Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər - FOTOLAR
Oxunub: 2775
01 Oct 2014 | 19:25
Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər -  FOTOLAR
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü - növbəti peşə bayramını təntənəli şəkildə qeyd edib.

Moderator.az - ın məlumatına görə,bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Prokurorluq işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr ”“ Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya çıxan aktual problemlərlə bağlı elmi-praktiki konfrans keçirilib.

Konfransda ölkəmizdə səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki Limanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransı açan Baş prokuror Zakir Qaralov prokurorluq işçilərinin peşə bayramı gününü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini vurğulayıb. Əvvəllər adi bir iş günü kimi yaşadığımız 1 oktyabr tarixi ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamından sonra bizlər üçün gözəl bir bayram gününə çevrilib.

Baş prokuror ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqının təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, digər dövlət təsisatları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir, demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində cəmiyyətdə statusuna uyğun yerini tutduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf

konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.

Baş prokuror bildirib ki, ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində həyata keçirilən mütərəqqi islahatlar, əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında bir dövlət qurumu kimi mühüm vəzifələr qoyub. Prezident cənab İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər intensivliklə davam etdirilir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 624 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 58 faizini təşkil etməsi, sentyabrın 30-da növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 71 gənc mütəxəssisin andiçmə mərasiminin keçirilməsi və onların prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcək.

Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi onun prokurorluğun fəaliyyəti ilə bağlı müəyyən etdiyi standartları həyata keçirmək üçün bizə yeni imkanlar yaradıb. Dövlətimizin başçısı tərəfindən göstərilən böyük etimadın təzahürü olan bu mühüm sənəd prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirən proqram kimi hazırda da əhəmiyyətli rol oynayır, planlaşdırılan bütün islahat tədbirlərimizin fundamental əsasını təşkil edir.

Diqqətə çatdırılıb ki, ötən müddətdə prokurorluq digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Prokurorluğun hüquq mühafizə orqanları ilə düzgün qurduğu qarşılıqlı əlaqə kriminogen duruma səmərəli nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz

hədlərdə saxlamağa imkan verib. Birgə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Baş prokuror deyib ki, bölgələr üzrə müşavirələr keçirilməklə, kriminogen durumun sabitləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, separatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, mütəşəkkil cinayətkarlıq, habelə digər təhlükəli təzahürlərin qarşısının alınması və aradan qaldırılması üçün prokurorluq orqanlarının səlahiyyət hədləri daxilində zəruri tədbirlər həyata keçirilməlidir.

Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkədə korrupsiya cinayətlərinə qarşı sistemli mübarizə gücləndirilib. İxtisaslaşdırılmış prokurorluq orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin normal fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, əməkdaşların sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər islahat tədbirləri bu qurumun işinin daha da təkmilləşdirilməsinə gətirib çıxarıb. İşini ictimai nəzarət altında və aşkarlıq şəraitində quran Baş İdarə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, korrupsiya hallarına qarşı bundan sonra da kəsərli mübarizə aparacaq.

Qeyd edilib ki, bu sahədə işin səmərəliliyinin daha da artırılması məqsədilə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünün qarşısının alınması və onu doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, cinayət işlərinin istintaqının keyfiyyətinin artırılması, əməliyyat-axtarış fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühitinin yaxşılaşdırılması və görülmüş işlər barədə geniş ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin olunmalıdır.

Müasir dövrün ən aktual məsələlərindən birinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi olduğunu vurğulayan Baş prokuror ötən müddətdə prokurorluq orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırıldığını bildirib.

Diqqətə çatdırılıb ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır, müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülür.

Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının fəaliyyətində yol verilən nöqsanlardan da danışaraq bu çatışmazlıqların tezliklə aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarını verib.

Sonra Baş prokurorun birinci müavini Rüstəm Usubov “Cinayətkarlığa qarşı mübarizə və ibtidai istintaqın aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi çərçivəsində prioritetlərə nail olunmasının əsas istiqamətləri” mövzusunda çıxış edib. R.Usubov çıxışında bu sahədə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin cinayət işlərinin, xüsusilə ağır cinayətlərlə bağlı işlərin aparılmasında müsbət dəyişikliklərin əldə olunması ilə nəticələndiyini diqqətə çatdırıb.

Baş prokurorun müavini ”“ respublika hərbi prokuroru Xanlar Vəliyev “Hərbi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsinin təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər” mövzusunda çıxışında görülmüş tədbirlər sayəsində əvvəlki dövrdə qeydə alınan cinayətlərin sayında azalmanın müşahidə edildiyini diqqətə çatdırıb. X.Vəliyev istintaqın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə kriminalistika şöbəsinin fəaliyyətinin genişləndirildiyini vurğulayıb.

“Yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların qiymətləndirmə meyarlarının müəyyən edilməsi, kadrların rotasiya siyasəti və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr” mövzusunda çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov deyib ki, 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində keçirilmiş 13 müsabiqə nəticəsində prokurorluq orqanlarına 627 gənc hüquqşünas işə qəbul edilib ki, bu da ümumi əməkdaşların 58 faizini təşkil edir. Diqqətə çatdırılıb ki, İKT-nin tətbiqi istiqamətində Baş Prokurorluqda geniş tədbirlər planı hazırlanaraq həyata keçilib.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev “Korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq təşəbbüslər” mövzusunda çıxış edərək bildirib ki, 2003-cü ildən ötən dövrdə Azərbaycan nəinki korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub, həmin konvensiyaların müddəalarını öz qanunvericiliyinə implementasiya edib. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müasir qanunvericilik bazasının yaradıldığını vurğulayan K.Əliyev bu sahədə yaradılan mükəmməl ixtisaslaşmış qurumların, xüsusən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin digər ölkələrə nümunə kimi qiymətləndirildiyini bildirib.

Sonra Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

Konfransa yekun vuran Z.Qaralov həmişə dövlətçilik ideyalarına sədaqəti ilə seçilən və fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən prokurorluğun kollektivinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası və mütərəqqi islahatların reallaşdırılması istiqamətində səylərini artıracağına, ölkədə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin, milli maraqların hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı barışmaz mübarizə və insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün mümkün tədbirlərin görülməsini təmin edəcəyinə əminliyimi bildirib.

Konfransın yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.

Sonda Türkiyə Ali Hərbi Məhkəməsinin nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan şəraitlə tanış olub
Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər -  <i style=FOTOLAR" src="//moderator.az/fotobaza/original/2267.jpg">Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər -  <i style=FOTOLAR" src="//moderator.az/fotobaza/original/2268.jpg">Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər -  <i style=FOTOLAR" src="//moderator.az/fotobaza/original/2269.jpg">Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər -  <i style=FOTOLAR" src="//moderator.az/fotobaza/original/2270.jpg">
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib