Azərbaycana Avrasiya İttifaqı lazımdırmı?
Oxunub: 4367
14 Sep 2014 | 00:34
Azərbaycana Avrasiya İttifaqı lazımdırmı?
Keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev son zamanlar gündəmdən düşməyən məsələyə- Azərbaycan Avrasiya İttifaqına qoşulmalıdırmı, ondan imtina etməlidirmi dilemmasına aydınlıq gətirməyə çalışıb...

"Ən yaxşı  yeni saydığının köklərini hər zaman  yaxşı unudulmuş köhnədə axtar" (Rus atalar sözü)

Uzun zamandır Avrasiya Gömrük Birliyinin və Avrasiya İttifaqının yaranması ilə bağlı söz-söhbətlər, hətta dedi-qodu səngimək bilmir. Yeni işıq üzü görməkdə olan bu təşkilatlara hərə bir don geyindirir.  Amma kimsə postsovet məkanında dirçəlməyə başlayan bu təşkilatlanmanın yeni olduğu qədər, köhnə və tarixi olduğunun fərqində deyil... 

Məsələ burasındadır ki, yeni yaranmaqda olan Avrasiya İttifaqı XX əsrin ortalarında meydana gəlmiş Ümumi Bazar və Avropa İqtisadi Birliyi kimi tanınan beynəlxalq əməkdaşlıq təşkilatlarının sələfi olmaq ərəfəsindədir. Bu həmin Ümumi Bazar və Avropa İqtisadi Birliyi idi ki, illər keçdikdən sonra müasir Avropa Birliyinə çevrilmiş oldu. 
 
Ümumi Bazar(ÜB) Avropada malların, işlərin və xidmətlərin sərbəst hərəkətinə zəmanət verən bir təşkilat kimi həyata vəsiqə almışdı. ÜB yaradılması haqqında əsas saziş 1957-ci ildə Avropanın altı ölkəsi (Qərbi Almaniya, Fransa, İtaliya, Hollandiya, Belçika və Lüksemburq) tərəfindən Rimdə imzalanmışdı. 
 Nə qədər qəribə olsa da, Ümumi Bazarın yaradılması haqqında sazişin meydana gəlməsinin səbəbkarı Avropa Kömür və Polad İttifaqının komersiya fəaliyyəti və müsbət təcrübəsi idi. 
O dövrün kömür və poladı Avropa üçün indinin karbohidrogen məhsulları qədər strateji bir məsələ idi.

 ÜB üzv dövlətlər arasında inteqrasiya proseslərini əvvələr misli görünməmiş dərəcədə gücləndirmiş oldu və bu proseslər sonradan Avropa İqtisadi Birliyinin, daha sonra 1992-1993 illərdə Avropa Birliyinin  yaradılmasına gətirib çıxardı.

Post sovet məkanında  Avrasiya İttifaqının (Aİ) yaradılması da yüz illərlə bu məkanda tarixi qonşuluğu, sıx iqtisadi və sosial münasibətləri  olmuş  gənc suveren dövlətlər arasında inteqrasiya proseslərinə təkan verə biləcək qədər aktual olan bir məsələdir.

Başlanğıcda hər şey çətin və əlçatmaz olur. Avrasiya İttifaqının yaradılması ətrafında mövcud olan gərgin prosesləri, KİV -lərdə dərc olunan qərəzli fikirləri mənfi hal kimi qəbul etmək doğru olmazdı. Əksinə, bütün bunlar Aİ ətrafında gedən proseslərin əhəmiyyətinə və sağlam əsaslı başlanğıca dəlalət edir.

Hətta QR Prezidenti Nursultan Nazarbayevin (hətta çıxışının konteksti xarıcındə belə) səsləndirilmiş olan “Qazaxstan öz suverenliyi üçün təhlükə hiss etsə, o zaman biz Avrasiya İttifaqından çıxmağa qərar vermək hüququnu özümüzdə saxlayırıq” kimi fikirlərini də mənfi deyil müsbət hal kimi qəbul etmək doğru olardı. Bu faktın özü Aİ ”“da cərəyan edən bərabər hüquqlara, demokratiya və şəffaflığa bir nümunə ola bilər.

Azərbaycanda Aİ-na münasibət birmənalı deyil. Əgər KİV materiallarına-rəylərinə istinad etməli olsaq, Azərbaycanda ictimai rəyin daha çox ölkənin müstəqil, ittifaqsız inkişafına üstünlük verdiyini, həm də Qərblə inteqrasiyaya meylliliyin daha güclü olduğunu görərik.
 
