"Azərsu" ASC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə qurum respublikanın ikinci böyük şəhəri olan Gəncədə istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində həyata keçirilən içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərinin birinci mərhələsi yekunlaşıb.
Layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri
aparılıb. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin
tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən
suyun gətirilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə şəhəri içməli su
ilə təmin edəcək 3 su mənbəyi ”“ Göygöl və
Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib.
Layihənin
birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində
məhsuldarlığı saniyədə 200 litr
olan drenaj sistemi bərpa
edilmiş, tutumu 4000 kubmetr olan 1 ədəd
su anbarı inşa edilmiş və su mənbəyindən anbaradək 24,5 km uzunluğunda magistral su kəməri çəkilmişdir. Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və
ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin
olunacaqdır. Yaxın günlərdə Gəncə şəhərinə
bu mənbədən içməli suyun verilməsinə başlanılacaqdır.
Şəhəri içməli su ilə təmin edən digər
mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilmiş, 1 ədəd 2000
kubmetrlik su anbarı tikilmiş, 9,5 km anbarlararası su xətləri çəkilmişdir.
Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Gəncə şəhərinin
içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək.
Anbardan götürüləcək su
27,5 km uzunluğunda magistral kəmərlə
Qızılqaya ərazisində inşa edilən və
sutkalıq məhsuldarlığı 17 min kubmetr
olan sutəmizləyici qurğuya ötürüləcəkdir.
Hazırda magistral su kəmərinin inşası davam etdirilir.
Su mənbələri
və magistral xətlərin yenidən qurulması ilə yanaşı Gəncə şəhərində içməli su və
kanalizasiya şəbəkələrinin tikintisinə başlanılmışdır. Layihəyə əsasən inşası nəzərdə
tutulan 576 km uzunluğunda paylayıcı su
xəttinin 30 km-lik, 582 km uzunluğunda kanalizasiya şəbəkəsinin isə
32 km-lik hissəsi çəkilmişdir. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı
suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.
Gəncə şəhərində
çoxmərtəbəli yaşayış binalarına smart-kart tipli su sayğaclarının
quraşdırılmasına da başlanılmışdır.
İndiyədək 119 binada 7 minə qədər
abunəçi smart-kart sayğaclarla təmin olunmuşdur.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaqdır.
FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1932.jpg">FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1933.jpg">FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1934.jpg">FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/1935.jpg">