Xeyli vaxtdır ki, ehtiyatda olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Tərlan Qurbanov Moderator.az-da maraqlı yazılarla çıxış edir. "Milli Ergenekon-2" onun növbəti yazısıdır...
"Hörmətli
həmvətənlər! Xatırlayırsınızsa, ötən yazılarımın birində “milli ergenekon” şərti adlı təşkilat bərədə fikirlərimi sizinlə
bölüşən zaman bu təşkilatın başında duran şəxsin çox böyük gücə malik olması
barədə ehtimal xarakterli mülahizələr irəli sürdüm.
Lakin eyni zamanda o mülahizələrə əlavə etmək lazımdır ki, ordu səviyyəsində paralel
idarəetmə yaratmağa qadir şəxsin belə bir iddialı sistemi qurmağı üçün xeyli
zamanı olmalı idi...Belə ki, əldə olan zaman ərzində bu cür işlər üçün
“perspektivli” şəxsləri arayıb tapmaq və “sərf edən kadr” olacaq səviyyədə
yetişdirmək lazım gəlirdi. Heç şübhəsiz ki, bu məsələdə əsas işi zaman və hökm
görüb.
Düşünürəm
ki, sistemin yaradıcısının kimliyi barədə ehtimallar irəli sürərkən ağla gələn
ilk on vəzifəli şəxsin şəxsi keyfiyyətlərini, orduya gəlmə şəraitini, xarici
ölkələrlə əlaqəsinin xarakterini və ehtiyyata buraxıldıqdan sonra məskunlaşacağı
ölkə barədə ehtimalları nəzərdən keçirməklə o şəxsin kimliyini aydınlaşdırmaq
olar. Ancaq ruslar demişkən ”“ “Ðе пойманный ”“ не вор.” məsəlinə uyğun olaraq
sübut olmadan heç kəsi bu tip iddialarla damğalamaq olmaz.
Lakin dünyanın
aparıcı ölkələrində fəalliyyət göstərən polis sistemləri bu cür problemlərin həlli
yollarını artıq arayıb tapıblar. Misal üçün, yüz faizlik cinayətkarın cinayətlərini
sübut edə bilmədikdə onun cibinə bir iki qram “qara” atmaqla qısa zaman ərzində
“sübut” problemini həll edirlər. Nə isə, xahiş edirəm son misalımı zarafat kimi
qəbul edəsiniz!
Digər tərəfdən
tarixin daha ciddi nümunələri də var...
Bir başa
Sovet İttifaqının hərbi və siyasi dəstəyi ilə qurulmuş İsrail dövlətinin baş
naziri Ben Qurion 1949-cu ildə orduda xidmət keçən sovet meylli sərkərdələrdən
qurtulmaq üçün gözəl siyasət işlədir. Belə ki, Ben Qurion orduda xidmət edən
adlı- sanlı sərkərdələrindən olan general İqal Alon cənub hərbi dairəsinin
komandanı vəzifəsindən kənarlaşdıraraq onun yerinə cəmi bir döyüş görmüş və
yenicə general rütbəsi almış Moşe Dayanı təyin edir. Nəticədə general İqal
Alonun özü də daxil olmaqla bu qeyri- adi təyinatdan narazı qalan digər adlı- sanlı generallar istefa ərizələrini yazırlar. Ən təəccüblüsü isə, Ben Qurionun
onların ərizələrini dərhal imzalaması olur. Nəticədə İsrail ordusu sosializm ab-havası ilə yaşayan generallardan təmizlənir...
Bilmək
olmaz, bəlkə də mahiyyətini başa düşməsək də son illərdə biz Ben Qurionun məhşur
“təmizləmə” siyasətinin eynisini Azərbaycanda da görmüşük...
Lakin ola bilər ki, bu üsul yalnız yəhudilərdə effektli olsun. Bəlkə də bizim reallıqda
heç də yüz faizlik nəticə göstərməsin...Digər tərəfdən, hesab etmək olar ki,
ÇAXAL-ın bu üsulla zərərsizləşdirilmiş sərkərdələrinin İsrail ordusunda artıq
görəcəkləri iş qalmadığından onlar istefa verməyə razılaşırlar... Ən azı o
generallar istefaları ilə, orduda paralel idarəetmə qurmaq arzusunda
olmadıqlarını isbat etdilər. Təsəvvür edin ki, əgər general İqal Olan sovet kəşfiyyatından
xüsusi tapşırıq almış olsa idi - heç vaxt istefa verməzdi. Ən azı sovetin hər
yerdə barmağı olan DTK sı generala, ”“ Ñиди на меÑте и не выпендривайÑÑ ”“
komandası verərək ordudan getməyə icazə verməzdi...
