Məlum olduğu kimi, orta məktəblətdə dinin tədrisi məsələsi yenidən aktuallaşıb. Bununla bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitunun əməkdaşı, tarixçi alim Dilavər Əzimli orta məktəblərdə İslamın tədrisinin zəruri olduğunu vurğulayıb:
“Əslində bu, çoxdan həyata keçirilməsi gərəkən
bir məsələdir. Bu haqda mən məqalə də yazmışam və həmin məqalədə orta məktəblərdə
İslam dininin tədrisinin zəruriliyini əsaslandırmışam. Hesab edirəm ki, biz
buna getməliyik. Bu, bütövlükdə cəmiyyətə lazım olan, onun tələbat duyduğu bir
şeydir. Habelə hesab edirəm ki, məktəblərdə şagirdlərə yalnız İslam dini deyil,
bütün dinlər, onların mahiyyəti öyrədilməlidir. Bir sözlə, mən orta məktəblərdə
dini dərslərin tədrisi ilə bağlı səslənən təklifləri alqışlayır və bunu həqiqətən
də zərurət kimi qiymətləndirirəm”.
Seymur Əliyev