(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)
Cənnətin və cəhənnəmin
qapılarını özümüzə bu dünya-dan açmağa başlayırıq əslində....
Cənnət
qapılarını elmlə, gözəl əxlaqla, yaxşı əməllərlə açmağa başlayırıq...
Cəhənnəm
qapılarını isə cahilliklə, əxlaqsızlıqla, pis əməllərlə, nəfsimizə məğlub olmaqla
açmağa başlayırıq...
Samiray
və Zen ustadı Hakuinin “Gerçəkdən də cənnət və cəhənnəm varmı?” - deyə başlayan bu
maraqlı həyat he-kayəsi qısa olsa da əslində bu barədə düşünməyə səsləyən, böyük məna daşıyan gözəl bir
hekayədir:
Bir samuray bir
gün Zen ustadı
Hakuinin qarşısına çıxıb soruşur: “Gerçəkdən də cənnət və cəhənnəm varmı?”
Ustad “Kimsiniz?” deyə suala
sual ilə cavab verdi.
“Bir samurayam.”
“Sənmi?”- deyə Hakuin
dodağını büzdü. “Özünə bir diqqətlə bax.
Kim səndən doğru-dürüst xidmət uma bilər?
Daha ziyadə dilənçini xatırladırsan!”
Əsəbdən qıpqırmızı olan
samuray qılıncını çəkdi. Haku-in isə davam etdi: “Vay, qılıncı da var imiş!
Amma o qədər bacarıqsıza bənzəyirsən ki, hətta başımı da kəsə bilməzsən!”
Əsəbdən qanı beyninə
sıçrayan samuray qılıncını qaldır-dı. Ustanı vurmağa hazır idi. O anda Hakuin
sakitcə “bax, cəhənnəmin qapıları belə
açılır” - dedi.
Ustadın soyuqqanlı
davranışına təəccüblənən samuray
qılıncını qınına saldı və onun qarşısında ehtiramla əyildi.
Ustad sözünü belə bitirdi:
“Cənnətin qapıları da belə açı-lır.”
Cənnətin qapılarını elə bu
dünyadan yavaş-yavaş aça bilənlər gerçəkdən
də mutlu insanlardır. Çünki onlar yaşa-dıqları hər anın, hər dəqiqənin qiymətini
bilərək öz əməlləri ilə, işləri ilə o
qapını elə bu dünyadan özləri üçün açmağı
bacarırlar. Əslində hər şey çox sadədir. Bu dünyadakı həya-tımızla, əməllərimizlə
hər dəqiqə, hər gün ya cənnətin ya da cəhənnəmin
qapılarını özümüz üçün bir az daha geniş açırıq, aralayırıq. Sadəcə hansı qapını açdığımızın fərqində
olmalı-yıq. Çünki dönüş mümkünsüz, sonrakı peşimançılıq isə faydasız olur...