Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Moderator.az vasitəsi ilə cəmiyyətin inanclı kəsiminə müraciət edərək onları hazırda həbsdə olan Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun işgəncəyə məruz qalması faktına biganə olmamağa səsləyib:
“Heç
bir günahı olmadan şərlənərək həbsə atılmış, vicdan məhbusu Hacı Mövsüm Səmədov
işgəncəyə məruz qalıb! Əziz İslamçılar, inanclı dostlar, din qardaşlarım!
Haradasınız? Nədən səsinizi çıxarmırsınız?.. Bu haqsızlığı, bu ədalətsizliyi, nəhayət
bu Allahsızlığı
görməmək mümkünmü? Və bunu görüb susmaqmı olar?! Məgər bilmirsinizmi, zülmə və
zülmkara qarşı dirəniş göstərməmək zülmə və zülmkara haqq qazandırmaq, onunla şərik
olmaq deməkdir- deməli, GÜNAHDIR! Günaha batmayaq!
Fakt
budur ki, günahsız bir insan həbs olunub, ona işgəncə verirlər, karsa salırlar
və s... Onun da əli hər yerdən üzülür, əlacı aclıq etməyə qalır... Belə
situasiyada, kim olursa -olsun, özünə hörmət qoyan adam mütləq öz etiraz səsini
qaldırmalıdır. Hazırda söhbət doktor Hacı Mövsüm Səmədovdan gedir və mən çox təəssüf
edirəm ki, islamçı qardaş-bacıların etirazları yetərli deyil!..
( Cınqırını çıxarmağa qorxan Azərbaycan İslam
Partiyasının indiki rəhbərliyi bunu oxumasa da olar.)”
Seymur Əliyev