Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində ofisinin açılışı olub. Açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov, Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər İsmayılov və Qubadlı rayon təşkilatının bir qrup fəalı iştirak edib.
Tədbirdə çıxış edən natiqlər Qubadlı
rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu
və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildirdilər.
Çıxış edən partiya fəalları həmçinin, partiyanın qarşısında duran vəzifələrdən,
qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdılar və ana vətənçiləri
bələdiyyə seçkilərində aktiv şəkildə iştiraka dəvət etdilər.