Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Bloku növbəti toplantısını keçirdi. Toplantıda həftə ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, ölkədə repressiyaların davamı və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri əsas müzakirə mövzusu oldu.
Toplantıda Azərbaycan
hakimiyyətinin ictimai-siyasi fəallara qarşı repressiyaları
davam etdirdiyi bildirildi. Ötən həftə
barəsində Cinayət Məcəlləsinin
221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi
ilə ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş
“Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı”
proqramının aparıcısı , AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsi bir
daha pislənildi. Tədbir iştirakçıları qeyd etdilər ki, ictimaiyyət və vəkillər Seymur Həziyə qarşı təxribat törədənin şəxsiyyətini, bundan əvvəl bu cür
proseslərdə şahid qismində iştirak edib-etməməsini, edibsə neçə dəfə və hansı işlərdə iştirak
etməsini aşdırmalıdır. Bu araşdırma aparılarsa Seymur Həziyə qarşı törədilmiş təxribatla bağlı bir çox məsələlərə aydınlıq gətirlimiş olar.
Bu cür adamlardan adətən ictimai-siyasi fəalların üzünə durması üçün istifadə
olunur.
Blok
üzvləri bir daha hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq
təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə, ictimai-siyasi aktivlərə
və jurnalistlərə qarşı aparılan repressiyalara son qoymağa, Seymur Həzi və digərlərinin
barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə, istintaqın ədalətli və şəffaf aparılmasına çağırdı.
Son dövrlər Rusiyanın Ukrayna ərazisinə
açıq qoşun yertiməsinə və orada vəziyyətin
daha da gərginləşməsinə diqqət çəkən tədbir
iştirakçıları qeyd etdilər ki, Rusiya digər qonşu dövlətləri də təhdid
edir və onların haqqında aşağılayıcı
tonda bəyanatlar verir. Bu yolverilməzdir. Beynəlxalq təşkilatlar Rusiyaya
qarşı qəti addımlar atmalıdır. Bu addımlar Rusiyanın müharibəyə çəkilməklə yox,
ciddi iqtisadi sanksiyalar tətbiq etməklə olmalıdır.
Blok üzvləri Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana gəlişini Türkiyə və Azərbaycan arasında strateji müttəfiqliyin daha da dərinləşməsi, və ölkələr arası əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından əhəmiyyətli olduğunu bildirdilər.