Çox
böyük inamla demək olar ki, bizim ordumuzda heç kəs bu iddiada deyil və Rusiya
xarici kəşfiyyat orqanları bizim ordumuza qarşı belə bir fikrə düşməyib.
Sözün
açığı, çox təəccüblüdür - nədən axı RF Baş Kəşfiyyat İdarəsi bizim ordumuza qarşı
belə bir fikrə düşməsin? Təbii olaraq heç də inandırıcı deyil ki, Rusiya, Ukrayna adlı soy qardaşının sədaqətinə
əmin olmadığı halda, NATO üzvü olan Türkiyənin soy qardaşı olan Azərbaycanın sədaqətinə
inansın...
Təsəvvür
edək ki, RF Baş Kəşfiyyat İdarə rəisinin iş kabinetində müşavirə gedir. Rəis Azərbaycanla bağlı məsələlərə keçərək müşavirədə iştirak edən generallara
suallar verir:
1.Azərbaycan
Respublikasının siyasi rəhbərliyi Rusiyadan üz döndərərək ölkəsinin NATO
blokuna daxil olmaq istəyini bildirərsə, biz bu ölkədə “Uyğun” adamı hakimiyyətə
gətirmək üçün hansı addımlar ata bilərik?
Hörmətli həmvətənlər! Yəgin ki, siz
mənimlə razılaşarsınız ki, belə bir planlar Rusiyanın beyin mərkəzlərində
olmaya bilməz. Ardınca, bu sualdan çıxan digər suallara nəzər yetirək:
2. Krımda güc tətbiq etmədən bütün yarımadanı
ələ keçirmək məsələsində bizə kontr admiral Denis Berezovski kömək etdi. Azərbaycanda
bizim Denis Berezovskimiz kim olacaq?
3. Azərbaycan ordusunun, ölkədəki
idarəetmə institutlarının ələ keçirmək məsələsində maneə olmamasına necə nail
ola bilərik?
4. Azərbaycan ordusunun əsas idarəetmə
sistemini sıradan çıxararaq paralel idarəetmə sistemi vasitəsi ilə, “Qan
tökülməməsi məqsədi ilə silah işlətmək qadağandır” məzmunlu əmr hərbi hissələrə
kim tərəfindən və hansı üsulla göndəriləcək?
4. Azərbaycan ordusunun sərkərdələrinin
Rusiya təhlükəsi anında reaksiyaları
barədə proqnoz məlumatları kimdən ala
bilərik?
5.Rusiya Baş Kəşfiyyat idarəsi öz
planlarını həyata keçirən zaman Azərbaycan ordusunun daxili təhlükəsizlik
orqanlarının özünü “uyğun” aparması üçün hansı tədbirlər görülüb?
Yuxarıda göründüyü kimi RF Baş
Kəşfiyyat İdarəsinin rəhbəri öz işçilərinə cəmi beş sual verir. Bu sullar
toplusu sadəcə mənim fərziyəmdir. Realda daha da çox suallar ola bilər...
Çox maraqlı anlardır...Rusiyanın kəşfiyyatçı
generalları idarə rəisinin cəmi beş sualına ağlabatan cavab verə
bilməyəcəklərsə - nədən axı o paqonları daşıyırlar?
Xeyr, düşünmürəm ki, Rusiya kəşfiyyatının
məhşur generalları bu cür suallar qarşısında aciz qalsınlar. Ancaq Rusiya
təhlükəsi qarşısında Azərbaycan xalqı və dövlətçiliyi də aciz qalmaz... Çox
şükür ki, böyük Allah min dərd verdiyi kimi min əlac da verib...Ən azı ölkəmizə
vətənini sevən, cəsarətli və müdrik insan rəhbərlik edir. İnanıram ki, bu
bəladan da çıxış yolu tapılacaq..."