Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, Cəhənnəmi də...
Həyatın qorxaqları sevmədiyini erkən gördüm və cəsarəti öyrəndim;
Uğuru çalışmadan qazanmağın mümkünsüzlüyünü gördüm və zəhməti öyrəndim;
Ən böyük sərvətin yaxşılıq olduğunu gördüm və insan olmağı öyrəndim;
Xəyanətin ağrısını gördüm və sədaqəti öyrəndim;
Yaradanın sevdiyi bəndələrini imtahanlardan keçirdiyini gördüm və səbri öyrəndim;
Dostların böyük zənginlik olduğunu gördüm və dost olmağı öyrəndim;
Xətalardan ibrət almağın ən yaxşı dərs olduğunu gördüm və özümü öyrəndim;
Birini dünyada hər şeydən çox sevməyin yanlış olduğunu, itirəndə öyrəndim;
Dünyanın fani olduğunu gördüm və sevməyi öyrəndim;
Özümə söz verdim, nə olursa olsun həyatdan küsməyəcəksən;
Nə əngəl olursa olsun geri çəkilməyəcəksən;
Xəyallarından, arzularından vaz keçməyəcəksən;
Yıxıldınmı, yenidən qalxacaqsan;
İtirdinmi, qazanmaq üçün yenidən başlayacaqsan;
Dedi-qodulara qulaqlarını qapayacaqsan;
Qeybəti dilinə haram buyuracaqsan”¦.
Gecə-gündüz çalışacaqsan”¦
Həyatın qədrini biləcəksən”¦
Amma ən əsası insan olacaqsan”¦
Ona şükr etməyi öyrənəcəksən”¦
Hər kəsdən və hər şeydən daha çox Onu sevəcəksən”¦
Bunları daha yaxşı ölüm qoxusunu hiss edəndə öyrəndim”¦.
Ölmədən öncə ölməyin nə demək olduğunu öyrəndim”¦
Ölmədən öncə ölmək”¦
Əslində bundan başlamalıydım öyrənməyə”¦.
Onu da öyrəndim”¦