Moderator.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin tarixində ilk dəfə olaraq,Azəraycan cüdo federasiyasının beynəlxalq dərəcəli hakimi Hüseynov Fariz Adil oğlu, paralimpiyaçı cüdoçularla birgə Amerkanın Kolorado ştatında keçirilən cüdo üzrə dünya çempionatında hakimlik edir . Telefonla qurduğumuz bağlantıda hakim Fariz Hüseynov, yarışda bütün ölkələrdən ən güclü idmançıların iştirak etdiyini qeyd etdi.:
"İlk dəfədir ki, paralimpiya cüdoçularına hakimlik edirəm və deyə bilərəm
ki, paralimpiya cüdosu olimpiya cüdosundan daha çətindir, bizim idmançılar
laiqincə ölkəmizi təmsil etdilər və mənim üçün bu çempionatda hakimlik etmək və
paralimpiyaçılarımızın yanında olmaq böyük şərəfdir”.
F. Hüseynov , ölkəmizə ilk iki lisenziya qazanan idmançılarımızı və Milli
Paralimpiya Komitəsini təbrik etdi.