Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Moderator.az-a açıqlamasında ölkədəki son həbslərin mahiyyətini şərh edib:
“Ölkədəki
son həbslər Qərb-Rusiya qarşıdurmasının Azərbaycandakı yansımasıdır. Azərbaycan
iqtidarı Rusiya ilə eyni düşərgədə olduğunu sübut edir. Eyni zamanda gələcək təhlükələrdən
özünü qorumağa çalışır. Sürətlənən hadisələr hakimiyyəti ciddi şəkildə narahat
edib. Onlar Qərblə bu və ya digər şəkildə əlaqəli olan, fəal olan, bu rejimə
qarşı barışmaz olan QHT rəhbərlərini və fəalları həbsə atmaqla öz ömrünü
uzatmağı hədəfləyib. Ancaq sirkə nə qədər tünd olsa, öz qabına bir o qədər zərər
verər. Bu həbslər də əks-effekt verəcək. Əminəm ki, Azərbaycanda haqq qalib gələcək.
Bütün siyasi məhuslar, eyni zamanda rejimin məhbusu olan xalqımız azadlığa
çıxacaq”.
Seymur
Əliyev