Azərbaycan Ziyalıar Birliyinin sədri Eldəniz Quliyev Moderator.az-a açıqlamasında Ramil Usubovun vəkili Əlirza Həbilovun saytımızda yer alan fikirlərinə etiraz edib. E.Quliyevin sözlərinə görə, Ə.Həbilov bəzi məsələlərdə yanlışlığa yol verib:
“Seymur bəy
və hörmətli Moderator! R.Usubovun vəkili sizə verdiyi açıqlamada, yumşaq desək
, yanlışlığa yol verib. Özü də bunu qəsdən edir. 1. Mən məhkəmənin hazırlıq iclasında
demişəm ki, insanı öz fcaebook səhifəsində yazdığına görə məhşər ayağına
çəkməzlər. 2. Demişəm ki, əgər hər hansı bir sayt kiminsə öz səhifəsində
yazdığına istinad edirsə bu da hələ məhkəmə çəkişməsinə əsas vermir.3. Mən
həqiqətən polisi ümumən nəinki təhqir, heç tənqid də etməmişəm və bunu
dəfələrlə öz müsahibə və çıxışlarımda bildirmişəm. Halbu ki, təhqir olunub
söyülməli o qədər polis əməkdaşları var ki... İndi hörmətli Əlirza müəllimin
sürüşkən müsahibəsindən sonra bütün məsuliyyətimlə bildirirəm: elə polislər var
ki, nəinki təhqir etmək, onları ayıb yerlərindən asmaq lazımdır ki, xalqın canı
onlardan qurtarsın və digər polislərə görk olsun. Mən onu da bildirirəm ki,
belə polis əməkdaşlarına rəhbərlik edən şəxs, o cümlədən nazir " ən yaxşı
müdafiə hücumdur" demək əvəzinə, ən azından istefaya gedərdi. Azərbaycan
polisinin o qədər suçu, o qədər vedrə bağlamlı yeri var ki, saymaqla bitməz, utanıb
dinməsinlər heç olmasa!.. Onlar bundan sonra yalvarsalar belə mən barışığa
getmərəm. Buyursunlar, əllərindən gələni beş qaba çəksinlər.Və heç ağıllarına
da gətirməsinlər ki, mən bunların yalançı ittihamından və haray-həşirlərindən
qorxuram!
Mən polis tərəfindən şərlənib, böhtan
atılaraq həbs edilmiş dostlarımdan artıq deyiləm ki, nədənsə və ya kimdənsə
qorxam. Nə polisin cibinə narkotik atıb tutduğu imanlı-mənəviyyatlı dindar
qardaşlarımdan, nə üzünə yalançı, dəyyus " şahidlər" durquzub 5 il,10
il zindana saldırdıqları müxalifətçi dostlarımdan, nə həqiqəti yazıb haqqı müdafiə edən
jurnalistlərdən, nə də şər-şəbədəylə
türmələrə doıdurduqları vətənpərvər və mübariz gənclərdən artıq deyiləm. Və
əksər hallarda bu ya birbaşa, ya da dolayısı ilə polisin əli ilə həyata
keçirilir.
Xalqım, övladlarım, ən başlıcası isə vicdanım
qarşısında üzüm ağ, alnım açıqdır! Qoy onlar tarix, xalq və Allah qarşısında nə
cavab verəcəklərinin dərdinə qalsınlar! Yazıqlar!..”
Seymur Əliyev