Amma yaddan çıxarmaq olmaz ki, KİV ictimai rəy dediyimiz aysberqin yalnız görünən hissəsidir.
Rusiyada, Qazaxıstanda, Belarusda, Ukraynada və başqa ölkələrdə yaşayan, iqtisadi və ticari fəaliyyətlə məşqul olan milyonlarla azərbaycanlıların və onların ailə üzvlərinin arasında sosial sorğu aparılsaydı, mənzərə tamam başqa şəkil alardı.  

Avrasiya İttifaqı ilə bağlı ictimai rəyə mənfi təsir göstərmiş amillərdən biri də Rusiya ilə Ukrayna arasında meydana gəlmiş münaqişə oldu. Bu münaqişə yəqin ki, rəsmi Bakını Aİ ilə bağlı ciddi düşünməyə sövq etmiş oldu.

ABŞ və Avropa Birliyi Ukrayna hadisələrində Rusiyaya sanballı bir badalaq gəldilər. Bu elə bir badalaq oldu ki, Ermənistan istisna olmaqla, Zaqafqaziya və Orta Asiya respublikaları ilə münasibətlərində Rusiya üçün izsiz ötüşməyəcəkdir.

Bütün bunlarla belə, Köhnə Avropa öz indiki hüdudlarında 300 milyonluq əhalisi və dünyanın ümumi daxili məhsulunun (ÜDM) 23%-nə sahib olaraq kifayət qədər qənaətbəxş görünür.  
Avropa qədər əhalisi olan,  Şərqdə, Qafqazlarda və Orta Asiyada yerləşən post sovet ölkələrinə gəldikdə isə, onlar malik olduqları təbii ehtiyyatlar baxımından Avropa Birliyi ölkələrindən dəfələrlə zəngin olsalar da, dünya ÜDM  yalnız 15% vermək gücündədirlər. Post sovetlərin ÜDM strukturunda əsas yeri əvvələr olduğu kimi yenə də neft ”“qaz və digər xammal resurslarının  ixracı tutur.

Bu da bizim ana həqiqətimiz! Bu həmin həqiqətdir ki, nəinki Azərbaycanı, post sovet məkanında yerləşən digər ölkələri də Avrasiya İttifaqı ilə bağlı ritorik bir sual qarşısında qoyur “olmaq, ya olmamaq?!”. 

 Azərbaycan Respublikasına (AR) Avrasiya İttifaqında üzvlük lazımdırmı? Bu Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi üçün təhlükə mənbəyi ola bilərmi? Aİ-də üzvlük AR-nın strateji müttəfiqləri saydığı ABŞ və AB ilə münasibətlərinə xələl gətirə bilərmi?

Fransuz Şarl Moris Toleyran deyirdi ki, “ən yaxşı casus ”“ məntiqdir”. Əgər məntiqin minbərindən bu gün dünyada baş verənlərə nəzər salsaq və ya ən yeni tarixə ekskursiya etsək, onda haqqında danışılan mövzu  ilə bağlı izaha ehtiyac qalmayacaqdır.

Fikir verin,  Birinci və İkinci Dünya Savaşlarında düşmən səngərlərdə bir-birinə qarşı savaşan Almaniya, Fransa, İtaliya, Hollandiya, Belçika birdən-birə necə oldu ki düşmənçiliklərini unutdular və indiki Avropa Birliyinin anası sayılan Ümumi Bazarda vahid bir ittifaqda birləşdilər?
2014 ”“cü ilin yazında Parisdə fransuz və alman xalqlarının həmrəyliyi və dostluğu şərəfinə ucaldılacaq nəhəng monumentin təməl daşının qoyulmasını necə qiymətləndirmək olar? Bu cür jest fransızların nəyinə gərək idi? Məgər onlar İkinci Dünya Savaşı illərində alman faşistlərinin vəhşiliklərini, fransız şəhərlərini, kəndlərini necə viran qoyduqlarını və fransızları necə qətlə yetirdiklərini belə tez unutdular? Əlbəttdə ki unutmayıblar və unutmayacaqlar.

Məsələ milli maraqlardan, iqtisadi və enerji təhlükəsizliyindən gedəndə, Qədim Avropa müttəfiqləri ilə birlikdə daima vahid geopolitik platformadan ustaliqla çıxış etməyi bacarır. 

Xəzər regionunda, Yaxın və Orta Şərqdə, Afrikada AB dövlətlərinin əməkdşlıq prizmasından hadisələrə qiymət vesrsək, doğrudan da güclü geosiyasi və strateji bir ittifaq gözümüz önündə canlanır. 

