Türkiyə hər il 12 milyon ton pomidor istehsal edir...
İqtisadiyyat
Oxunub: 4954
28 Sep 2014 | 21:31
Türkiyə hər il 12 milyon ton pomidor istehsal edir...

Keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev sentyabrın 25-də Qazaxıstanın Aktau şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının 5-ci Enerji Konfransında iştirak və "Xəzər regionunda iqtisadi əməkdaşlığın perspektivləri" mövzusunda çıxış edib. 

Həmin çıxışı Moderator.az eksklüziv olaraq oxuculara təqdim edir:


"01 Yanvar 2015-ci il tarixdən dünyanın iqtisadi və siyasi xəritəsində yeni bir beynəlxalq qurum öz səllahiyyətlərinə başlayacaqdır. Bu Belarusiyanın, Qazaxstanın və Rusiyanın birgə təsis etdikləri Avrasiya İqtisadi İttifaqıdır (Aİİ).

Gömrük İttifaqı və daha sonra Avrasiya İqtisadi İttifaqı öz  yaranma kökləri ilə Köhnə Avropanın İkinci Dünya Savaşından sonra ayağa qalxması/ dirçəlişi tarixini  xatırladır.

O zaman, 1957-ci ildə, Qərbi Avropanın altı dövləti (Qərbi Almaniya, Fransa, İtaliya, Hollandiya, Belçika və Lüksemburq) Italiyanın paytaxtı Rimdə Ümumi Bazar təşkilatını təsis etdilər. Bir qədər sonra Ümumi Bazar Avropa İqtisadi Birliyinə çevrildi.

1993-cü ildən Avropa İqtisadi Birliyi Avropa Birliyinə (AB) çevrildi. Bu gün AB 28 dövləti birləşdirən, 300 milyon əhalisi olan və Dünyanın ümumi daxili məhsulunun 23%-ni verən geosiyasi bir ittifaqdır.

Avrasiya İqtisadi İttifaqının geosiyasi perspektivləri daha da böyükdür. Bu İttifaq böyük coğrafi məkanına, hədsiz təbii ehtiyyatlarına və humanitar potensialına əsaslanaraq Avropadakı sələfinin bənzəri olmaq və hətta ondan da qüdrətli bir dünya gücünə çevrilmək iqtidarındadır. 

Geostrateşi müstəvidə Aİİ-nın gələcək inkişafı onun Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini necə bacarıqla qura bilməsindən, bölgənin adı gedən təşkilatlara üzv olmayan dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı nə qədər səmərəli edə biləcəyindən çox asılı olacaqdır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    Demokratik idarəçilik və əməkdaşlıq prinsiplərinə sadiq olmaq, tolerant və şəffaf münasibətlər qura bilmək, bölgə dövlətlərinin və digər xarici dövlətlərin geosiyasi maraqlarını nəzərə almağı  bacarmaq inteqrasiya proseslərinin müvəffəqiyyətli irəliləyişini təmin edəcəkdir.

Keçən əsrin 90-cı illərindən başlayaraq Xəzər Dənizi bölgəsində iqtisadi və ticari əməkdaşlığın beynəlmiləlləşdirilməsi, dünyanın transmilli şirkətlərinin bölgənin neft və qaz ehtiyyatlarının istismarına və bölgüsünə cəlb edilməsi bölgədə inteqrasiya proseslərinə tamam fərqli bir format vermiş oldu.

Nəticədə xarici kapital bölgənin karbohidrogen ehtiyyatlarının istismar edilməsində möhkəm mövqelərə sahib oldu. Xarici investisiyalar və yüksək texnologiyalar bölgənin neft və qaz sənayesinin dirçəlməsində müstəsna bir rol oynamağa başladı.  Regionda humanitar, sosial təkamülə təkan verdi.

Hal-hazırda bölgə dövlətlərinin iqtisadiyyatında xarici sərmayənin həcmləri çox möhtəşəm rəqəmlərlə hesablanır.

“Rosstat”ın məlumatına görə 2013-cü ildə Rusiya Federasiyasının iqtisadiyyatına qoyulan xarici sərmayənin ümumi həcmi 385 milyard ABŞ dolları təşkil etmişdir və bu əvvəlki illə müqayisədə 10.1% yüksək olmuşdur. Azərbaycanın, Qazaxstanın və Türkmənistanın iqtisadiyyatında bu rəqəm cəmdə 100 milyard ABŞ dolları həddini aşmışdır.

20 sentyabr 2014-cü il Azərbaycan beynəlxalq konsorsiumla “Cənub Qaz Dəhlizi” transmilli qaz kəmərinin tikintisinə başlamaq haqqında müqaviləyə imza atdı. Bu hadisə bir daha bölgədə iqtisadi əməkdaşlığın bundan sonra da transmilli formatda davam edəcəyinə dəlalət edir.

