“Forbes” Azərbaycanın Quba rayonuun Qırmızı qəsəbəsindən yazıb.
“Forbes”in rəsmi saytında Azərbaycanın məşhur qəsəbəsi Qırmızı qəsəbə haqqında məqalə dərc edilib.
“Azərbaycanın şimalında yerləşən kiçik Qırmızı qəsəbə keçmiş postsovet məkanında əhalisinin sıxlığına nəzərən milyarderlərin sayına görə dəqiq liderlik edir. Çünki 3000 sakini olan qəsəbədə iki milyarder var.
Burada Bakıdan 168 km uzaqda Moskvada kommersiya daşınmaz əmlak sahibi Zarax İliyev və Qod Nisanov dünyaya gəlib. Onlar Moskvadakı “Ukraina” və “Radisson Slavyanskaya” otellərinin, “Yevropeyski” ticarət mərkəzinin, “Sadovod”, “Moskva” və “Lotos-Siti” topdan-pərakəndə satış komplekslərinin sahibidirlər. Nisanov və İliyevin uğurunun təməli diasporaya əsaslanmasıdır.
Qırmızı Qəsəbə Quba şəhərindən çayın digər sahilində yerləşən ”“ İrandan Zaqafqaziyaya köçmüş dağ yəhudilərinin yaşadığı məkandır. “Biz sefard deyilik ”“ bizim əcdadlarımız İspaniyada yaşamayıblar, onlar assuriya çarı Sinaxxeribin VII əsr b.e.ə. İudeyadan qovulmuş, əsirlərinin nəslindəndirlər” ”“ yerli məktəbin direktoru Vyaçeslav Simanduyev deyir.
Xalqların tarixinin öyrənilməsi, diyarşünaslıq muzeyinin yaradılması qəsəbə üçün vacib olan bir sıra digər layihələr kimi Moskvada uğur qazanmış biznesmenlər tərəfindən maliyyələşdirilir.
“Qodun atası da xeyriyyəçi olub. O, Qubada Konserv zavoduna rəhbərlik edirdi, bir çox ailələrə yardım edirdi. İqtisadiyyatdan anlayışı var idi”, ”“ Azərbaycan Parlamentinin üzvü Yevda Abramov deyir. “Tutduğu yüksək səviyyəyə baxmayaraq Qod və onun qardaşı Lev ən kasıb insanlar kimi sadə idilər. Qod həmişə uşaqlara başçılıq edirdi, Lev isə daha sakit idi. Hər ikisi istedadlı idilər” ”“ yerli administrasiyanın rəhbəri Psax İsxakov xatırlayır.
Nisanovun qardaşı Lev onun uşaqlıq dostu German Zaxaryayev kimi milyarderlər biznesində iştirak edir”.