Moderator.az ADP sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini, istedadlı şair-publisist Nurəddin İsmayılın yenicə yazılmış daha bir şeirini elə isti-isti oxuculara təqdim edir:
Mən
elə bilirdim təkəm
Mən elə bilirdim tənha,
təkəm
bu şəhərdə,
Sən
demə adamlar içində
itib,
batmışam.
Danışan,
deyib-gülən,
hər
gün doğulan, ölən,
və
bir də özünü öyən,
gör
nə qədər adam varmış
bu
şəhərdə...
Hamı
kefdə damaqda,
Mənəm
dəli,
başımı
dərdə qatmışam.
Alıb
içimi,
yuvası
dağılan quşun dərdi,
Yurdu
dağılmışlara,
xərabat
nəğməsini oxuyan
bayquşun
dərdi.
Sahibsiz itin,
sığalı
kəsilən pişiyin,
küçədəki
dilənçinin,
əli
cadarlı əkinçinin,
Afrikadakı
acların,
zənginlər
içində möhtacların
dərdi
alıb məni.
O
adama nə oldu,
niyə
gözü yaşla doldu?
Niyə
həyat bu qədər acı,
niyə
ağlayır Çiçək baçım?
Hamısı
mənim dərdim,
Nə
bağçadır bilmirəm,
hər
kəs öz gülünü,
mənsə
dərdimi dərdim.
Dərd
məni qoymur
adamlara
yovuşmağa,
Sevgi
deyəkmi, Şusasız,
sevgilərə
qovuşmağa?!
Altmışı
haqlayır yaşım,
Mən
yenə təkəm bu şəhərdə.
Hamı
kefdə, damaqda,
Tapıb
hər kəs kimsəsin.
Yox
kimsəsi,
mən
yer kürəsi tək,
dərd
içində sıxılmışın.