Bütün bunlarla yanaşı, xarici kapitalın  daha çox  karbohidrogen sənayesinə yönəlməsi bölgənin getdikcə xammal, neft və qaz ixracatçısı statusunu möhkəmləndirməyə xidmət edir. Və belə bir durum müsbət perspektiv kimi qəbul edilə bilməz.

Bu səbəbdən xarici investisiyaların diversifikasiya edilməsi, onların ağırlıq mərkəzinin sənayenin müxtəlif qeyri neft və qaz sahələrinə, tətbiqi elmin, yüksək texnologiyaların inkişafına yönəldilməsi tələbatı aktual olaraq hələ də qalmaqdadır.

Dünyanın qlobal ərzaq problemləri ilə üzləşdiyi bir dövürdə xarici investisiyaların və neft gəlirlərinin regionun kənd təsərrüfatı və aqrar sənaye sektorunun yenidən qurulmasına və inkişafına yönəldilməsi strateji məna kəsb edir.

Lazımınca ölçülüb-biçilmiş liberal ticarət rejimi yaratmaqla, qısa müddətdə Türkiyə, İran, Çin, Avropa və Latın Amerikasında  kənd təsərrüfatı məhsulları yetişdirilməsində və ərzaq malları istehsalında yer tapmış ən müasir texnologiyaları Xəzər bölgəsinə və bütövlükdə Avrasiya regionuna transfer etmək mümkündür.

Azərbaycan Respublikası son illərdə bu sahədə sanballı nailiyyətlər əldə edə bilmişdir. Bu təcrübənin region ölkələrində tətbiq edilməsi yaxşı nəticələr verə bilərdi.

Tam avtomatlaşdırılmış və yüksək texnoloji xətlərlə təmin edilmiş müasir istilikxanalarda (səralarda) bütün il boyu yüksək və keyfiyyətli məhsul götürmək mümkündür. 

Müasir Türkiyədə belə səralar yüz min hektara yaxın sahələri əhatə edir və maya dəyəri yüksək olmayan meyvə və tərəvəzin yetişdirilməsinə xidmət edir. Səraların hesabına Türkiyə hər il 12 milyon ton pomidor istehsal edir və bu göstəriciyə görə dünyada ikinci yerdədir. Yüksək texnologiyaların tətbiqi il boyu hər hektardan 200-300 ton tərəvəz məhsulları götürməyə imkan verir.   

Yeni və yüksək məhsuldarlığı təmin edən texnologiyaların tətbiq edilməsi  kənd bölgələrinin demoqrafik mənzərəsini də xeyli yaxşılaşdıra bilər. Kənd əhalisini torpağa bağlayar, işsizliyin və əhalinin şəhərə axınının qarşısını almış olardı. Xəzəryanı ölkələr arasında kooperasiya və ticarət xeyli artmış olardı. Əhalinin ərzaq təhlükəsizliyi üçün möhkəm zəmanət yaranardı. Nəticədə, region ərzaq malları idxalatçısından, ərzaq mallarının ixracatçısına çevrilə bilərdi.

Xəzər hövzəsi ölkələri öz coğrafi mövqeyinə, təbii və iqlim şəraitinə görə turizmin və sanator-kurort istirahət ocaqlarının yaradılması və inkişaf etdirilməsi üçün çox əlverişlidir. Son zamanlar Xəzəryanı ölkələrdə bu sahədə görülən işlər daha yaxşı ümidlər yaradır.

Xəzər sahillərində müasir turizm şəhərlərinin və infrastrukturunun yaradılması davamlı iqtisadi-sosial inkişaf baxımından, qeyri neft və qaz sahələrinin inkişafı baxımından çox önəmli bir məsələ olaraq gündəmdə qalır. Yeni turist şəhərləri həm yeni iş yerləri və işsizliyin azaldılması, həm xarici turizm hesabına valyuta daxilolmalarının nəzərəçarpaçaq dərəcədə artması, həm də ÜDM strukturunda qeyri-neft sektorunun payının yüksəlməsi demək olacaqdır.                                   

Hazırda Xəzəryanı ölkələrin hamısında ÜDM 50%-dən çoxu neft və qaz ixracının payına düşür.

Sahilboyu turizm şəhərlərinin yaradılmasında Xüsusi Sərbəst Bölgələrin bir təsirli texnologiya kimi tətbiq edilməsi səmərəli olardı. Turizm yerli özəl və xarici sərmayə hesabına, dövlət büdcəsinə yük olmadan inkişaf edə bilərdi.

Ümumiyyətlə, Xəzər regionu ölkələrinin gələcək davamlı inkişafında Xüsusi sərbəst iqtisadi bölgələrin rolu əvəzedilməzdir.  Belə sərbəst bölgələr logistika mərkəzlərinin, mal və nəqliyyat terminallarının infrastrukturunun inşası  və inkişafına, regional əməkdaşlığın sürətlənməsinə və möhkəmlənməsinə sanballı töhfə verə bilər.