Hadisələrin gedişi onu göstərir ki, Qərb Azərbaycanın Avrasiya İttifaqında mümkün üzvülüyünə qısqanc münasibət sərgiləməkdədir. Belə qısqanc münasibətdən Qazaxıstan da yan keçməyibdir.  Bunun bir səbəbi odur ki, ABŞ və AB  nəhəng enerji projeləri ilə bağlanmış olduqları post sovet ölkələrini hər hansı bir iqtisadi, regional ittifaqda deyil, daim öz yanlarında görməyə üstünlük verirlər. İkinci bir səbəb isə Rusiya Federasiyası ilə bağlıdır. Qərbin planlarında Rusiyanın post sovet məkanında yeni ittifaq yaratması qəbul olunmaz bir aksioma kimi görünür. 

Bununla belə, əgər Azərbaycan Avrasiya İttifaqına üzv olmaq qərarı verərsə, Qərbin bu faktı udmaqdan başqa çarəsi qalmayacaqdır. Avrasiya İttifaqının tam hüquqlu üzvü olan Qazaxstanın timsalında olduğu kimi.

Qərb enerji daşıyıcılarının böyük strateji və alternativ nəqliyyat dəhlizinə çevrilmiş Azərbaycandan vaz keçə bilərmi?! Bu dəhlizdən vaz keçməyin Gürcüstan və Avropanın Qara Dəniz hövzəsi ölkələri üçün nə kimi ağır iqtisadi və sosial fəsadlar verəcəyi hamıya gözəl bəllidir.

Məntiqin o biri üzünə nəzər salaq. ABŞ və AB islam dövlətləri ilə əməkdaşlıq və ticarət etməyi, bununla bərabər dünyada “islam fundamentalizminə” qarşı mübarizə aparmağı , həm də İsrailin qüdrətli müttəfiqi olmağı bacarır. Onların dostları və müttəfiqləri sırasında həm Səudiyyə Ərəbistanı, həm də İsrail vardır. Bunlar Yaxın Şərqin dini, dünyagörüşü, geosiyasi mövqeyinə görə bir-birinə zid olan iki fərqli dövlətləridirlər. 
Belədirsə, o zaman Azərbaycan və Orta Asiya ölkələrinin də, siyasi quruluşlarından asılı olmayaraq Qərb və Şərq, Şimal və Cənub qonşuları ilə hərtərəfli iqtisadi və ya siyasi ittifaqlar yaratmasında qəbahət axtarmağa dəyməz.

 Avrasiya İttifaqının meydana gəlmə səbəblərinin məntiqi, siyasi və tarixi köklərini elə yuxarıda sadalanan misallarda və suallarda tapmaq çətin deyildir.  
Bir şey aydındır ki, Avrasiya İttifaqı həm köhnə, həm də yeni olan, tarixin sınağından keçmiş Ümumi Bazar və Avropa İqtisadi Birliyinə bənzər mötəbər beynəlxalq iqtisadi əməkdaşlıq təşkilatı olmaq iddiasındadır. 

Avrasiya İttifaqını keçmiş SSRİ-nin bərpası kimi qələmə vermək doğru deyildir. Çünki, müasir dünyanın görünən və görünməyən geosiyasi oyun qaydaları, Avrasiya İttifaqına üzv olacaq dövlətlərin dünya birliyi tərəfindən qəbul edilmiş suverenlik statusları vardır. 
Avrasiya İttifaqının gələcəkdə həm iqtisadi, həm sosial baxımdan, həm də demokratiya və insan haqlarının aliliyi baxımından qüdrətli bir dünya gücünə çevrilməsi perspektivləri daha real sayıla bilər.

Avropa yarım əsr öncə Ümumi Bazarda və Avropa İqtisadi Birliyində birləşərək İkinci Dünya Savaşının çöküntülərindən çıxdı/ucaldı və dünyanın 28 millətini özündə birləşdirən güdrətli dünya gücünə çevrildi.

30 il bundan öncə nəinki keçmiş sovet respublikaları, hətta Avropa İqtisadi Birliyi belə Çin Xalq Respublikasının seçdiyi iqtisadi inkişaf modelini seçə bilərdilər. Amma bunu başarmadılar. Çin başardı və dünyanın super gücünə çevrildi.

İndi tarix yeni bir imkan, yeni bir yol sərgiləməkdədir. Avrasiya İttifaqı postsovet məkanı ölkələri və onların qonşuları üçün gələcəyə gedən böyük yoldur. Yolu gedə bilənlər fəth edirlər.

Oxşar xəbərlər
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
00:50, Bu gün
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?