinə iyrənc yazıları yazdırmağın adı da namərdlik idi. Hakimiyyətin bütün üzvlərinin istefa verib getdiyi bir vaxtda, bu gün sədaqət simvolu kimi özünü təqdim edən ahıl bir siyasətçi-alimin yeni hökmdarın mərhəmətinə ümid edərək kreslosundan yapışmasının da adı namərdlik idi. Ona görə də bu cür müqayisələrin davam etməsi, əslində sədaqət, əxlaq, namus iddiaçılarının daha pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Və ən acınacaqlısı da budur ki, Azərbaycanda elmi dəyəri olmasa da, elmi titulları olan şəxslər özündənmüştəbeh cavablar verməkdən zərrə qədər utanmırlar. İrad bildirənlərə dərhal cavab verirlər ki, sənin ağırlığın qədər mənim kitablarım var. Yaxud da mən filankəslə tanış olandə sən aşırmalı şalvar geyirdin. Nədənsə Azərbaycanda xeyli titul sahibi var ki, yazdığı kitabları kiloqramla təqdim edirlər. Halbuki otuz-qırx illik maklaturanın içindən faydalı, orijinal, yadda qalan bir cümlə, bir fikir belə təqdim etmək iqtidarında deyillər.
Bu gün bizlərin iqtidarçılığı da, müxalifətçiliyi də Azərbaycanı gözləyən təhlükələr fonunda elə bir ciddi imtiyaz və ya hansısa fəxarət ifadə etməz. İnanın ki, fikir, düşüncə, mənəvi dəyərlər baxımından cəmiyyətimizin geriliyinin tək səbəbi dəyişimə qarşı hətta Avropanı, Amerikanı, Türkiyəni görüb-gəlmiş az-çox savadlı adamların da aqressiv, barışmaz bir davranış sərgiləməsidir. Müdriklərdən birinin hikmətli cümləsini xatırlayıram: Fikirlərini heç dəyişdirməyən kimsələr, gerçəklikdən çox, özlərini sevənlərdir. İndi özünü sevən azərbaycanlıları gerçəkliyə baxmağa istiqamətləndirən bir siyasət anlayışına tələbat var. Gerçəklik isə İraqdır, Liviyadır, Misirdir, Suriyadır, Ukraynadır və başqa-başqa eşitdiyimiz, duyduğumuz məkanlardır. Özümzü sevməyin əleyhdarı deyiləm, ancaq gerçəklikləri görməzsək, sevməyə özümüzü belə tapmaya bilərik.
Bir daha bildiyiniz sualı təkaralayıram: “Nə var, nə yox?” Cavab istəmirəm, sadəcə cavab üzərində düşünməyiniz yetərlidir...

loading...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
Cəmiyyət
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."
Gündəm
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR

Yazar
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247