Regional əməkdaşlığın sürətləndirilməsində və möhkəmləndirilməsində Xəzər Əmtəə Birjasının yaradılması da böyük əhəmiyyət kəsb edir. Əmtəə birjasını Avrasiya İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yaratmaq xeyli səmərəli olardı. Xəzər Əmtəə Birjasına beynəlxalq status  verməklə, Rubl və Yuani ilə birlikdə Xəzəryanı ölkələrin valyutaları ilə birbaşa mübadilə aparılması təmin edilərdi.

Xəzər regionunun dünyanın transmilli nəqliyyat dəhlizi olaraq yeri və rolu öz əhəmiyyətini hələ də saxlamaqdadır. “Qədim İpək Yolu” proqramı çərçivəsində görülmüş tarixi işlər göz qabağındadır. Amma davamlı inkişaf üçün mövcud olan ehtiyyatlar daha da çoxdur.

Xəzər regionu ölkələrinə malların vı xidmətlərin hərəkətini təmin etmək və artırmaq üçün yeni alternativ nəqliyyat dəhlizləri lazımdır. Belə dəhlizlər həm də gələcəkdə baş verə biləcək hər-hansı geosiyasi risklərdən sığortalanmaq naminə çox vacibdir.

Belə nəqliyyat dəhlizlərindən biri Şimal-Cənub Dəmir Yolu Dəhlizi olmalıdır. Uzunluğu 5 min km olan bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran ərazilərindən keçərək Baltikanı Fars Körfəzi ilə birləşdirməlidir.

Bakı-Tbilisi-Kars dəmir yolu xətti ilə birləşəcək bu dəhliz Avropadan Asiyaya, Yaxın və Orta Şərqə, hətta Hind-Çinə kimə və əks istiqamətdə malların və xidmətlərin həcmini və səviyyəsini xeyli yüksəltməyə qadir olacaqdır. Yaddan çıxarmamalıyıq ki, hələ Sovet İttifaqı dövründə bu dəhliz qeyd olunan istiqamətdə daşınan yüklərin 60%-ni təmin edə bilirdi!

Regional nəqliyyat dəhlizlərini tamamlayacaq daha bir layihə də gündəmə gəlməlidir.

Xəzər Dənizinin altından keçən Azərbaycan və Türkmənistan sahillərini  birləşdirən, uzunluğu 325 km olan Trans Xəzər Tuneli dünyanın nəqliyyat xəritəsində əvəzi olmayan unikal bir hadisəyə çevriləcəkdir. 

Trans Xəzər Tuneli hər il milyardlarla gəlir verə biləcək, bölgənin iqtisadi və sosial mənzərəsini xeyli yüksəldəcək bir layihədir. Bu layihə yalnız beş Xəzəryanı dövlətin birgə iradəsi, müştərək imkanları və  istismarı sayəsində müvəffəqiyyətlə həyata vəsiqə ala bilər.

Trans Xəzər Tuneli həm də Xəzər regionu ölkələrinin iqtisadi və geostrateji maraqlarına cavab verən, bölgədə kollektiv təhlükəsizliyi, sülhü və əməkdaşlığı təmin edə biləcək tarixi bir layihə olacaqdır.

Bu layihə nağıl və ya fantastikaya bənzəsə belə, dünya təcrübəsində analoqu olan bir hadisədir. Kontinental Avropanı Böyük Britaniya ilə birləşdirən və uzunluğu 51 km olan La-Manş Tuneli, İstanbulun Bosforda Asiya və Avropa qoltuqlarını birləşdirən və uzunluğu 13.6 km olan Marmaray Tuneli artıq dünya təcrübəsinə çevrilmişlər.

Trans Xəzər Tuneli bölgənin və dünyanın ekoloji problemlərinin çözülməsi baxımından da böyük əhəmiyyət kəsb edəcəkdir. Yalnız elektrik və alternativ enerji ilə çalışacaq bu tunel Xəzər Dənizi ilə gəmi və bərə nəqliyyatı ilə karbohidrogen daşınmalarına, dənizin yanacaqla çirklənməsinə son qoyacaqdır. Xəzərin fauna və florasının qorunmasında misilsiz imkanlar yaranacaqdır.

Xəzər regionu ölkələrinin gələcək inkişafı, Xəzərdə inteqrasiya proseslərinin keyfiyyətcə yeni və münbit mərhələyə qalxması xeyli dərəcədə Xəzəryanı ölkələrin siyasi rəhbərlərinin mövqeyindən, onların uzaqgörən siyasi iradəsindən asılıdır.

Xəzəryanı beş dövlətin xalqları ölkələri arasında mümkün ola biləcək əməkdaşlığı yalnız alqışlayacaqlar.

Xəzər əməkdaşlıq və inteqrasiya üçün daim açıq bir bölgə olmalıdır. 

Xəzəryanı ölkələrin sülh, dostluq, əməkdaşlıq və inteqrasiya məsələlərində fəth edəcəkləri zirvələr isə yetərincədir.

  

Oxşar xəbərlər
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
28 Mar 2024 | 11:11
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
28 Mar 2024 | 11:08
Nazirliyin şöbə rəisi vəfat edib