Laqeydlik,
biganəlik, özü-özünə qənim kəsilmə, mənəm-mənəmlik davası, material düşgünlük,
milli yaddaşsızlıq, tarixi unutqanlıq millətimizi içdən sarsıtdığı kimi, çölümüzdə pusquda duran düşmənə də bizi
asanlıqla məhv etmək planları çızmağa xidmət edir...
Heç nə- nə
torpaq itkisi, nə paralanmış Vətən, nə
bir milyondan artıq qaçqınlıq zəlaləti, nə zənginlik içində yaşanan rəzalətlər,
nə var-dövlətin artması, nə kasıbçılığın son həddə çatması, nə ah-nalələr-fəryadlar,
nə zülmün ərşə dirənməsi, nə beynəlxalq təhdidlər, nə milli varlığını itirmək
qorxusu halımızı dəyişmir, bizi insan olmağa, bir-birindən güc almağa imkan
vermir.
Daşı daş üstə
qoyub binalar ucaltmaqdansa, dadlayıb binalar dağıtmağın anlamı nə?! Millətə
qucaq açmaqdansa, haqqa açılan əlləri pərişan etməyin anlamı nə?! Bir-birinə
dayaq olmaqdansa, bir-birinə qəbir qazmağın anlamı nə?!
Özündən qaçanlara,
millətinə yadlaşanlara, keçmişini unudanlara, gələcəyinə xor baxanlara, bəsirəti
bağlanan, zalıma, zülmə boyun əyənlərə, məddahlıq edib, haqsızlığa göz
yumanlara, rəyasət davası aparıb, yurddaşları yurdsuz qoyanlara deyiləsi sözümüz var...
Beləliklə, Moderator.az şair-publisist Nurəddin İsmayılın zümzümə etdiyi daha bir ağısını oxuculara təqdim edir:
Allahım, bu
insan nə biçim insan...
Qarnın cırılaydı yer ana,
doğub
törətdiyin bu insan
nə
biçim insan?!
Yağışın
quruyaydı göy ata,
can
suyundan
həyat
nəşəsi verdiyin bu insan
nə bicim
insan?!
Anasını
tanımır,
atasını saya
salmır,
göyə
kəllə atır,
yeri vecinə
almır,
yadlaşıb
insan.
Yol
verirsən getməyinə,
tozanaq
qoparır, toz eləyir,
Allahın
düz sözün deyirsən,
sözdən
qaçır,
sifətini
sənə boz eləyir.
Aya
baxar, bismillahı,
salavatı
yox,
Dünəni
gün kimi aydin,
nə ad qoyaq
bu gününə,
deməsinlər,
içində
bir salamatı yox.
Elə bil
günəşdən nur almayıb,
Allah mehrli
küləklər
çöhrəsini
sığallamayıb.
Nəsimi babası
deyilmiş bunun,
Atəşi
içini yandırmayıb
Sabirin
söz qorunun.
Nə Xətai
varmış on dörd yaşında
dövlət
quran,
Nə Cavad
xanmış ahıl yaşda
dişi
qanlı Sisyanova divan tutan.
Niyə
yaddan çıxdı Səttar xanın
irtica
savaşı?
Niyə
qulaqardına verildi
Cavidin iblislə
haqq davası?
Allahım, bu
insan, nə biçim insan?!
Bədəni
içində ruh deyil,
sanki şeytan
bəsləyir.
Zahirdə
insan timsallı,
batini
şərə səsləyir.
Nədir
köləliyin zənciri boynunda,
Küfrü
içində, “Quran”ı qoynunda.?
Qaya
daşına baş qoyur,
daş atmaq
düşür yadına.
Kim
çatacaq,
bir-birinə
daş atan millətin,
harayına,
dadına.
Allahım,
bu insan, nə biçim insan?
Addım
atar, günah eylər,
Durar
tövbə qapısında növbəyə,
qayıdıb
təzədən günah eylər.
Başın
qatıb mala, sərvətə,
baxmır
göyün saf ucalığına,
Cavanlığı
belə isə,
nə deyəsən
bunun
fani
dünyadan dərs almayan
qocalığına.
Bir parça
torpağa
sahib
durmağı yox,
Güneyi
insana əzab zindanı,
qüzeyi
azadlığa əsarət meydanı
olan
türkün,
göz açıb
sağına, soluna
baxmağı yox.
Qəsdinə
dururlar,
dinmir,
danışmır,
Gələn hər
zülmü
Allah
adına bağlayır,
Qorxub,
“Allahın
işinə” qarışmır.
İt
ağzına, qurd ağzına,
kim saldı
bu milləti?
Varını
yadlar yeyir,
özü çəkir
zilləti...
Haray
salırsan,
oyanmır,
Torpaqları
düşmən əlində,
dlim-dilim
alov tutub
yanır
atəşlərə,
yanır
torpaq, yanır dağ, dərə,
yanır hər
şey,
alov
tutub yanır atəşlərə,
o,
yanmır...
Allahım,
bu insan- nə biçim insan?
Aparır
bir-biri ilə
mənəm-mənəmlik
davası...
Çıxmır
başından
öz
qövmünə qənim kəsilməyin
sərsəmlik
havası...
Min dəfə
bölündü,
bölünmək
acısından
dərsini
almadı...
Getdi Göyçəsi,
getdi
Borçalısı,
getdi
Qarabağı,
getdi
isməti,
şərəf
adına bir dəyər qalmadı...
Allahım,
bu insan, nə biçim insan?
Biri saz
tutub
söz qoşur
yalan adına,
Kəm baxır
birisi
çiçək
qıza, gül qadına.
Əxlaqdan
uzaq olanlar
dərs
verir əxlaqlıya,
Zaman
dəyişdi, babam,
zənn etmə
ki, haqsız gedə,
yol
verilə haqlıya.