VİP sədri Əli Əliyev Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, tanınmış alim Firudin Cəlilova prezident təqaüdünün verilməsi ilə bağlı səslənən təklifləri dəstəklədiyini bildirib:
“ Firudin bəyin həm elmi
fəaliyyəti, həm şəxsiyyəti, həm də siyasi fəaliyyəti ölkəmizin inkişafına xidmət
edib. O, həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib. Hakimiyyətin yandaş
ziyalılarından fərqli biri kimi özünü göstərib. F.Cəlilov sözün əsl mənasında
millətin ziyalısı, onun işıqlı simasıdır. Onun müalicəsində rol oynayan insanlar
bununla xalqa xidmət etmiş oldular. Onlara təşəkkür etmək lazımdır. Bundan sonra
Firudin bəyin müalicə edilməsi, onun həyat şəraitinin yaxşılaşması üçün görülən
hər bir iş təqdir edilməlidir. Firudin bəy böyük ziyalı olmaqla yanaşı, həm də çox
gözəl ailə sahibidir. Həmin ailənin maddi yükünü qarşılayan bir şəxs kimi də
Firudin bəyin təqaüdə layiq görülməsi məqsədəuyğun olardı. Mən Moderator.az-ın
Firudun Cəlilovla bağlı bu kampaniyanı şərəflə aparmasını da təqdir edir və
alqışlayıram”.
Seymur Əliyev